NMASI .........Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi.(Əli (ə)-dan qabaq iki xəlifənin haqq olmasını isbat etmək istəyən, fiqhdə Əbu Hənifəyə əməl edən zeydiyyələrə də şiə deyilir. Çünki, onlar Bəni-üməyyə və Bəni-abbas xəlifələri qarşısında xilafətin Əli və onun övladlarına məxsus olduğuna inanırdılar)O hadisələr aşağıdakılardır: a) Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.(Peyğəmbərin (s) dövründə yaranan ilk ad "şiə” idi; belə ki, Salman, Əbuzər, Miqdad, Əmmar bu adla məşhurlaşmışdı. ("Hazirul-alimil-islamiyy”, 1-ci cild, səh-188) ) Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim dəvətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü.("(Ya Peyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut.” ("Şüəra” surəsi, ayə-214)) Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır. b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.(Bu hədislə əlaqədar Əli (ə) buyurur: "Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram.” Peyğəmbər əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir, ona itaət edin.” Camaat gülüb Əbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!” ("Tarixi Təbəri”, 2-ci cild, səh-321; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-116; "Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh-39; "Həyatul-məram”, səh-320) ) Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.(Ümmü Sələmə deyir ki, Peyğəmbər belə buyurdu: "Əli həmişə haqq və Quran ilədir, haqq və Quran da həmişə onunladır və qiyamətə qədər bir-birindən ayrılma-yacaqlar”, (Bu hədis sünnülərdən 15 yol ilə, şiələrdən isə 11 yolla nəql olunmuşdur.) ) v) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.(Peyğəmbər (s) buyurmuşdur: "Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur.” ("Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359) ) Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.(Məkkə kafirləri həzrət Məhəmmədi (s) qətlə yetirmək məqsədi ilə onun evini mühasirəyə aldıqları zaman Peyğəmbər (s) Mədinəyə hicrət etməyi qərara aldı və Əli (ə)-a buyurdu: "Bu gecə mənim yatağımda yatmağa razısanmı? Qoy mənim yatdığımı güman etsinlər və onların təqibindən amanda qalım?” Əli (ə) bu təhlükəli vəziyyətdə bu təklifi cani-dildən qəbul etdi.) q) "Qədir-Xum” hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə təyin edərək, onu da özü kimi ümmətin rəhbəri elan etdi.("Təvarix və cəvameu hədis” ) Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar("Qədir-xum” hədisi sünnü və şiələr arasında danılmaz hədislər sırasındadır, səhabələrdən yüzdən artığı müxtəlif sənədlər və ibarələrlə onu nəql etmişlər. Şiə və sünnülərin mötəbər kitablarında da qeyd olunmuşdur. Əlavə məlumat üçün "Ğayətul-məram”ın 79-cu səhifəsinə, "Əbəqat”ın Qədir bölməsinə və "Əl-Qədir” kitabına müraciət edə bilərsiniz. ) və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər. Bundan əlavə, "Əli şiəsi”, "Əhli-beyt şiəsi” kimi ifadələr Peyğəmbəri-Əkrəmin (s) sözlərində də çox görünmüşdür.("Tarixi Yəqubi” (Nəcəf çapı), 2-ci cild, səh-137 və 140; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-156; "Səhihi Buxari”, 4-cü cild, səh-107; "Murucuz-zəhəb”, 2-ci cild, səh-437; "Nəhcül-bəlağənin şərhi”, (İbni Əbil Hədid,) 1-ci cild, səh 127 və 161. )
imam zaman aganin esgerleri
:Zamin musevi
ŞİƏLİYİN YARA
NMASI .........Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi.(Əli (ə)-dan qabaq iki xəlifənin haqq olmasını isbat etmək istəyən, fiqhdə Əbu Hənifəyə əməl edən zeydiyyələrə də şiə deyilir. Çünki, onlar Bəni-üməyyə və Bəni-abbas xəlifələri qarşısında xilafətin Əli və onun övladlarına məxsus olduğuna inanırdılar)O hadisələr aşağıdakılardır:
a) Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.(Peyğəmbərin (s) dövründə yaranan ilk ad "şiə” idi; belə ki, Salman, Əbuzər, Miqdad, Əmmar bu adla məşhurlaşmışdı. ("Hazirul-alimil-islamiyy”, 1-ci cild, səh-188) ) Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim dəvətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü.("(Ya Peyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut.” ("Şüəra” surəsi, ayə-214))
Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.
b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.(Bu hədislə əlaqədar Əli (ə) buyurur: "Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram.” Peyğəmbər əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir, ona itaət edin.” Camaat gülüb Əbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!” ("Tarixi Təbəri”, 2-ci cild, səh-321; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-116; "Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh-39; "Həyatul-məram”, səh-320) ) Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.(Ümmü Sələmə deyir ki, Peyğəmbər belə buyurdu: "Əli həmişə haqq və Quran ilədir, haqq və Quran da həmişə onunladır və qiyamətə qədər bir-birindən ayrılma-yacaqlar”, (Bu hədis sünnülərdən 15 yol ilə, şiələrdən isə 11 yolla nəql olunmuşdur.) )
v) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.(Peyğəmbər (s) buyurmuşdur: "Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur.” ("Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359) )
Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.(Məkkə kafirləri həzrət Məhəmmədi (s) qətlə yetirmək məqsədi ilə onun evini mühasirəyə aldıqları zaman Peyğəmbər (s) Mədinəyə hicrət etməyi qərara aldı və Əli (ə)-a buyurdu: "Bu gecə mənim yatağımda yatmağa razısanmı? Qoy mənim yatdığımı güman etsinlər və onların təqibindən amanda qalım?” Əli (ə) bu təhlükəli vəziyyətdə bu təklifi cani-dildən qəbul etdi.)
q) "Qədir-Xum” hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə təyin edərək, onu da özü kimi ümmətin rəhbəri elan etdi.("Təvarix və cəvameu hədis” )
Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar("Qədir-xum” hədisi sünnü və şiələr arasında danılmaz hədislər sırasındadır, səhabələrdən yüzdən artığı müxtəlif sənədlər və ibarələrlə onu nəql etmişlər. Şiə və sünnülərin mötəbər kitablarında da qeyd olunmuşdur. Əlavə məlumat üçün "Ğayətul-məram”ın 79-cu səhifəsinə, "Əbəqat”ın Qədir bölməsinə və "Əl-Qədir” kitabına müraciət edə bilərsiniz. ) və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.
Bundan əlavə, "Əli şiəsi”, "Əhli-beyt şiəsi” kimi ifadələr Peyğəmbəri-Əkrəmin (s) sözlərində də çox görünmüşdür.("Tarixi Yəqubi” (Nəcəf çapı), 2-ci cild, səh-137 və 140; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-156; "Səhihi Buxari”, 4-cü cild, səh-107; "Murucuz-zəhəb”, 2-ci cild, səh-437; "Nəhcül-bəlağənin şərhi”, (İbni Əbil Hədid,) 1-ci cild, səh 127 və 161. )