DOGULMAMIŞ QIZIN GÜNDƏLİYİNDƏN BİR

HİSSƏ Artıq neçə gündür ki, yaşayıram
«Anamın qarnında oturmuşam, doqquz
aydan sonra doğulacağam. Anam məni sevir,
qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq
asır və mən də onunla birlikdə həzz alır, çox
vaxt da elə musiqi dinləyərək yuxuya
gedirəm. Hər axşam atam işdən gəlir. Anamı
qucaqlayır və yaşadığım qarnı sığallayır.
Bilirsinizmi, mən doğulanda dünyanın ən
bəxtəvər ailəsi olacağıq — axı mən onları
çox, lap çox sevirəm! Anam vaxtının çox
hissəsini evdə keçirir. Amma günorta saat 1-
dən axşam 5-dək məktəbə gedir. Onun indi
çoxlu şagirdləri olmasa da, uşaqlar anamı
lap çox istəyirlər. Eyb etməz, mən
doğulandan sonra anamı indikindən də artıq
sevəcəklər. Məktəbdən qayıdandan sonra
anam yemək yeyir, onunla bahəm mən də
yeyirəm. Hər şey elə dadlıdır ki! Sonra anam
televizora baxır, nə isə toxuyur, dərslərə
hazırlaşır. Günlərimiz adətən belə keçir.
Axşam atam işdən gəlir, yemək yeyir,
dincəlir və yatmağa gedir. Atam elə həlim,
gözəldir ki! Doğulmağa tələsirəm — hər
axşam atamı qucaqlayar, öpər, sonra da
onunla oynayardım. Əla olardı, hə! Hər gün
böyüyürəm. Əllərim, ayaqlarım var artıq.
Hər şeyi görür, hiss edirəm. Atamla anam
yəqin ki, bunu hələ bilmirlər. Onların nə
etdiklərini görürəm, amma onlar anamın
bətninə baxıb mənim nə etdiyimi görmürlər.
Bir anlıq da olsa, anamın qarnından çıxmaq,
onu və atamı öpmək, sonra yenidən bətnə
dönmək istərdim. Amma yox, hələ
balacayam. Balaca uşaqlar isə ananın
qarnında oturmalı, dəcəllik etməməlidir. Bir
az böyümüşəm... Amma nəyisə özüm etmək
üçün hələ çox kiçiyəm. Anam mənimçün
əlindən gələni edir və ən gülməlisi də budur
ki, məni burada, düz ürəyinin altında
gəzdirdiyindən xəbərsizdir. Məni öz qanıyla
qidalandırdığından da xəbəri yoxdu. Tezliklə
ağzım formalaşmağa başlayacaq. Düşünün —
bir il sonra güləcəm. Daha sonra danışa
biləcəm. Birinci hansı sözü deyəcəyimi
bilirəm — »Ana". Kim deyir ki, hələ əsl insan
deyiləm? Artıq insanam. Kiçik çörək qırıntısı
əsl çörək olan kimi... Bu gün ilk dəfə
ağrıdım... Və nədənsə sol qolumda sancı
yarandı. Bəlkə ona görə ki, anam əsəbləşmiş,
ağlamışdı? O, qəflətən kreslodan otaqda
ora-bura gəzişməyə başladı, amma
gözlərindən yaş axmağa davam edirdi.
Yemək istəyirdim, acmışdım — di gəl,
deyəsən, anam məni yaddan çıxarmışdı.
Qəribədir, əvvəllər o, heç zaman belə
etməzdi. Eyb etməz, dözərəm. Təki anama
yaxşı olsun və o, küsdüyü atamla barışsın.
Bu axşam atam işdən qayıtmadı, anam yenə
ağladı. O, bərk peçenyelər yedi, mənim də
qarnım ağrıdı. Üstəlik, peçenyelər çox
dadsızdı. Biçarə anam — yata bilmir,
ağlayır. Onun qarnından çıxmaq, anamı
bağrıma basmaq, öpmək, oxşamaq,
sakitləşdirmək istəyirəm. Bəlkə bundan
sonra bir qədər sakitləşə, kim bilir... Hər şey
daha da pisləşir... Anam məni demək olar ki,
bəsləmir. Elə hey acı tüstünü içinə çəkir,
içir və bütün günü divanda uzanılı qalır.
Özümü çox pis hiss edirəm. Başım və
ürəyimdə ağrılar artıb, bəzən də ürəyim
bulanır. Əvvələrki çox rahat, gözəl bətn indi
narahatlaşıb. Əlllərimlə tez-tez anamın
qarnına vururam, buradan çıxmaq istədiymi
ona başa salmağa çalışıram. Ancaq alınmır,
o, məni eşitmir. Burada boğuluram, ana —
eşidirsənmi məni?! Atam isə bizə baş
çəkməyib. Bəlkə bizi artıq sevmir və artıq
ona gərək deyilik?! Bəlkə bizi unudub? Yox,
ola bilməz! Anamla dalaşana qədər bizi
sevirdi axı… Nə olub, nə baş verib —
bilmirəm. Bütün günü ağlayıram. Burada elə
tənhayam ki... Günorta nənəm gəldi. Anamla
nədənsə danışdılar, sonra da mübahisə
etdilər. Əvvəlcə sakitcə danışırdılar. Amma
anam bir söz deyəndən sonra nənəm
ağlamağa başladı. Vur-tut bir söz onu
ağlatdı. Heç nə anlamıram — axı anam nə
dedi ki?! Hə, yadıma düşdü. «Abort
etməliyəm, başqa yolum yoxdu», — söylədi
sevimli anam. «Abort»… Bu nə deməkdi
görəsən? Nə yaxşı olardı anam hamıyla
barışaydı, günlərimiz də əvvəlki kimi xoş
keçəydi... Hara gedirik, ana? Bu səhər anam
yuxudan oyanan kimi geyindi və evdən çıxdı.
Gedir və ağlayırdı. Yoldakı adamlar da
dönüb ona baxır, nə barədəsə
pıçıldaşırdılar. Anam hansısa binaya
yaxınlaşdı, durdu, yenə dua etdi və nədənsə
başına yaylıq bağladı. Binanın içində çoxlu
adam vardı. Bəziləri şam yandırır, bəziləri
dua edirdilər. Anam da şam yandırdı və dua
etməyə başladı. «Tanrım, bağışla məni!
Bağışla, bunu etmək istəmirəm — amma
məcburam. Yalvarıram sənə, məni bağışla!»
— dedi anam. Qəribədi, anam kimdən, nəyə
görə bağışlanmasınıi istəyirdi? Bəlkə məni
qidalandırmadığına görə ağlayır? Bəlkə
atamdan bağışlanmasını istəyir, atamın
yanına qayıtmaq fikrindədi? Tanrım,
doğrudanmı hər şey yenə yaxşı olacaq?
Anam binadan çıxdı, maşına oturaraq harasa
getməyə başladı. Hara gedirik, ana?!
Nəhayət, harasa çatdıq. Anam binaya girdi
və başlarında gülməli papaq olan ağ paltarlı
adamlar anamın yanında təlaşla ora-bura
getməyə başladılar. Nədənsə ürəyim sıxılır,
başım ağrıyır... Çox qorxuram, ana — içim
gizildəyir! Kabinetə giririk və burada ağ
paltarlı iki nəfər var. Daha çox qorxmağa
başlayıram. Ana, eşidirsənmi — ürəyim
ağrıyır, ana! Ağ paltarlı adamlar anamı və
məni "əməliyyat masası" dedikləri qəribə
çarpayıya uzadır, qapını bağlayır və nəyəsə
hazırlıq görməyə başlayırlar. Tanrım, onlar
bu eybəcər və qorxunc alətlərlə nə etmək
istəyirlər? Bəlkə dəcəlliyimə, qarnını
yumruqladığıma görə anam məni qorxutmaq
istəyir beləcə? Etmə, ana — onsuz da
qorxmuşam. Söz verirəm, dünyanın ən ağıllı,
sakit və sözəbaxan qızı olacağam bundan
sonra. Ana! Bu ağ paltarlı adamları qoyma
mənə toxunsunlar. Onlardan qorxuram,
ana... O adamlardan biri qəflətən iynəni
götürür və anama nəsə vurur. Bir neçə
dəqiqə sonra anam yuxuya gedir. Amma
mən yatmıram... Hər şeyi görür, hər şeyi
hiss edirəm. Ağ paltarlı adamlar o qorxunc
alətlərini götürərək mənə tərəf əyilirlər.
Tanrım, niyə bədənim uçunur, niyə belə
qorxuram, balaca qəlbim sıxılır, gözlərimdən
yaş axır? Bu insanlar nə etmək istəyirlər, Axı
anam mənə pislik etmələrinə yol verməz. Axı
anam məni sevir... Ağ paltarlı adam dəmiri
anamın vucuduna salır. Bu dəmir
yanımdadı. Sıxılıram, dəmirdən uzaq
durmağa çalışıram. Ancaq dəmir ayağımı
yaralayır, oradan qan axır. Ayağımdan
yapışıb qanı saxlamaq istəyirəm. Alınmır,
yara çox dərindir. Onlar ayağımı niyə
kəsirlər, niyə mənə əzab verirlər? Ana,
haradasan, ana?! Ayıl, bax — onlar qızını
kəsmək istəyirlər, ana! Yalvarıram,
toxunmayın mənə. Qıymayın… Amma dəmir
yenə irəli gəlir və bu dəfə sinəmə sancılır.
Qan daha çox axır. Ana, oyan! Ölürəm, hiss
edirəm bunu. Axı günahım nədir ki, mənə
belə ağrı verirsiniz?! Artıq ağlamıram, ana.
Qışqırıram, bəlkə eşidəsən. Gücüm azalır,
duyuram ki, həyat canımdan çıxır yavaş-
yavaş. Dəmir yenə gəlir, nazik boynumdan
yapışıb dartır. Müqavimətə və ağlamağa
gücüm qalmayıb. Onsuz da məni kimsə
eşitmir. Boğuluram, bədənimdən qan sel
kimi axır. Ağ paltarlı adamlar məni anamın
qarnından çıxarırlar. Amma mən artıq
ölüyəm, ana... Ağ paltarlı adamlar
soyuqqanlılıqda mənə baxıb otağın
küncündəki zibil qutusuna atırlar. Ana, sən
az sonra ayılacaqsan — başqa otaqda. Evə
gedəcəksən, hər şey əvvəlki kimi olacaq.
Amma heç zaman sənin qarnında olmayacaq,
doğulmayacaq və böyuməyəcəyəm.
Həmişəlik olaraq burada, zibil qutusunda
qalacağam. Ana, səni heç vaxt qucaqlaya
bilməyəcəyəm. Öpə bilməyəcəyəm. Oxşaya
da bilməyəcəyəm, ana. Ana, ilk addımları
görməyəcək, dediyim ilk sözü
eşitməyəcəksən. Və heç zaman
bilməyəcəksən ki, səni necə sevmişəm. Anam
məni öldürdü. Adımı, özümü, kimliyimi,
arzularımı, çiçəkləri bilmədən... Ana, məni
niyə öldürdün?!"

Комментарии