Gələcəkdən Xəbərsiz

• Bölüm 31.

• Aygün tələsik universitetdən çıxdı. Elmarla görüş təyin etdikləri yerə gəlib çatdı. Elmar bağın içində oturacaqlardan birində əyləşmiş onu gözləyirdi. Aygünü görən kimi cəld ayağa qalxdı və ona doğru yavaş-yavaş addımladı. Aygün isə çox həyəcanlı idi. Heç bilmirdi cəsarətini toplayıb nəsə deyə biləcək ya yox?

• Damla ilə Fərdi əvvəl görüşdükləri kafeyə getdilər. Bir masanı seçib əyləşdilər. Kofe və şirniyyat sifariş etdilər. Fərdi bir an olsun gözlərini Damladan ayırmırdı. Damla isə elə hey sağa- sola baxırdıki baxışları toqquşmasın. Fərdi Damlanın bu halını görüb əlindən tutdu. Damla cəld əlini geri çəkdi. Heç biri heçnə danışmırdı. Sifarişlər gəlmişdi artıq. Damla Fərdinin söhbətə başlamasını səbirsizliklə gözləyirdi amma Fərdi elə tortunu yeyib kofeni içməklə məşğul idi.

• Aygün: İndi yaxşısan?

• Elmar: Hə, narahat olma.

• Aygün bir az susduqdan sonra yenidən sözə başladı: Anan gülləri bəyəndi?

• Elmar: Ən xoşagəlməz gül olsa belə mənim anam bəyənər. Gülləri çox sevir.

• Aygün gülümsünüb: Məndə. -dedi.

• Elmar: Bilirəm.

• Aygün: Hardan bilirsən?

• Elmar: Uzun müddətdirki dostumsan bilməyib nə edəcəm?

• Aygün:Hmm qane edici cavab olmadı.

• Elmar: Niyə?

• Aygün: Axı mən sənə güllər haqqında danışdığımı xatırlamıram.

• Elmar bir az susub: Danışmısan. Amma xatırlamırsan yəqin.

• Aygün: Sənində xəbərin varıydı hə mənim 'Gizli heyranımdan'?

• Elmar: Şey. Həə varıydı.

• Aygün: Artıq şükür yoxdu. Kimidisə bezdi məndən yəqin.

• Elmar: Bezməz.

• Aygün: Bezdiki artıq gül qoymur heç hara.

• Elmar: Bəlkədə səni qorxutmaq istəmir.

• Aygün: Gülün nəyindən qorxacamki?

• Elmar: Güldən yox. Gülü ora gətirəndən.

• Aygün: Yooxx, ondanda qorxmuram.

• Elmar: Bəs onda niyə 2 - 3 ay əvvəl psixyatra gedirdin?

• Aygün: Sən bunu hardan bilirsən?

• Elmar : Bilirəmdə.

• Aygün: Elmar!

• Elmar Aygünün üzünə baxıb: Eşidirəm.

• Aygün: Sənsən hə?

• Elmar başını yenə başqa tərəfə çevirdi. Çünki Aygünün gözlərində xəyal qırıqlıqlarını görmək istəmirdi.

• Aygün: Danış! Səniydin hə? O gülləri hər yerdə qarşıma çıxaran səniydin!.

• Elmar isə sadəcə susurdu.

• Aygün əsəblə: Sualıma cavab ver!

• Elmar yenədə susmuşdu.

• Aygün ayağa qalxıb heç nə demədən oradan uzaqlaşmaq istəyirdiki Elmar: Hə. Məniydim.- dedi.

• Aygün elə olduğu yerdəcə donub qaldı.

• Damla artıq sıxılmışdı. Fərdinin danışmaq kimi bir niyyəti yox idi. Buna görədə ayağa qalxıb: Mən gedirəm artıq. - dedi.

• Fərdi: Hara?

• Damla: Hara olacaq? Evə.

• Fərdi: Axı bura səninlə bir şeylər danışmaq üçün gəlmişdik.

• Damla: Danışmaq niyyəti olan insan kimi görünmürsən.

• Fərdi: Yaxşı keç otur danışaq.
• Damla könülsüzcədə olsa qalxdığı yerə əyləşdi. Fərdi onun gözlərinə baxırdı: Necədə darıxmışam sənin üçün.

• Damla başını aşağı salıb əlləri ilə oynayırdı.

• Fərdi: Bilirəm etdiyim hərəkət düzgün deyildi amm……

• Damla: Etdiyin hansı hərəkət düzdüki?

• Fərdi: Damlam, qurbanın olum belə etmə. Sən belə etdikcə ürəyimi parçalayırsan. Mən bu neçə müddətdi gecələr doğru dürüst yatada bilmirəm. Heç dostlarımlada görüşmürəm. Hər kəslə əlaqəmi kəsmisəm. Ağlımda fikrimdə sadəcə sən varsan. Bu müddət ərzində sənsiz yaşaya bilməyəcəyimi çox yaxşı başa düşdüm. Sevirəm səni. Həmdə dünyalar qədər.

• Damla isə sərt-sərt onun üzünə baxırdı.

• Fərdi: Elə baxma. Bir şeylər de.

• Damla: Sevən sevdiyinə o qədər zülm etməz Fərdi. Sən mənim bu qədər müddətdə nələr çəkdiyimi bilirsən? Mənə nələr yaşatdığını bilirsən?

• Fərdi: Mən addım-addım səni izləmişəm. Amma sənin xəbərin olmayıb.

• Damla: Sən məni izləsəndə mənim daxilimdə nələr çəkdiyimi bilməmisən. Mənim bu müddət ərzində nələr yaşadığımı nələr çəkdiyimi bilməmisən. Bilədə bilmərsən! Sənin tək bildiyin incitməkdi. Küsdürməkdi. Sənin bildiyin kimisə yıxıb-dağıdıb ortalıqda buraxmaqdı. - Damla özündən asılı olmadan artıq səs tonunu yüksəltmişdi. Kənarda oturanlardan onu izləyənlərdə var idi.

• Fərdi ətrafına baxıb: Damla sakitləş insanlar bizə baxır. Damla ətrafdakı insanların onlara baxdığını görəndə çox utandı. Çantasını götürüb heç nə demədən kafedən çıxdı. Fərdidə onun arxasınca gedirdi. Qapıdan çölə çıxan kimi artıq göz yaşlarına hakim ola bilməmişdi Damla.

• Aygün arxası Elmara tərəf ayaq üstdə eləcə qalmışdı. Elmar ayağa qalxıb ona tərəf irəlilədi.
• Əlini onun çiyninə qoyub özünə tərəf çevirdi. Aygün donuq vəziyyətdə Elmara baxırdı.

• Elmar: Bir şey demiyəcəksən? Aygün isə eləcə Elmara baxırdı.

• Elmar: Aygün qorxutma məni yaxşısan?

• Aygün: Niyə? Elmar bilirdi nəyi nəzərdə tutduğunu. Buna görədə susdu.

• Aygün: Niyə Elmar?

• Elmar: Aygün mən.. mən səni sevirəm.

• Aygün: Sevirsən? Məni? Budu sənin sevgin? Mən sənin ucbatından artıq dəli olduğumu düşünürdüm. Budu sənin sevgin?

• Elmar günahkar uşaqlar kimi başını yerdən qaldırmırdı.

• Aygün onun üzünü ovcuna alıb başını yuxarı qaldırdı: Sevdiyini normal deyə bilmirdin? Hə?! Elmar cavab ver!

• Elmar: Məni başa düşməyini gözləmirəm.

• Aygün: De. Necədisə eləcə de. Başa düşüb düşməmək mənim işimdi!

• Elmar: Sən çox əsəbisən. Qalsın sonra danışaq. -deyib , dönüb getmək istəyirdiki Aygün: Heç hara getmirsən!!!!!

• Elmar nə desin bilmirdi. Sadəcə susurdu.

• Aygün: İnana bilmirəm! Yalan deyirsən hə? Sən deyildin o. Hə?

• Elmar utanırdı. Aygün ona bu qədərmi güvənirdi?

• Elmar: Aygün xaiş edirəm sonra .

• Aygün: Nə? Sonra? Nə sonra? Düşünürsənki bundan sonra səninlə dostluq edəcəm? Çox axmaqsan! -deyib oradan sürətlə uzaqlaşdı. Əsəbdən gözlərindən alov çıxırdı. Elmar isə eləcə onun arxasınca baxırdı.

• Fərdi gəlib Damlanın yanına çatdı.

• Fərdi: Damla, Damla gözlə.

• Damla isə ağlamaqdan cavab verə bilmirdi. Fərdi arxadan gəlib Damlanı özünə çevirərək onu qucaqladı. Damla əvvəl ondan uzaqlaşmaq üçün müqavimət göstərsədə bir neçə dəqiqə sonra özünü onun qollarına buraxmışdı. Bu onu rahatladırdı. Dahada hönkürərək ağlayırdı. Sanki neçə aydır içində saxladığı göz yaşlarını indi sərbəst buraxırdı. Artıq oda Fərdini qucaqlamışdı. Necədə darıxmışdı onun üçün. Unutmuşdu bu hüzuru uzun zamandır. Bəs nə edəcəkdi? Bağışlayacaqdı Fərdini? İndi bunları düşünmək istəmirdi. Sadəcə ağlayıb rahatlamaq istəyirdi.

• Aygün artıq gəlib evə çatmışdı. Ayaqqabılarını çıxarıb bir başa otağına çıxdı. Yatağına uzanıb ağlamağa başladı. Axı niyə Elmar belə edib? Sevirdisə hər kəs kimi çıxıb qarşısına normal şəkildə deyə bilməzdi? Axı niyə bu qədər həm özünə həmdə ona əziyyət etmişdi?

• Fərdi Damlanı özündən bir qədər uzaqlaşdırıb alnından öpdü. Damla isə sakitcə göz yaşını axıdırdı. Damlanın əllərini ovuclarına alıb öpməyə başladı. Sonra yenidən onu qucaqladı. Damlada Fərdini qucaqlamışdı. Söhbət Fərdidən gedirsə bu zaman Damla ağlı ilə yox hisləri ilə hərəkət edirdi. Keçib birlikdə parkda oturdular. Fərdi Damlanı qucaqlamış üzünü onun başına yaslamışdı. Damla isə gözlərini yummuş uzun müddətdi itirdiyi o hüzuru yaşayırdı. Axı səni incidən bir insan necə sənə bu qədər hüzur verə bilər? Damla bunu başa düşmürdü. Yarım saatdan artıq müddət idiki artıq sakitcə oturmuşdu. Bu sakitliyi pozan Damlanın telefonu oldu. Zəng edən Dünya idi.

• Damla: Alo

• Dünya: Damiş hardasan sən?

• Damla: Şey gəlib danışaram.

• Dünya: Gecdi daha. Gəlmək fikrin yoxdu? Mama səni soruşur.

• Damla: Gəlirəm. Yarım saat idarə et xaiş edirəm.

• Dünya: Narahat olma. Bibisigilə gedib dedim.

• Damla: Çox sağol Dünüş yaxşıki varsan. Öpdüm.

• Fərdi: Nəsə problem var?

• Damla: Yox deyibki bibimgilə getmişəm. Yazıq qız mənə görə yalan danışıb.

• Fərdi onu qucaqlayıb: Kaş həmişə belə yanımda olasan. Belə qollarımda olasan. Kaaşş.

• Damla onun bu sözlərinə təbəssüm etdi. İçindən oda 'kaş'-deyə keçirdi. Bəli artıq bağışlamışdı Fərdini. Damla yenə hisslərinə qarşı uduzmuşdu. Fərdi onu özündən bir qədər uzaqlaşdırıb dodaqlarına kiçik bir öpüş qondurdu. Damlanın sanki ürəyi yerindən çıxacaqdı. Həyəcandan nə edəcəyini bilmirdi. Bu ilk öpüş idi. Fərdi onun həyəcanlandığını görüb yenidən qucaqladı. Qısıq səslə " Səni sevirəm."- dedi.
• Qısa bir müddət sonra Fərdi onu gətirib evlərinə buraxdı. Damlanın sevinci gözlərindən görünürdü. Qapını açıb içəri girdi. Hər kəslə salamlaşıb Dünyanın otağına qalxdı.

• Qapını döyüb: Olar? -dedi.

• Dünya qaçaraq qapıya gəlib Damlanın əlindən tutaraq içəri çəkdi: Əlbəttə olar. O nə sözdü buyur. Ürəyim partladı. De görüm nə olub? Fərdiyləydin bu vaxtacan? Nə etdiz ? Nə dedi?

• Damla əlini onun ağzına tutub: İmkan ver. Qoy bir nəfəsimi dərim.- deyib yatağa uzandı.

• Dünya əsəblə onu yataqdan qaldırıb: Qalx ! Danış dedim!

• Damla isə gülürdü.

• Dünya: Eehhh danış görüm. Nəyə gülürsən belə?

• Damla: Dünüş inana bilmirəm hələdə. Fərdi.. Fərdi çox dəyişib. İlk tanıdığım Fərdi geri dönüb. İnana bilirsən? Fərdi əvvəlki Fərdi olub.

Комментарии

Комментариев нет.