azadlıq” (ing. The Statue of Liberty) Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Azadlıq heykəlinin yaradılması ideyasının mənşəyi fransız hüquq professoru və siyasətçi Eduard Rene de Labulenin 1865-ci ilin ortalarında səsləndirdiyi fikirlərlə əlaqələndirilir. Özünün Versal yaxınlığında yerləşən evində verdiyi nahardan sonra çıxış edən Labule demişdir: “ABŞ-ın müstəqilliyinin elan edilməsinin şərəfinə bir abidə ucaldılacaqsa, məncə bu abidə yalnız amerikan və fransız xalqlarının ortaq işi olduğu zaman təbii olacaq.”o zaman, heykəlin yaradılması fikrinin 1870-ci ildə meydana çıxdığını güman etmək olar. Milyonçu-aktyor İsaak Zinger Merrittin həyat yoldaşı İzabella Yugen Boyer (1841-1904) "Azadlıq heykəli" üçün model olmuşdur.
Bilirsənmi?-Ты знаешь?
:ღ ♥☪♥ SI RE NA ♥☪♥ ღ
Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran
azadlıq” (ing. The Statue of Liberty) Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış
nəhəng neoklassik heykəldir.
Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir.
Heykəldə təsvir olunan ayaq
üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur.
Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir.
Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.
Azadlıq heykəlinin yaradılması ideyasının
mənşəyi fransız hüquq professoru və siyasətçi Eduard Rene de Labulenin 1865-ci ilin ortalarında səsləndirdiyi fikirlərlə əlaqələndirilir.
Özünün Versal yaxınlığında yerləşən evində verdiyi nahardan sonra çıxış edən Labule
demişdir: “ABŞ-ın müstəqilliyinin elan edilməsinin şərəfinə bir abidə ucaldılacaqsa, məncə bu abidə yalnız amerikan və fransız xalqlarının ortaq işi olduğu zaman təbii olacaq.”o zaman, heykəlin yaradılması fikrinin 1870-ci ildə meydana çıxdığını güman etmək olar.
Milyonçu-aktyor İsaak Zinger Merrittin həyat yoldaşı İzabella Yugen Boyer (1841-1904) "Azadlıq heykəli" üçün model
olmuşdur.