Bölüm 33.

Aygün: Ayrılıq səbəbiniz nə idi soruşmaq olar?
Elmar gülümsünüb: Mən.. Aygün mən çox axmaq insanam. Mən.. Offf.- deyib başışı aşağı saldı.
Aygün: Elmar, narahat olacaqsansa danışma.
Elmar: Yox. Artıq deməliyəm sənə. Yaqutu məndən əvvəldə sevib, istəyən çox olmuşdu. O hamısına rədd cavab verirdi. Bir oğlan var idiki..... Rza. O şərəfsiz. - Elmar danışdıqca yumruğunu bərk sıxırdı: Yaqutdan əl çəkmirdiki əl çəkmirdi. Bir neçə dəfə onu yaxşıca əzişdirmişdim. Amma bir yada iki ay bəs edirdi onun üçün bu. Sonra yenə Yaqutu narahat edirdi. Bir dəfə həqiqətən öldürəcəkdim onu. Əlimdən Pərvin zorla aldı. Hətta...- gülümsünüb: iş polisə qədər gedib çıxmışdı. Mən Yaqutdan çox şey istəmirdim. Sadəcə məndən heç nə gizləmə deyirdim. Dəfələrlə mənə demişdiki icazə verim gedib polisə şikayət etsin. Amma mən icazə vermirdim. Bir gün məndən gizlin Rzanı polisə şikayət edib. Rza gəldi üstümə. Dediki "özün başa çıxa bilmədin mənlə sevgilini polisə yolladın?". Başa düşmədim heçnə. Eləcə Rzanın üzünə baxırdım. Rzanı yenə döyüb Yaquta zəng etdim. Telefonu heç nə olmamış kimi açıb cavab verdi. Nə qədər söhbəti o yerə gətirsəmdə demədi mənə. Gizlədi. Düşünə bilirsən məni axmaq yerinə qoydu. Sevgilim.... mənim sevgilim məndən bu qədər ciddi məsələni gizlədi. O gün sildim Yaqutu beynimdə. Həmin hadisənin səhəri günü Rza və dostları bütün universitetə şayə yaymışdılarki güya məni Rza döyüb. Məndə qorxmuşam ondan. Yaqutda polisə şikayət edib onu. O qədər ağır gəldiki bu mənə. Qaldıra bilmədim. Əsəbdən gözüm dönmüşdü. Məni bu vəziyyətə salan Rzanıda, axmaq yerinə qoyan Yaqutuda öldürmək istəyirdim. Bu an Yaqut yanıma gəldi. Hər şeydən xəbərsiz. Gəlib yanımda durub heç nə olmamış kimi gözlərimin içinə baxdı. O an Yaqutu orda öldürə bilərdim inan. Qolundan tutub bir kənara çəkdim.
" Elmar: Mənə demək istədiyin nəsə var?"-gözlərimdən od püskürürdüm.
" Yaqut: E..Elmar qolumu incidirsən.
Elmar: Yaqut!!!!!! Birdə soruşmayacam. Mənə nəsə demək istəyirsən?"- ağzını açıb nəsə demək istəyirdiki : " Bax bu cavabında ağzından artıq-əskik söz çıxmasın. Sualımdan əlavə nəsə başqa söz desən... Yaqut desən! Daha gerisi məni maraqlandırmır!" Yaqut susdu. Gözlərində qorxu var idi.
"Yaqut: Elmar qulaq as. Bildiyin kimi deyil.."- davamına qulaq asmadım artıq. Axı ona artıq heç nə demə demişdim. O saat məni idarə edən qürurum və qayda-qanunlarım idi. Niyə dediyimi eləməmişdi? Bəlkədə desəydi indi bunlar yaşanmayacaqdı.
" Elmar: Lənət olsun! Sənə lənət olsun!!!!!!! Çıx! Rəddol həyatımdan. Artıq tam sərbəstsən! İstədiyini edə bilərsən. Necəki edirsən. " -deyib tərk etdim onu orda. Yenə qulaq asmadım. İnadıma qüruruma uduzdum. Sonra dəfələrlə yalvardı. Beynimə qoymuşdum çıxaracaqdım onu birdəfəlik həyatımnan. Amma kənar şəxslərin ayrıldığımızı bilmələrini istəmirdim. Özünədə demişdimki heç kim bilməsin ayrıldığımızı. Oda qəbul etmişdi. Bir dəfə yaxın rəfiqəsi gəlib mənə Yaquta elçi gəldiklərini dedi. İnanmadım. Elə düşündümki barışaq deyə yalan deyir mənə. Hələ dahada çox əsəbləşdim. Mənə yalan dediyini düşündüm. Ondan sonra o nişan hadisəsi baş verdi. Mənim laqeyd qaldığımı görüb oda nişanı qəbul etmişdi. Həmdə üstündə ailəsinin basqısı var idi. Anam onunla danışdıqdan sonra mənim yanıma gəldi. Onu təhqir etdim. Qovdum getmədi. Bağışla məni deyə yalvardı. Ağzından çıxan son söz isə "Səni sevirəm " oldu. Və o an ona sillə vurdum. Əlim qırılardı kaş. Kaş! Aygünün gözləri yaşarmışdı. Elmar sanki o günləri yenidən yaşayırdı. Həmin hiss həyəcan ilə danışırdı olanları. Elmar udqunub yenidə sözə başladı: Mən ona heç vaxt zərər vermək istəməzdim. Heç vaxt. Sevirdim onu mən. Aygün gözündən düşən bir damla yaşı sildi. Elmarın halının yaxşı olmadığını görüb onun əlindən tutdu: Elmar danışdıqca narahat olursan. İstəyirsən danışma. Elmar əlini tutan Aygünün əlini qaldırıb öpdü. Gözlərini qapayıb , Aygünün ovcunu üzünə dayadı: Sən mənə hüzur verirsən. Aygünün həyəcandan əli ayağı bir birinə dolandı. Tez həyəcanla əlini çəkib ayağa qalxdı: Şey.. gecdir mən gedim. -deyib getmək istəyirdiki Elmar: Sonuna kimi dinləməyəcəksən? Aygün ordan uzaqlaşmaq istəyirdi.
• Amma marağını boğa bilməyib yenidən az əvvəl oturduğu yerə əyləşdi.

• Elmar: Yaqutun toyu idi artıq. Sevdiyimin toyu. Ruslana heç nə bildirmirdim. Axı necə deyə bilərəmki evlənəcəyin o qız mənim sevdiyimdi. Məcbur gedəcəkdim toya. Səhər yuxudan oyandım. Daha doğrusu axşam yatmamışdımda heç. Düşünəndəki Yaqut artıq Ruslanın olacaq... bax bu fikir məni öldürürdü. Canım yanırdı. İçimdə heç vaxt duymadığım bir ağrı var idi. Soruşsan ağrıyan yerin haradı cavabı yoxdu. Ayağa durmağa nə halım var nə taqətim. Anamın nəzərindən qaçmırdı bu. Elə hey mənə baxım başını tovluyurdu. Görürdüm. Halıma onunda içi yanırdı. Amma nə etsin? Onunda əlindən heç nə gəlmirdi. Hazırlanırdıqkievdən çıxaq restorana gedək. Qapıdan çıxana yaxın zəng gəldi bibimdən. Telefonda ağlayırdı. Hətta buna ağlamağ yox fəryad qoparırdı desək daha doğru olar. Anam quruyub qalmışdı telefonda. Telefonu alıb bibimlə danışdım. Yaqutu salondan götürmək üçün gedib Ruslan. Maşında tək ikisiymiş. Qəzaya düşüblər. Yaqut-Elmarın səsi titrəməyə başladı: O..... o ölmüşdü. Ruslanında vəziyyəti ağır idi. Elmarın nə qədər acı çəkdiyi gözlərindən bəlli idi. Aygün dayana bilmirdi onu bu halda görməyə. Qeyri-iradi qucaqladı onu. Özünə hakim ola bilməyib oda ağlayırdı. Elmar Aygünə dahada möhkəm sarılıb saçlarının iyini içinə çəkdi. Aygün özünü toparlayıb geri çəkildi. Elmar tez gözlərindəki yaşı sildi. Bu yaş sevgi göz yaşından çox peşmançılıq, vicdan əzabı göz yaşı idi. Bir müddət susduqdan sonra Elmar davam etdi.

• Elmar: Ruslan sağaldı. Onu görməyə getməmişdim heç. Bir gün universitetə gedəndə yolumu kəsdi. O hadisədən 3 aya yaxın vaxt keçmişdi. Məndə özümü yavaş-yavaş toparlayırdım. Amma qəlbimdəki o yara heç vaxt sağalmayacaqdı bunu bilirdim. Ruslan mənə bir kafeyə getməyi təklif etdi. Gedib oturduq. Mənə hər şeyi bildiyini dedi. O gün.. toyları olan gün Yaqut hər şeyi danışıb ona. Qəza törədəndə Yaqut olub. Rolu çevirərək Ruslanı çaşdırıb və......- hər ikisi sakitcə dayanmışdı. Elmar Aygünün əllərindən öpüb: Artıq get. 1 saata yaxındı çöldəsən. Evdəkilər xəbər tutmamış get.

• Aygün: Elmar həqiqətən çox narahat oldum başına gəldiklərə inan mənə həqiqətən pis oldum bu olanlara. Amma bəs bunların mənlə nə əlaqəsi?

• Elmar gülümsünüb: Mən sevməyi bacarmıram Aygün. İncidirəm, qəlbini qırıram sevdiyimin. Sənədə buna görə yaxın dura bilmədim. Məndən soruşmuşdun " Niyə gəlib normal, hər kəs kimi sevdiyini demədin?" Bax buna görə danışdım bu qədər şeyi sənə. Mən səni incitməkdən qorxdum. Çünki Yaqutdan sonra həyatımdakı qızlar uzağı 1 həftəlik olublar. Keçən il səni gördüyümdə qəlbimə hakim ola bilmədim. Nə qədər yox-yox desəmdə sevdim səni. İstədimki xəbərdar olasan səni sevən birinin olduğundan. Başqa birini sevməyəsən amma onun kim olduğunuda bilməyəsən. Heyifki yenə qaş düzəldərkən vurub gözüdə çıxardım. Sənidə incitdim. Ən pisi isə tək incitməklə qalmadım səni qorxutdum. Sağlığına zərər verəcək şeylər etdim. Offfff. Bağışla məni. Yalvarıram bağışla məni. Nə olar incimə küsmə məndən. Mənim məqsədim səni- Elə bu vaxt Aygün Elmarın yanağından cəld öpüb evə doğru qaçdı. Həyəcandan qapını səsli örtdü. Darvazanın çölündə Elmarın içərisində isə Aygünün ürəyi quş kimi döyünürdü. Bu an Aygünün anası pəncərədən çıxdı.

• Aygünün anası: Qızım, bu saatda bu nə səsdi? - Aygün anası gördükdə əl-ayağı bir-birinə dolaşdı.

• Dili topuq çala-çala: Şeyyy, ana mən yuxudan oyandım su içəm. Şey oldu. Məndə çıxdımki şeyə baxım görüm nə olubki?

• Anası: Aygün qızım yaxşısan?

• Aygün özünü toparlayıb: Ana , su içməyə endim. Yuxu tutmadı. Pəncərədən baxanda gördümki küçə qapımız açıqdı. Endim onu bağlayam. Külək vurdu möhkəm örtüldü. Yat sən məndə qalxıram otağıma.

• Anası: Aygün, birdə belə şey etmə. Qapı açıq qalıb? Gəl atanı oyat!

• Aygün: Yaxşı ana. Get yuxun qaçmamış yat.

• Anası: Sən yuxu qoyursan adamda? Nəsə tez qalx yuxarı! Aygün anasının niyə bu qədər əsəbləşdiyini çox yaxşı başa düşürdü. Aygünün əvvəl gül məsələsinə görə psixologyası pozulduğundan qorxurdu qızı üçün. Aygün qalxıb otağına girdi. Sevincdən gözünə yuxu girmirdi. Yuxu bu gecə həm Dünyadan həmdə Damladanda uzaq idi.Dünya düşüncələr içində boğulurdu. Axı onu tanımayan bu insanlar necə onu istəməmişdilər? Nə isə səhvinimi görmüşdülər? Dünya üçün rədd edilmək duyğusu ağır idi. Hələdə sevdiyinin ailəsi tərəfindən. Damla isə nə Aygün kimi sevincli idi nədə Dünya kimi üzgün. Fərdi ilə yenidən barışdıqları üçün sevinirdi. Amma bu sevincin qarşısını keçmiş alırdı. Beləki bu gecə hər üçünə yuxu haram idi. Səhər dan yeri sökülürdü. Hər üçüdə təzəcə yuxuya getmişdilər. Dünyanın ağlamaqdan üzündə və gözlərində şişkinlik var idi. Onu oyatması üçün axşamdan qurduğu telefonunun zəngi çaldıqda üz- gözünü turşudub telefonu söndürdü. Görünür qalxmağa heç niyyəti yox idi. Beş dəqiqə sonra Damla otağa girib güc-bəla ilə onu yataqdan qaldırdı. Dünya əl-üzünü yuyub qarderobun qarşısına keçdi. Qara şalvarı ilə qırmızı köynəyini geyindi. Saçlarını arxasına tökərək otağı tərk etdi. Hər kəs yemək başında toplanmışdı. Dünyanın isə heç iştahı yox idiki bir tikə nəsə yesin. Bu anası Vəfa xanımın diqqətindən qaçmadı.

• Vəfa xanım: Dünya, qızım yaxşısan? Çöhrən solub sanki. Bayaqdan bir tikə olsun nəsə yeməmisən. Xəstələnməmisənki?

• Dünya: Yooxx mənim gözəl anam. Yaxşıyam. Sən narahat olma. Bax yeyirəm- deyib bir tikə çörəyin üstünə bal qoyub yedi və gülümsədi.

• Beləcə səhər yeməyini başa vurub evdən çıxdılar. Damlanında diqqətindən yayınmamışdı Dünyanın bu halı.

• Damla: Dünüş, nə olub sənə gözəlim mənim? Hə? - Dünya bu sözə bəndmiş kimi göz yaşlarını sərbəst buraxdı.

• Damla onu qucaqlayıb: Caann, nə olub? Hə? Pərvinlə bağlı nəsə problem var?

• Dünya gözlərini silib : Damla istəmir.

• Damla: Nə ? Necə yəni istəmir? Pərvin səni istəmir? Ayrıldız?

• Dünya Damlanın sözünü kəsib: Offfff Damal bir qulaq asda nə olarki.-deyib başını tovladı.

• Damla: Aha, yaxşı. Qulaq asıram buyur.

• Dünya: Pərvin yox, ailəsi. Ailəsi məni istəmir. Dünya dünən gecə olanları Damlaya danışdı. Damlada bu məsələyə çox əsəbləşdi. Axı onların nə ixtiyarı var idi onun dostunu bu qədər incitməyə. Beləliklə universitetə gəlib çıxdılar. İki parta yoldaşı olan Aygün və Dünya. Bu gün birinin sevincdən digərinin üzüntüdən gözünə yuxu girməmişdi. Elmar Aygün evə girdikdən sonra ona bir neçə xoş mesajda yazmışdı. Bunlar isə Aygünün yuxusunu tamam ərşə çəkmişdi. Aygünündə nəzərindən qaçmadı Dünyanın bu halı. Amma Dünya danışmaq istəmədi bunu ona. Çünki onunda bir qüruru var idi. Və Pərvinin ailəsi bu qüruru sındırmışdılar.Tənəffüs zamanı Pərvin və Elmar onların siniflərinin qarşısına gəldilər. Aygün çölə çıxıb onlarla salamlaşdı.

• Elmar: Danışa bilərik biraz? - Aygün başı ilə razılıq verib onunla birlikdə bufetə endi. Pərvin isə qapıdan içəri boylanırdı. Dünya başını partaya qoyub səssizcə dayanmışdı. Pərvin sinif boşaldıqda içəri daxil oldu və onun yanına getdi. Dünya yəqin sinifdən hansısa bir uşaqdı deyə fikirləşib ona tərəf yaxınlaşan addım səsinə fikir vermədi. Pərvin əlini onun saçlarının arasında gəzdirdikdə isə qorxub geri çəkildi. Qarşısındakının Pərvin olduğunu gördüksə isə yenidən başını partanın üstünə qoydu.

• Pərvin bu vecsizliyə azda olsa əsəbləşdi: Dünyam, qalx xaiş edirəm.

• Dünya cavab vermirdi. Qəlbi qırılmışdı. Pərvin yenidən onun saçlarını oxşayıb: Dünyam, qalx nə olar. - dedi. Dünyanın yenidən gözlərindən yaş süzüldü. Pərvin onu belə gördükcə özünündə ürəyi parçalanırdı. Dünyanı qaldırıb qucaqladı.

• Pərvin: Narahat olma birdənəm. Mən hər şeyi həll edəcəm.

• Dünya onu itələyib: Mənə niyə demirdin hə? Bu qədər müddətdi niyə demirdin?

• Pərvin onun gözünün yaşını silib: Bax buna görə.-dedi- Mən sənin göz yaşına qıya bilərəm heç? Dünya yenidən onu qucaqlayıb: Pərvin nə olar buraxma məni nə olar.

• Pərvin: Dəliimm, sən istəsəndə səni buraxan yoxdu.-deyib həmişəki kimi onun gözlərindən öpdü.

• Elmar və Aygün bufetdə oturub çaylarını içirdilər. Arada bir -iki kəlimə danışıb sonra hər ikisi susurdu.

• Elmar dayana bilməyib: Aygün bax mən səni tələsdirmək istəmirəm amma daha bəsdir sənə həsrət yaşadım. İstəyirəmki sevgilim olasan, sevdiyim olasan. Mənim olasan. Aygünün həyəcandan gözləri bərəlmiş, dili tutulmuşdu. Nə desin bilmirdi. Zəngin səsi ilə ayağa qalxıb:Elmar mən dərsə gedim.-dedi və Elmardan cavab gözləmədən oradan uzaqlaşdı

Комментарии

Комментариев нет.