GELECEKDEN XEBERSIZ..

Bölüm 30.
Bu səs Fərdiyə aid idi. Uzun müddət idiki yox
idi səsi- sorağı. Damla olduğu yerdəcə donub
qalmışdı. Bərk- bərk Dünyanın əlindən
tutmuşdu.
Fərdi onlara yaxınlaşıb yenidən dilləndi: Salam.
Heç biri cavab vermirdi. Dünya özünü toparlayıb
: Damla gecikirik gəl.- dedi.
Fərdi: Dünya dayan. Damlayla işim var.
Dünya əsəbi tonla: Damlayla heç bir işin yoxdu
sənin!
Fərdinin xoşuna gəlirdi Dünyanın bu cür dikbaş
, qorxusuz olması. Ümumiyyətlə Fərdinin sərt
qızlardan xoşu gəlirdi. Amma Damla ona dönüb
artıq nəsə deyəndə çox əsəbiləşirdi.
Fərdi üzünü Dünyaya tutub: Sənə neçə dəfə
deyimki bizim aramıza girmə.
Damla özünü toparlayıb: Sənə neçə dəfə deyimki
“biz” deyə bir şey yoxdu?!
Fərdi Damlaya bir az daha yaxınlaşıb: Xaiş
edirəm iki dəqiqə vaxt ver mənə. Xaiş edirəm.
Dünya: Gəl Damla gedək.
Fərdi: İcazə ver öz fikrini desin.
Damla Dünyanın üzünə baxıb gözlərini qırpdı.
Dünya başa düşdüki Damlada onunla danışmaq
istəyir. Onların yanından bir qədər uzaqlaşdı.
Damla həyəcandan nəfəs ala bilmirdi: Hə,
eşidirəm. Nə sözün varsa buyur.
Fərdi: Damla belə ayaqüstü olmaz gəl oturaq bir
yerlərdə sonra.
Damlada istəyirdi onunla oturub söhbət etmək.
Hətta onunla dalaşmaq üçün belə darıxmışdı.
Amma qüruru buna icazə vermirdi.
Damla: Yox, dərsə gecikirəm. Nə deyəcəksənsə
burda de.
Fərdi: Yaxşı belə edək get dərsinə. Dərs çıxışı
gəlim mən. Bir yerlərdə oturub danışaq. Hə nə
deyirsən?
Fərdi o qədər səmimi danışırdıki Damla ona yox
deyə bilmədi. Başı ilə razılıq bildirib Dünyaya
tərəf irəlilədi.
Dünya cəsarət edib heç nə soruşa bilmirdi. Amma
içi- içini yeyirdi. Damla bunu başa düşüb sözlə
başladı.
Damla: Dərs çıxışı gəlim söhbət edək dedi.
Dünya: Sən nə dedin?
Damla köks ötürüb: Yaxşı dedim.
Dünya nəsə deyib onu incitmək istəmirdi. Buna
görədə susdu.
Beləliklə gəlib universitetə çatdılar. Pərvində
həmin vaxt universitetə daxil olurdu. Dünyanı
görüb ayaq saxladı.
Pərvin : Salam necəsiz?
Qızlarda onunla salamlaşdılar.
Damla: Mən qalxım sinifə. – deyib uzaqlaşdı.
Dünya Damla gedən kimi Pərvinin üzünə baxdı.
Pərvin gözlərini qaçırırdı ondan.
Dünya: Pərvin bilməyimi gərəkdirən nəsə
yoxduki?
Pərvin: Nə kimi?
Dünya: Onu sən daha yaxşı bilərsən.
Pərvin daha çox gizlədə bilməzdi bu həqiqəti.
Amma təbiikidə tam olduğu kimi
danışmayacaqdı. Buna görədə sözə başladı.
Pərvin: Anamla danışdım.
Dünya: Nə dedi?
Pərvin Dünyanın əlini əllərinin arasına alıb:
Dediki evlilik üçün tezdi. Yəni yaşın azdı hələ.
Dünya: Biz onsuzda bu saat evlənmirikki?
Pərvin: Sən narahat olma mən düzəldəcəm hər
şeyi. – deyib Dünyanı qucaqladı. Özünə sıxıb
qoxusunu içinə çəkdi. Yox, o Dünyadan ayrıla
bilməzdi. Nə olur olsun bu məsələni həll
etməliydi.
Aygün tənəffüsün olmasını gözləyirdi. Tezliklə
Elmarla danışmalıydı. Ağlındakı suallara cavab
tapmalıydı.
Dünya gəlib sinifə daxil oldu. Aygün başını
partanın üstünə qoymuş xəyallara dalmışdı.
Dünya: Salam necəsən?
Aygün başını qaldırıb: Salam. Sən nə vaxt gəldin
xəbərim olmayıb heç.
Dünya: Hə yaman xəyallara dalmısan. Nə olub?
– deyib göz vurdu.
Aygün: Heç əşi. Biraz başım ağrıyır.
Dünya: Yaxşısan indi?
Aygün: Hə narahat olma.
Beləliklə dərs sona çatdı. Aygün sinifdən çölə
çıxdı. Elmargilin sinifinin qarşısına gəlib çatdı.
içəri boylandı amma Elmar yox idi.
“ Yəqin bufetdədir” – deyə düşünüb aşağı endi.
Amma elmar bufetdə yox idi. Dünya ilə Pərvində
bufetdə idi.
Dünya Aygünü görüb yanına çağırdı. Aygün gəlib
Pərvinlə salamlaşdı. Onlarla birlikdə biraz
oturduqdan sonra marağına əngəl ola bilməyib
Pərvindən Elmarı soruşdu.
Aygün: Pərvin , bu gün Elmar dəyməyib gözümə.
Gəlməyib dərsə?
Pərvin: Yox, səhər dediki başım ağrıyır bu gün
mənə qayıb yazdırma.- deyib güldü.
Dünyada onun bu sözünə güldü. Tək gülməyən
Aygün idi. Bu hal Dünyanın gözündən
yayınmadı.
Üzünü Aygünə tutub: Yaxşısan Aygün? Səhər
başım ağrıyır deyirdin.
Aygün: Hə yaxşıyam narahat olma. Mən qalxıb
sinifə. Oturun siz.- deyib bufeti tərk etdi.
Elmarın bu cür hərəkət etməsi onda şübhələri
artırmışdı. Artıq daha çox öyrənmək istəyirdi.
Buna görədə telefonunu götürüb Elmara mesaj
yazdı.
“ Salam. Eşitdim başın ağrıyır. Necəsən indi? “
Elmar Aygündən mesaj gəldiyini görüb çox
sevindi. Cəld cavab yazdı.
“ Salam. Çox sağol sən yazdın yaxşı oldum. Sən
necəsən ? diqqətin üçün təşəkkürlər. “
Aygün mesajı oxuyanda istəmədəndə olsa üzü
gülmüşdü. Oda mesaja cavab yazdı.
“ Hə lap əla. Dərs çıxışı görüşə bilərik?”
Elmar bir anlıq həyəcanlandı. Çünki Aygün ilk
dəfə idiki görüş təklif edirdi.
“ Hə, əlbəttə niyə olmasın. “ – beləliklə görüş
yerini təyin edib söhbəti sonlandırdılar.
Damlada Aygündə dərsin bitməsini səbirsizliklə
gözləyirdilər.
Dərs sonunda bitdi. Damla tələsik sinifdən çıxdı.
Əvvəlcədən Dünyaya Fərdiylə görüşəcəyini
bildirdiyi üçün Dünyanın yanına getmədi.
Birbaşa çıxışa doğru irəlilədi.
Fərdi 10 dəqiqə olardıki çıxışa yaxın bir yerdə
durub Damlanı gözləyirdi. Uzaqdan gəldiyini
görüb Damlaya doğru irəliləməyə başladı. Damla
artıq gəlib çatmışdı.
Fərdi gülümsünərək: Xoş gəldin. O qədər
sevindimki gəldiyinə.
Damla isə sadəcə təbəssüm etdi.

Комментарии

Комментариев нет.