Mənim xoşbəxtliyim onunla gedib, Bir də bu yerlərə gələ... gəlməyə. Mən qan ağlayıram ayrı düşəndən, Vüsal gözlərimi silə... silməyə. Özgəyə qoynunu açan səadət, Əlimdən quş kimi uçan səadət, Məndən illər boyu qaçan səadət, Təzədən üzümə gülə... gülməyə. Bilmirlər, həyatım olub dərbədər, Deyirlər, gecəyə döz, gündüz gələr. Biçarə Sücaət o vaxta qədər, Kim bilir, ay ellər, ölə... ölməyə.
Sucaeti, Behmani Unutma Sen
:yalan dunya bir gun oleceyik
Mənim xoşbəxtliyim
Mənim xoşbəxtliyim onunla gedib,
Bir də bu yerlərə gələ... gəlməyə.
Mən qan ağlayıram ayrı düşəndən,
Vüsal gözlərimi silə... silməyə.
Özgəyə qoynunu açan səadət,
Əlimdən quş kimi uçan səadət,
Məndən illər boyu qaçan səadət,
Təzədən üzümə gülə... gülməyə.
Bilmirlər, həyatım olub dərbədər,
Deyirlər, gecəyə döz, gündüz gələr.
Biçarə Sücaət o vaxta qədər,
Kim bilir, ay ellər, ölə... ölməyə.