On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.[796] Onun adı İslam Peyğəmbərinin adından, yə’ni,M.Ü.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı] qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.