Ramiz Rövşən – Tək adam

Gəzər küçələri, gəzər tinləri,
Səhərdən axşama təkdi bu adam.
Fil çəkə bilməzdi o çəkənləri,
İlahi, gör nələr çəkdi bu adam!..
Ürəyi sızladı dost yarasından,
Xəbəri olmadı öz yarasından,
Uçulan evinin xarabasından
Özgəyə təzə ev tikdi bu adam.
Bu gün o adamı gördüm güzgüdə;
Yox-yox, mən deyiləm,yox-yox, özgədi!..
İlahi, gör məni necə gizlədib,
Elə güzgüdə də təkdi bu adam…

Ramiz Rövşən – Tək adam - 488795206017

Комментарии

Комментариев нет.