Gələcəkdən xəbərsiz (Real)

• Bölüm 34.

• Elmar isə onun arxasınca üzündə xoş bir təbəssümlə gülürdü.
• Dərsin sonu gəlib çatmışdı. Pərvin Dünyanı evə buraxacağını bildirmişdi. Elə Fərdidə bu gün Damlanı evə buraxacağını əvvəlcədən Damlaya demişdi. Artıq Damla ilə Fərdi demək olarki yenidən sevgili olmuşdular. Damla inanırdı Fərdinin dəyişdiyinə. Yada özünü buna inandırırdı.
• Hər ikisi gəlib evə çatdı. Axşam Pərvin ailəsi ilə axrıncı dəfə danışacağını Dünyaya bildirdi. Dünyanın içində böyük bir həyəcan hissi var idi. Artıq o dualara başlamışdı. Aygün isə Elmara mesaj yazıb, yazmamaq arasında qalmışdı. Uzun müddət fikirləşdikdən sonra telefonu götürüb " Məndə səni sevirəm" mesajını Elmara göndərdi. Elə həmin dəqiqə Elmardan " Sənə söz verirəm daha heç vaxt səni incitməyəcəm. Səni dünyalar qədər çox sevirəm". Aygün çox utanmışdı. O qədər utanmışdıki yanaqları qızarmışdı. Yatağa uzanıb, sevincdən qışqırmamaq üçün yastığını dişlədi. Sonra isə Elmardan gələn ikinci mesaj ilə yazışmağa başladılar. Bəli, artıq bir-birini sevən bu iki gənc sevgili olmuşdular. Görək bu bərabərliyin axrı xoşbəxtlikdir ya bədbəxtlik?

• Pərvin neçə gün sonra bu gün evinə geri qayıtmışdı. Atası Yalçın bəy onu görüb çox şad olmuşdu. Oğlunu qucaqlayıb onunla salonda əyləşdi.

• Yalçın bəy: Oğlum, bax anana qulaq vermə sən. Bilirsən inadı inatdı. Ancaq onuda bilirsənki gözünün bircə ağı-qarası oğlunun xətrinə dəyməz. Mən sənin sevdiyin bəyəndiyin qızı öz qızım kimi qəbul edirəm. Çünki sən səhv seçim etmərsən. Sənə tərbiyə verən atan olarağ mən sənə inanıram. İnanki ananda buna razı olacaq.

• Elə bu zaman kənardan Səadət xanım: Oluram ,oğlum, məndə razı oluram. Yaş ötüb keçir. Biz bu gün varıq sabah yox. Özünə elə həyat yoldaşı seçki bir ömür onunla xoşbəxt olasan.-deyib Pərvinə yaxınlaşdı. Pərvin ayağa qalxıb anasına yaxınlaşaraq onu qucaqladı.
• Dünya səbirsizliklə Pərvindən cavab gözləyirdi. Pərvin ona bu xoş xəbəri yazdıqda isə sevincdən gözləri yaşardı. İlk olaraq zəng edib Aysuya xəbər etdi. Sonra isə anası Vəfa xanımla danışdı. Və beləliklə artıq heç bir problem qalmamışdı aralarında.

• Aygün və Elmar, Damla və Fərdi, Dünya və Pərvin. Hər üçü çox xoşbəxt idi indi. Bu xoşbəxtlik nə qədər sürər? Bunu isə heç kim bilmirdi.

• Beləcə günlər ötüb keçirdi. Payız qış ilə, qış yaz ilə, yaz isə yay ilə əvəzlənmişdi. Bu günlər ərzində hər şey yolunda gedirdi. Aysunun gözəl göyçək Fidan adlı bir qızıda olmuşdu. Dünya Fidana çox bağlı idi. Səbirsizliklə ona " Xala " deyəcəyi günü gözləyirdi. Tez-tez bacısıgilə gedib hələ bir neçə aylıq olan bu körpə ilə vaxt keçirirdi.

• İyun ayının sonu Pərvin ailəsi ilə Dünyanı istəməyə gələcəkdi. Bunun üçün artıq tədbirlərə başlanmışdı. Aygün ilə Elmar arasındada hər şey yaxşı idi. Aygün hər şeyi olduğu kimi anası Həcər xanıma danışmışdı. Həcər xanım başda razı olmasada qızının xoşbəxtliyini gördükdən sonra razı olmuşdu. Elmarın anası isə Yaqutdan sonra oğlunun birdə sevəcəyinə inanmırdı. İndi bu xəbəri eşitdikdən sonra sevincinin həddi- hüdudu yox idi.
• Damla Fərdidəki bu böyük dəyişikliyə çox sevinirdi. Artıq Fərdi əvvəl tanıdığı Fərdi deyildi. Damla onunla olmaqdan xoşbəxt idi. Görən Fərdi həqiqətəndə dəyişmişdi? Yoxsa bunlar göz boyamaq üçün idi? Gələcəyi heç kəs bilmirdi. Bəlkədə bilsək bəzi insanları həyatımıza soxmazdıq. Bəzilərini isə geri çevirməzdik. Kaş, kaş hər kəsin bir dəfədə olsa gələcəyi görmək kimi bir şansı olaydı. Amma kaşlar heyifki gərçekləşmir.

• Artıq iyun ayının 28i idi. Bu gün Pərvin ailəsi ilə Dünyanı istəməyə gələcəkdi. Səhərdən Dünyagilin evində böyük bir həyəcan var idi. Artıq Pərvinin ailəsi gəlmiş və qız istəmə törəni başlamışdı. Və budur. Dünyanın ailəsinin razılığı ilə Dünyanı Pərvinə vermişdilər. Və qarşıdakı ayda nişanın olması qərarını almışdılar. Hər şey öz axarı ilə gedirdi. Bu gün Dünya ilə Pərvin görüşüb nişan üçün paltarlara baxacaqlardı. Pərvin zəng edib biraz gecikəcəyini bildirdi. Dünya AVM'də özü üçün dolanaraq bəzi ehtiyacı olan şeylərə baxırdı. Bu an Samir Piriyevin " Yuxu " mahnısını eşitdi.
• " Gülüm hər yuxunun bir mənası var,
• İnşaAllah tezliklə yuxum çin olar.
• Deyir gözdən öpmək ayrılıq salar.
• Mən hər gün öpərdim gözündən sənin "
Mahnının sözlərini beynində analiz edirdiki arxadan Pərvin onu qucaqladı. Bir an qorxub geri çəkildi. Pərvin gülümsünüb yenə onu gözündən öpmək istədikdə isə Dünya : Yox, dayan.
Pərvin heç nə başa düşmədiyindən: Nə?
Dünya: Ordan yox bax burdan öp- deyib əli ilə üzünü göstərdi. Pərvin onu yanağından öpdü.
Dünya: Artıq gözdən öpmək olmaz.
Pərvin: Hmm. Bəs tək yanaq qane etmir axı - deyib əlini onun dodaqlarına toxundurdu. Pərvin onu dodağından elədə çox öpməmişdi. Buna görə Dünya utanırdı. Bu hərəkəti insanların içində etməsi isə onu dahada utandırmışdı.
Dünya geri çəkilərək : Şeyy, gecdir daha gəl gəzib donlara baxaq.-dedi.
Pərvin üzündə özündən razı gülüş ilə: Nə deyrəm baxaq görəkdə.-dedi.
Pərvin hər donda bir qüsur tapırdı. “Bunun sinəsi çox açıqdı” , “ Bu çox dardı “ , “ Yox rəngi yaxşı deyil “ kimi sözlərlə hər birində irad tapırdı. Bir neçə dükanı gəzdikdən sonra axırki Dünya və Pərvin bir donda qərarlaşmışdılar. Amma anası və bacısı görmədən almaq istəmirdi buna görədə dükanın nömrəsini yadında saxlayıb AVM'dən çıxdılar. Birlikdə bir kafeyə gedib çay içdilər. Sonra isə Pərvin Dünyanı evinə yola saldı.
Fərdidə yenə axır vaxtlar sanki bir dəyişilmə var idi. Xüsusi ilədə Dünyanın nişanı xəbərindən sonra. Damla düşünürdüki Fərdi nişanlanmaq istəmir onunla. Bu cür davranışınında səbəbini birdən Damlada onunla nişanlamaq istəyər deyədi. Buna görədə Damla onunla bu cür ciddi məsələləri danışmırdı.
Və beləliklə nişan günüdə gəlib çatdı. Hər şey çox gözəl olmuşdu. Dünya isə xüsusi gözəl idi. İstər saç düzümü istər geyimi ilə bu günün haqqını verirdi. Uzun balıq model qırmızı bu donun arxası önündən biraz daha uzun idi. Belindəki qızılı kəməri Dünyanın incə belini dahada incə göstərirdi. Qızılı ayaqqabıları ilə geyimi tamamlanmışdı. Hər şey o qədər gözəl idiki Dünya özünü yuxuda hiss edirdi. Artıq gəlib nişan məclisinə çatdılar. Nişan gözəl bir restoranın kiçik banketlər olan zalında idi. Hər kəs halından məmnun görünürdü. Ən çoxda Dünya ilə Pərvin. Nişan üzükləri kəsildikdən sonra isə Dünyanın həyəcandan ürəyi yerindən çıxırdı sanki. Yıxılmamaq üçün Pərvinin qolundan möhkəm yapışmışdı. Hər kəs yeyir, içir, rəqs edirdi. Artıq nişan mərasiminin sonuna gəlib çatdılar. Dünya ilə Pərvin bu möhtəşəm nişan məclisi qurulan yeri tərk etdilər. Maşına əyləşib Dünyagilin evinə gəldilər. Bu gün Dünya çox yormuşdu. Odurki qalxıb otağına girdi. Bir az Pərvinlə danışdıqdan sonra yuxuya getdi.
Hər şey öz axarı ilə gedirdi. Yay tətili artıq bitirdi. İyul ayında Pərvin Elmar ilə təhsili ilə bağlı olaraq Amerikaya getmişdilər. 20 gün sonra geri qayıtmış və avqust ayı Pərvin ilə Dünya birlikdə türkiyəyə getmişdilər. Həm istirahət həmdə təhsilləri ilə bağlı planlaşdırılmışdı bu səyahət. Pərvin bu il 6-cı kurs Dünya isə 3-cü kursa başlayacaqdı. Türkiyədədə bu cütlük əvəz edilməz günlər keçirmişdilər.
Və yeni dərs ili. Qərar alınmışdı. Noyabr ayında Dünya ilə Pərvinin toyu olacaqdı. Dünya düşünəndəki 2 ay sonra toyu olacaq heç cür inana bilmirdi. Çünki o hər zaman universiteti bitirib sonra evlənmək tərafdarı olmuşdu. Amma hər zaman olduğu kimi həyat, kim nəyi isə heç zaman düşünmürsə onu həmin insanın qabağına çıxarırdı.
Aydan isə daha çox dözə bilməmiş bir illik Türkiyədə oxumaq üçün getmişdi buralardan. Hər gün bir -birindən xoş keçirdi. Bu gün Dünya, Vəfa xanım, Səadət xanım və Damla gəlinliklərə baxmağa gedəcəkdilər. Aysuda gəlməyi çox istəmişdi amma balaca Fidan ona icazə verməmişdi. Artıq bir neçə dəfə gəlinlik üçün gəzintiyə çıxmışdılar. Dünya ağlında bir neçə gəlinlik modelini saxlamışdı. Bu gün onlardan birini almağı istəyirdi. Pərvin bu müddətdə nə qədər dil töksədə Dünya icazə verməmişdiki Pərvin onu gəlinliklə görsün. İstəyirdiki ilk dəfə onu ata evindən köçürdəndə görsün gəlinliklə. Bu gündə o gözəl gəlinliklərdən bir neçəsinə baxıb axırki ən gözəlini seçdi. Vəfa xanım kiçik qızını hər dəfə gəlinlikdə gördükdə göz yaşlarını saxlaya bilmirdi. Gəlinliyi böyük qutuya yerləşdirib satıcı Pərvinə verdi. Pərvin burnu ilə qutunu qaldırıb gəlinliyə baxmağ istəyirdi Dünya onun qolundan qırtıb, gözlərini ağartdı. Satıcı onların bu halına gülürdü. Dünya onlara baxan satıcıya baxıb gülərək utanıb başını aşağı saldı.
Artıq evə gəlib çatmışdılar. Pərvin uzun yalvar yaxar sonra Dünyanın gəlinliyini görmüşdü . Amma Dünya qətiyyən geyinməyəcəyinibildirmişdi. İstəyirdiki ilk dəfə toy günü görsün onun üstündə gəlinliyi. Gəlinliyin açıq yerlərini irad tutaraq onların qapadılmasını bildirdi Pərvin. Dünyada razılıq bildirdi. Beləliklə bu işidə həll etmişdilər. Dünya otağına qalxıb hər kəs yatdıqdan sonra gəlinliyini geyindi. Toy günü haqda xəyallar qurmağa başladı. Necədə xoşbəxt idi. Xoş xəyallarla yuxuyada getdi. Hər gün dərs çıxışı toy üçün planlar qurur, lazım olan nigah şəkəri, dəvətnamə, tort və s. kimi şeyləri həll edirdilər. Bu gün dərsdən çıxıb bağa getdilər. Dünya heç sıxılmadan hər gün toyları barədə danışırdı.
Dünya: Səhər yuxudan oyanacam. Daha doğrusu heç yata bilmiyəcəmki həyacandan. Sonra qalxıb salona gedəcəyik. Hər cür hazırlıq görüldükdən sonra evə gəlib gəlinliyimi geyinəcəm. Həyəcanla sizin gəlməyinizi gözlüyəcəm. Off danışarkən belə elə həyəcanlanıramki.
Pərvin isə onun bu cür şirin hallarına baxıb yenidən aşiq olurdu.
Dünya: Sonra maşın səsləri gələcək. Bütün məhlə biləcəkki evlənirəm. - deyib güldü.
Dünya: Bütün yaxın qohumlar ətrafımızda olacaq. Hamısı bizim xoş günümüzə ortaq olacaqlar.
Sözünü kəsib Pərvinin əllərindən tutdu: Sonra sən girəcəksən evə. Əlində gəlin gülümlə. Gülü mənə uzadacaqsan. O an həyəcandan yıxılmayım deyə sənin qolundan tutacam. Böyüklər xeyir-dua verəcək. Adətdəndi deyə ağlayacam.-deyib yenidən güldü. Bu an Pərvin gözləmədiyi anda onun dodaqlarından öpdü. Artıq bu hadisə bir neçənci dəfə idiki baş verirdi amma yenədə hər dəfəsində Dünya həyəcandan olduğu yerdəcə donub qalırdı. Pərvin geri çəkilib Dünyanı möhkəm qucaqladı.
Pərvin: Mənim Dünyam. Sən həqiqətən mənim dünyamsan. Sən olmasan nə edərdim heç özümdə bilmirəm.- deyə qulağına pıçıldadı. Dünyanın gözləri doldu o an. Bunun səbəbini heç özüdə bilmirdi. Sanki Pərvin buraxsa yıxılacaqmış kimi hiss etdi. Tez özünü toparlayıb göz yaşları axmasın deyə başını göyə qaldırdı. Pərvin hiss etmişdi Dünyanın gözlərinin dolduğunu. Buna görədə onu dahada möhkəm qucaqlayırdı. Bacarsaydı sanki onu özünə həps edərdi. 5 dəqiqəlik bu qucaqlaşmadan sonra Pərvin geri çəkildi.
Dünyanın əllərindən tutub: Səni heç vaxt buraxmayacağam. İnan mənə. -Dünyanın yenə gözləri dolurdu. Axı səbəb nə idi bu duygusallığa? Dünya özüdə bilmirdi. Saat gec olduğundan artıq evə gəldilər. Dünyanın içindənki bu narahatçılıq onu rahat buraxmırdı. Gözünə bu gecə yuxu girmirdi. Zorla gözlərini qapayıb yuxuya getməyə çalışdı.
Və artıq toya sayılı günlər var idi. Dünya və Pərvin birlikdə bağda oturmuşdular. Yenə toy haqqında xəyallar qururdular. Elə bu zaman Pərvinin telefonuna zəng gəldi. Telefonun ekranına baxdıqda zəngin tanımadığı nömrədən gəldiyini gördü.
Dünya: Kimdi?
Pərvin: Tanımadığım nömrədi. Gözlə.-deyib telefona cavab verdi.
Pərvin: Alo,
-Aha buyurun mənəm.
-Hə,hə xatırladım necəsiz?
-Sağolun məndə yaxşıyam müəllim.
-Necə? Bir həftə içində? Axı 10 gün sonra mənim toyumdu.
Dünya: 10 yox 12.
Pərvin Dünyaya göz vurub söhbətə davam etdi: Aha başa düşdüm. Oldu hələlik müəllim. Özünüzə yaxşı baxın.-deyib telefonu söndürdü.
Dünya: Nə oldu? Kim idi?
Pərvin: Bizə Amerikada rəhbərlik edən müəllim. Deyir nəsə sənət var. Bir həftə içində Amerikaya gedib gəlməliyik Elmarla.
Elə bu zaman Dünyanın boğazında nə isə düyünləndi: Nə? Bir həftə?
Pərvin: Narahat olma mən həll edəcəm. Yəqinki bir yolunu tapıb getmərəm. Getsəmdəki Elmarla səhər gedib axşam qayıdarıq. Sən narahat olma.-deyib onu qucaqladı. Amma Dünya heç xoşhal olmamışdı bu hadisədən. Ötən günlərdə isə Pərvin nə etsədə həll edə bilməmişdi. Məcbur Amerikaya getməli idilər. Belə qərar aldılarki özəl təyyara ilə bir günlük gedib qayıtsınlar.
Və bu gün 20 noyabr idi. Saat 08:00. Pərvin ilə Elmar bu gün Amerikaya gedəcək, sabah tezdən geri qayıdacaqlardı. Aygündə son 2 gecə idiki Damla və Dünya ilə birlikdə Damlagilin evində qalırdı. Dünya heç istəmirdi Pərvinin getməsini. Axşam gözünə yuxu girməmişdi. Səhər açılmışdı. Pərvin və Elmar qızları görmək üçün Dünyagilə gəlmişdi. Dünyanın könlü qapıda görüşməyə əl vermədiyindən, hava limanına getməkdə israr etdi.

Комментарии

Комментариев нет.