Bu özbək aktrisanı, heç şübhəsiz, "Görüş" filmindəki Lala obrazı ilə xatırlayırsınız.

Faciəli tale yaşayan aktrisanın adı Nellidir, Nelli Ataullayeva.
Əvvəllər Özbəkistan Təhsil Nazirinin müavini işləmiş atası 1937-ci ildə həbs olunur və "Xalq düşməni" adı ilə 1940-cı ildə güllələnir. Amma ailəsi onun ölüm xəbərini ölümündən 17 il sonra alır.
Universitetin son kursunda oxuyarkən Moskvadan olan Volodya adlı bir oğlan qara gözləri əqiq kimi bərq vuran Nelliyə aşiq olur, qız da oğlanın iti baxışlarındakı amiranəliyə biganə qalmır, qəlbinin hökmü ilə sevir onu. Evlənirlər...
Çox keçmir, əri ilə münasilbəti korlanır. Gözəl başlayan sevgi nağılı acınacaqlı sonluqla bitir...
Vəziyyətinin ağırlığına tab gətirə bilməyən zavallı Nelli içki və narkotik aludəçisinə çevrilir.
1974-cü ildə, cəmi 43 yaşı olarkən sağalmaz xəstəlikdən dünyasını dəyişən Nellinin ölüm yatağında dilindən çıxan yeganə kəlmə "Ata" olur.

Bu özbək aktrisanı, heç şübhəsiz, "Görüş" filmindəki Lala obrazı ilə xatırlayırsınız. - 937180564061

Комментарии