Necə də gözəlsən, a salxım söyüd, sənə heç olubmu qəlbini açan? Bu nədir? Yoxsa ki türk gözəlisən, hörüyün uzanıb dabanınacan. Qanadın altında məhəbbət də var, məhəbbət balandı, quzundu sənin. Niyə həzin-həzin yırğalanırsan, olmaya, bu da ki nazındı sənin!? Salla hörüyünü bu qızın üstə, başının üstündə Ay utanmasın. Bilməsin ondan da gözəli varmış, bir dünya adı var, qoy utanmasın. Ölmərəm, ölüncə baxışlarımı belə bir gözəlin gözünə qoysam. Dərdimin altından çəkib başımı, sevdiyim gözəlin dizinə qoysam. Daha sənə söyüd deyə bilmərəm, yarın söyüdsə də, yarın sevgidir. Daha dərd çəkib də söyüdəm demə, Sən barsız deyilsən, barın sevgidir. İlham İsmixanoğlu
ÇAĞDAŞ ƏDƏBİYYAT
Salla hörüyünü bu qızın üstə
Necə də gözəlsən, a salxım söyüd,
sənə heç olubmu qəlbini açan?
Bu nədir? Yoxsa ki türk gözəlisən,
hörüyün uzanıb dabanınacan.
Qanadın altında məhəbbət də var,
məhəbbət balandı, quzundu sənin.
Niyə həzin-həzin yırğalanırsan,
olmaya, bu da ki nazındı sənin!?
Salla hörüyünü bu qızın üstə,
başının üstündə Ay utanmasın.
Bilməsin ondan da gözəli varmış,
bir dünya adı var, qoy utanmasın.
Ölmərəm, ölüncə baxışlarımı
belə bir gözəlin gözünə qoysam.
Dərdimin altından çəkib başımı,
sevdiyim gözəlin dizinə qoysam.
Daha sənə söyüd deyə bilmərəm,
yarın söyüdsə də, yarın sevgidir.
Daha dərd çəkib də söyüdəm demə,
Sən barsız deyilsən, barın sevgidir.
İlham İsmixanoğlu