GELECEKDEN XEBERSIZ

Bölüm 32.
Dünya Damlanın nə dediyini başa düşməyə
çalışırdı.
Dünya: Damiş sakit izah et görüm nə baş verir?
Damla: Məndən üzr istədi. Dediki hər şey üçün
peşmanam. Bağışla məni. Sənsiz günlərdə başa
düşdümki sənsiz yaşaya bilmərəm. Sən demə elə
addım - addım məni izləyirmiş əzəldən.
Londonda qarşılaşmağımız təsadüf deyilmiş.
Dünya: Onsuzda bilirdikki London məsələsi
təsadüf deyil.
Damla: Dünya mən inanıram dəyişib o.
Dünya Damlaya yaxınlaşıb onu qucaqladı:
İnşaAllah sən dediyin kimi olar. Dəyişmiş olar.
Dünya Damlanı azda olsa ayıltmışdı. Damlanın
keçmişdə olanlar bir-bir gözünün qabağından
keçirdi. İçinə qorxu düşmüşdü. Görəsən Fərdi
həqiqətən dəyişmişdi? Bu sualın cavabı onu çox
qorxudurdu.
Aygün otağında oturmuşdu. Yatmaq istəyirdiki
bir anlıqda olsa unutsun olanları amma
bacarmırdı. Yuxu ondan uzaq qaçırdı.
Düşüncələrdən onu telefonun səsi oyatdı.
Yatağın baş ucunda duran telefonunu əlinə
aldı. Mesaj Elmardan idi.
" Qapınızdayam. Çıxa bilərsən?"
Aygün öz-özünə: Dəlidi ey. Necə çıxım? Axmaq.
" Yox çıxa bilmərəm!"
Elmar: "Sən gəlməyincə gedən deyiləm. "
Aygün: " Gözüm aydın. Qal don orda." -mesajı
yazıb telefonu söndürdü. Elmar isə hələdə
qapıda gözləyirdi. Gözü Aygünün pəncərəsində
idi. Aygün marağını boğa bilməyib pəncərəyə
çıxdı. O an baxışları Elmarla toqquşdu. Tez
pərdəni örtüb geri çəkildi. Elmar onun bu
hərəkətinə gülümsündü. Aygünün isə həyəcandan
dizləri əsirdi.
Dünya nəsə problem olduğunu aydın görürdü.
Pərvin bu gün yenə Elmargildə qalmışdı. Halbuki
o Pərvini tanıyan gündən Pərvin təsadüf
hallarda qalmışdı evdən kənar yerdə. Amma
Pərvin heç bir problem olmadığını deyirdi ona.
Dünya buna inanmasada Pərvinin üstünə
getmirdi.
Pərvin söhbətdən qaçmaq üçün : "Darıxdım."-
yazdı mesajda. Və Dünyanın cavab verməsini
gözləmədən zəng etdi.
Dünya: Alo.
Pərvin: Birdən sənin üçün darıxdım.
Dünya sadəcə gülümsündü
Pərvin: Deyirəm darıxdım. Danış səsini
eşidimda.
Dünya: Nə danışım?
Pərvin: Nə bilim. Məsələn sən darıxmırsan heç
mənim üçün?
Dünya: Belədə. Arada darıxıram.
Pərvin: Çox romantik sevgilim var.
Dünya isə gülürdü.
Pərvin: Gülmə ey. Deyrəm darıxdım.
Dünya: Axı nə edə bilərəm?
Pərvin:Nə bilim. Səni görməsəm yata bilmərəm.
Dünya: Aa dəlisən? Axşam-axşam necə görəssən
məni?
Pərvin: Hmm nə bilim. Maraqlı sualdı.
Dünya: Pərvin yaxşısan sən?
Pərvin: Yox yaxşı deyiləm. Səni görmədən yaxşı
olmayacamda.
Dünya: Onda sabaha kimi yaxşı olmuyassan.
Pərvin: Gəlim evinizin qarşısına 10 dəqiqəlik çölə
çıx görümdə olar?
Dünya: Yox dəlisən? Görən olar.
Pərvin: Of Dünyam axı səni görmək istəyirəm.
Anan bilirdə bizi icazə verməz?
Dünya: Bilməsinə bilir amma sən mənim nişanlım
yada sözlüm deyilsənki. Anam icazə verməz heç
vaxt.
Pərvin nişanlı söhbəti açılanda özünü pis edirdi.
Axı anasını necə razı salacaqdı? Çox inadcı
qadın idi Səadət xanım. Amma bir o qədərdə
qəlbi təmiz insan idi.
Dünya Pərvinin cavab vermədiyini görüb: Pərvin
ordasan?
Pərvin xəyallardan ayılıb: Hə, hə burdayam.
Dünya artıq az- çox məsələnin nə yerdə
olduğunu başa düşmüşdü. Pərvin istəmədəndə
olsa Dünyaya yansıtmışdı olanları.
Dünya: Evdə nəsə problem var?
Pərvin: Yooxx, nə problem?
Dünya: Nə bilim iki gecədi evə getmirsən. Evdə
nəsə problem var?
Pərvin yalan demək istəmirdi. Amma həqiqətidə
deyə bilməzdi.
Dünya: Pərvin ailən məni istəmir?
Pərvin heç nə deyə bilmirdi. Axı necə desinki
ailəm səni istəmir,
Dünya: Bunu mənə nə vaxt deməyi düşünürdün?
Pərvin: Dünya ailəm səni qəbul edir ya yox bu
heç nəyi dəyişmir.
Dünya: Sənin üçün elə ola bilər amma mənim
üçün çox şeyi dəyişir. – deyib telefonu söndürdü.
Yatağa uzanıb ağlamağa başladı. Axı Pərvinin
ailəsi onu tanımırdı heç. Niyə onu istəmirdilər?
Səbəb nə idi?
Bu səbəblərdən Dünya xəbərsiz idi.
Pərvin nə qədər zəng edib , mesaj yazsada
Dünya cavab verməmişdi. Pərvin əsəblə telefonu
yerə atdı və telefonu sındı.
Damla Fərdi ilə mesajlaşırdı. Yenə olanları
unutmuşdu. Sadəcə Fərdiylə xoşbəxt olacağını
düşünürdü o an. Fərdi sanki onu sehirləmişdi.
Onunla danışan zaman hər şeydən uzaqlaşırdı.
Saat 03:45. Aygün yataqda uzanmışdı. Cəsarət
edib pəncərəyə çıxa bilmirdi. Amma maraq icazə
vermirdiki yatsın. Buna görədə qalxıb pəncərəyə
yaxınlaşdı. Gözlərinə inana bilmirdi. Elmar orda
idi hələdə. Soyuqdan əllərini ovuşdururdu.
Aygünün içi parçalandı onun bu halına. Yəni
Elmar onu bu qədər çox sevirdi?
Dayana bilməyib telefonu işə saldı. Elmardan
ondan çox mesaj var idi. Bir- neçə dəfədə zəng
etmişdi.
“ Soyuqdu. Boş- boşuna gözləmə get evinə.”
Elmar həvəslə mesajı açıb oxudu. Üzündə
təbəssüm yarandı. Deməli Aygündə onu
düşündüyü üçün bu saatda hələdə yatmamışdı.
Sevinclə mesaja cavab yazdı.
“ Səni Sevirəm. Bunu bil bəsdi mənə. ”
Aygün mesajı oxuduqda sevincdən telefonu
qucaqlayıb öpdü. Sonra isə özü öz hərəkətinə
güldü. Yatağa uzanıb yatmağa çalışdı amma
Elmar soyuqda elə qaldığı müddətdə görünür
oda yata bilməyəcəkdi. Odurki yataqdan qalxıb
aşağı endi. Evdə hər kəs yatmışdı. Barmaq
ucunda qapıya yaxınlaşıb çölə çıxdı. Darvazanın yanına gəlib çıxmışdı Aygün.
Bilmirdiki qapını açsın ya yox. Dərin bir nəfəs
alıb qapının kilidini açdı. Elmar qapının səsini
eşidib bir anlıq qorxdu. Qapıdan çıxanın Aygün
olduğunu gördükdə isə gözlərinə inana bilmədi.
Elmar Aygünə yaxınlaşdı. Hər ikisi susmuşdu.
Aygün belə hərəkət etdiyi üçün içindən özünü
danlayırdı.
Uzun bir səssizlikdən sonra Elmar sözə
başladı:İnana bilmirəm. Sən... sən burdasan.
Aygün: Elmar gəldimki sənə ' evinə get ' deyəm.
Durma boş yerə burda. Gedir daha. Havada
soyuqdu.
Elmar: Mənim indiyə kimi bir sevdiyim olub.
Aygün: Başa düşmədim.
Elmar: Demirdin səbəbini de. Niyə üzümə
demədin elə şeylər etdin. Səbəbini izah edirəm.
Bir az susduqdan sonra: Mənim hələ 18 yaşım
var idi. Universitetə təzə başlamışdıq.
Universitetə hazırlıq dövründən xoşum gələn bir
qız varıydı. Adı Yaqut. O qədər gözəl, tərbiyəli,
incə qız idiki. Mənim diqqətimi çəkməyi
bacarmışdı. Hər dəqiqəsini onun xəbəri olmadan
izləyirdim. Universitetə qəbul olduqdan sonrada
izləməyə davam etdim. Artıq varlığımı ona hiss
etdirməyə başlamışdım. Əvvəl rədd etsədə sonra
oda məni sevdi. Sonra sevgili olduq. O qədər
xoşbəxt idikki. Özümü yuxuda hiss edirdim.
Çoxsevirdim onu. Dünyalar qədər. Oda məni
sevirdi. 1 il 8 ay 11 gün sevgili qaldıq.
Aygün: Niyə ayrıldız?
Elmar köks ötürüb: Səhv etdi. Mənə qarşı səhv
etdi. Qürurum icazə vermədiki bağışlayam onu.
Nə qədər yalvardı bağışlamağım üçün amma
bağışlamadım. Bağışlamağı bacarmadım. -
Elmarın gözləri dolmuşdu. Biraz susun özünü
toparladıqdan sonra sözünə davam etdi:
Ayrıldığımız 3 ay olmuşdu. Əvvəl gizlin gizlin
izləyirdim onu. Amma son bir ay idiki artıq
izləmirdim. Özümü onun yoxluğuna alışdırmağa
çalışırdım. Bu heçdə asan iş deyildi mənim
üçün. Amma bacarmalıydım. Bir gün bibimin
oğlu Ruslan evlənəcəyini dedi. Hər kəs həvəslə
nişana hazırlandı. Və nişan günü gəlib çatdı.
Mən biraz gecikdim nişana. Həvəssiz gedirdim.
Onunla ayrıldıqdan sonra heç nəyə həvəsim
qalmamışdı. Gəlib salona daxil olduqda
gözlərimə inana bilmədim. Bəy-gəlin kürsüsündə
Yaqutla Ruslan oturmuşdu. Qapıda donub
qalmışdım eləcə. O isə məni görmürdü. Üzündə
xoşbəxtlik görmürdüm. Bir neçə dəqiqə sonra oda
məni gördü. Oda donub qalmışdı. Eləcə bir-
birimizə baxırdıq. Məni anamın səsi ayıltdı
xəyallardan. Şok vəziyyətindəydim. Gördüklərim
elə bilirdimki yuxudu. Tezliklə ayılmaq
istəyirdim bu yuxudan. Amma nə xeyri.
Həqiqətəndə Yaqut Ruslanla nişanlanırdı. O
müddət ərzində üzünün güldüyünü görmədim.
Amma mənədə baxmırdı. Gün necə bitdi
bilmədim heç. Evə gəldikdə anamdan soruşdum
olanları. Anam sevdiyim olduğunu bilirdi amma
onu tanış etməmişdim. Danışığımdan başa
düşdüki o qız elə həmin qızdı. Nəsə anam mənim
yaxşı olmadığımı görüb Yaqutla danışmağa
gedib məndən gizlin. Yaqut gəldi yanıma bir
gün. Dediki bu evliliyi ailəsi istəyib. Amma o an
əsəblə mən ona qulaq asmadım. Başa düşə
bilmirdim. Mən oğlan ola- ola üç aydı unuda
bilməmişkən onu o artıq nişanlanıb. Özüdə
bibioğluma. Söhbətimizdə onu təhqirdə etdim.
Bilirdim sonra peşman olacağımı amma o an
ağlıma gələn hər şeyi dedim ona. Ayrılma
səbəbimizdə o olmuşdu elə. Mən əsəbləşib yıxıb-
dağıtmışdım hər şeyi.

Комментарии

Комментариев нет.