Gələcəkdən xəbərsiz (Real)

Bölüm 35.

• Cavid bəydə Aygün və Dünyanı hava limanına apardı. Dünya göz yaşlarını saxlaya bilmirdi. Sanki onu buraxsa bir daha görə bilməyəcəkdi. İçini sıxan bir şey var idi. Əlindən gəlsə Pərvini getməməsi üçün bir yerə həbs edərdi. O qədər qorxudurduki onu bu ayrılıq. Hava limanına çatdıqlarında artıq vidalaşmaq vaxtı gəlib çatmışdı. Pərvin Dünyanı son dəfə qucaqladı. Eyni ilə Elmarda Aygünü. Dünya Pərvini elə qucaqlamışdıki. Nə Pərvin buraxa bilirdi nədə Dünya. Eləcə 5 dəqiqə bir birlərinə sarılmış vəziyyətdə qaldılar. Dünyanın gözləri isə sözünə baxmırdı. Elmar onlara yaxınlaşdı.

• Elmar: Aaa bu nədi belə? Dünya, illik harasa getmirikki. Sabah qayıdacağıq.-deyib gülümsündü.

• Dünya əlinin tərsi ilə gözünü silib: İnşaAllah. Sabah bu zaman gözləcəyəm.- dedi. Beləcə vidalaşdılar. Aygün və Dünya onların təyyarələrinin qalxmasını izlədilər. Hər ikisi çox məyus idi bu hadisədən. Cavid bəy isə uşaqların çəkinmədən vidalaşmaları üçün çöldə gözləyirdi. Qızlar gəlib maşına əyləşdilər.

• Aygün: Dünya bəsdir daha qurban olum. İçimi daraltdın.

• Cavid bəy: Aaa qızım nə olubki? Sabaha qayıdırlarda. Əsgərliyə getmədilərki. Toparlayın görüm özünüzü cəld olun.
• Dünya yaxşı mənasında başını yellədi. Gəlib evə çatdılar. Aygün və Damla Dünyanın kefini açmaq üçün onu əyləncə mərkəzinə apardılar. Amma görünür Dünya Pərvindən xəbər almayınca rahatlayan deyildi. Əyləncə mərkəzindən çıxıb nahar üçün fastfood satılan restoranlardan birinə daxil oldular. Yeməklərini yeyib evə yollandılar. Artıq Pərvindən xəbər gəlmişdi. O mənzil başına gedib çatmışdı. Dünya bu hala tam səmimi sevinə bilmirdi. İçindəki bu sıxıntıdan özüdə xəbərsiz idi. Bir qədər Pərvinlə danışıb ürəyini sakitləşdirdi. Pərvin işin uzana biləcəyini, bəlkədə 2 gecə burada qala biləcəklərini bildirdi. Bu xəbər Dünyanı dahada üzmüşdü. Beləliklə gün sona yetdi. Qızlar bu gündə birlikdə eyni otaqda yatırdılar. Fərdi ilə Damlada bu gün dalaşmışdı. Hər üçü sevdiyindən nigaran halda yuxuya getdi.

• Günəşin al şəfəqləri ilə səhər açıldı. Bu gün nələr baş verəcəkdi? Onların həyatında nə kimi dəyişikliklər baş verəcəkdi? Qarşıdakı 24 saatdan hər kəs xəbərsiz idi. Dünyada daxil. Bəlkədə olacaqları bilsə Dünya bu gün gözlərini səhərə açmazdı. Pərvin və Elmar işlərini həll etmişdilər. Amerikada indi axşam idi. Pərvin Dünyaya sürpriz etmək üçün kiçik bir yalan demişdi dünən. İşinin uzanacağını və 2 gecə burada qalacaqlarını bildirmişdi. Amma bu gün axşam qayıdacaqlardı.

• Elmar: Hə təzə bəy özünü necə hiss edirsən? Toyuna sayılı günlər qalıb artıq.

• Pərvin: Vətənə qayıdım, sevdiyimə qovuşum hər şey daha yaxşı olacaq.

• Elmar: Ooo deməli ilk ağıla gələn sevdiyindi hə? Deməli buna görə qaynanalar gəlinləri qısqanırda. - Hər ikisi bu sözə güldü.

• Pərvin: Yəqin Dünya oyanar. Gözlə zəng edim danışım çıxaq artıq.

• Elmar acıq verən balaca uşaqlar kimi: Puahh səndə var bizdə yoxdu? Məndə zəng edim Aygünümlə danşım.-deyib göz vurdu.

• Pərvin gülərək: Böyümədinki böyümədin Elmar.

• Dünyanında Aygünündə kefi özünə gəlmişdi. Damlanıda yanlarına çağırıb Dünyanın toyu üçün son hazırlıqları görməyə başladılar. Artıq günorta idi. Yalçın bəy Səadət xanım evlərində oturmuş son dəfə toya dəvət olunacaq qonaqların listinə baxırdılar. Bu zaman Yalçın bəyin telefonuna tanımadığı nömrədən zəng gəldi. Elə düşündüki toyla bağlı nəsə zəngdir.

• Telefona cavab verdi -Alo.
• -Aha, buyurun danışan özüdür.

• Yalçın bəy bir anlıq sanki boğuldu. Danışa bilmədi. Bunu görən Səadət xanım tez irəli atıldı.

• Səadət xanım: Yalçın, nə oldu? Yaxşısan?

• Yalçın bəy:Nə? Başa düşmədim. Nə danşırsınız siz?
• -Yox yooooxx! Dəqiq baxın. Nə qəzadan danışırsız siz? Mən oğlumla 2 saat əvvəl danışmışam.

• "Qəza" kəliməsini eşidən Səadət xanımın elə oradaca huşu itdi.

• Yalçın bəy: Səadət! Səadət qalx özünə gəl Səadət!
• Telefondakına: Gözləyin sizə zəng edirəm.-deyib telefonu söndürdü. Səadət xanımı divana uzadıb üz-gözünə su çilədi: Səadət eşidirsın məni? Oyan! Səadət indi yeri deyil! Oyan!!-deyib üzündən sillə vurdu. Sillənin təsirindən oyanan Səadət xanım ağlamağa başladı.

• Səadət xanım: Yalçın, Yalçın nə olub oğluma? Hansı qəzadan danışırdın? Yalçın danış!

• Yalçın bəyin dili söz tutmurdu.

Güclə bir-iki kəliməni yan yana gətirdi.
Yalçın bəy: Bilmirəm. Nə olan işdi bu başım çıxmır. Deyir güya qəzaya düşüb Pərvingilin təyyarəsi. Gözlə danışım görüm işin əsli nədi. - Əlləri əsə-əsə telefonu götürüb həmin nömrəyə zəng etdi .
Dünya:Aygün yoxda dedim o saç sənə yaxşı yaraşmaz. Bax əzizim, kənardan baxan insanın gözü daha dəqiqliklə deyirki sənə nə yaraşar nə yaraşmaz. İnan mənə. Elə deyil Damla?
Damla: Hə Vallah elədi. İnsan özünə yaraşdırdığı bir şeyi kənardan baxanlar yaraşdırmır. Buna görədə sən bizə inan. Bu saç düzümü gözəldi.
Aygün: Yaxşı, siz deyən olsun. Amma pis alına vay sizin gününüzə. - Üzünü Dünyaya tutub: Baxmayacamki gəlinsən orda saç başını yolacam.
Hər kəs gülürdü. Bu zaman qapı döyüldü.
Dünya: Girin.
Bu Vəfa xanım idi. Vəfa xanım bir qədər rəngi solğun halda içəri daxil oldu. Halı heç yaxşı deyildi.
Dünya: Ana nə olub?
Vəfa xanım: Heç qızım. Heç nə olmayıb. Gəldim deyəmki siz gedin Damlagilə. Ev-eşiyi gözdən çıxarmısız. Bir yır-yığış işi görün. Olar qonağımız çox olar ora göndərərik qalmaq üçün.
Dünya: Ana ağlamısan sən?
Vəfa xanım zorla gülümsünüb: Əşi dəli bacın dediki artıq kiçik qızında gedir. Qalacaqsan tək. Biraz narahat oldum.
Dünya: Eh Aysudaki lap dəli olub. Mən anamı buraxaram? -deyib anasını qucaqladı. Vəfa xanım dahada kövrəlib ağlamağa başladı: Sən xoşbəxt ol qızım. Sən xoşbəxt ol mən bu dünyada tək qalmağada razı.
Dünya anasının göz yaşını sildi. Özüdə ağlayırdı. Anasını öpdü və aşağı endilər. Evdə bir sükut hökm sürürdü. Qızlar evdən çıxıb Damlagilə yol aldılar.
Vəfa xanım: Buyurun, buyurun içərdə çıxarın ayaqqabılarınızı.
Səadət xanım Vəfa xanımı qucaqlayıb: Vəfa mən nə edəcəm? Oğlum harda xəbərim yoxdu.- deyib hönkürərək ağlamağa başladı.
Bəli, Pərvin və Elmarın təyyarəsi qəzaya uğramışdı. Təyyarə dənizə düşmüşdü. Axtarış aparılırdı. 1 ölü 1 yaralı çıxmışdı dənizdən. 1 nəfər isə hələdə tapılmamışdı. Axtarış davam edirdi. Dənizə düşdükləri üçün üstlərində kimlik yox idi. Buna görədə kimin ölü kimin yaralı olduğu bəlli deyildi.
Yalçın bəy: Cavid tez gəl. Gəl çıxaq. Təyyarə gözləyir bizi.
Cavid bəy: Gəldim.
Səadət xanım arxadan: Yalçın, mənim oğlumu mənə sağ gətir. Nə olar. Axı 3 gün sonra onun toyudu.-deyib yerə çökərək ağlamağa davam etdi.
Yalçın bəy gözünün yaşını silib maşına əyləşdi. Aysu və Vəfa xanım Səadət xanımı güc-bəla ilə qaldırıb divanda əyləşdirdilər. Dünya Damlagilə gələndən elə hey ağlayırdı.
Aygün: Dünüş nə olar ağlama.
Dünya: Əlimdə deyil. Özümü saxlaya bilmirəm.
Damla: Anasını ağlayan gördü onun üçün. Qoy içini boşaltsın. - Damlada ana həsrəti çəkirdi. Qonşu otağa keçib anasına zəng etdi. Anası ilə danışdıqda oda göz yaşlarına hakim ola bilmədi.
Ev sakinləri belə qərara gəlmişdilərki itgin tapılmayınca və ölünün kim olduğunu bilməyincə Dünyaya heç nə bildirməsinlər . Səadət xanımın bacısı Səma xanım onu öz evlərinə aparmışdı. Qızlar axşama yaxın evlərinə qayıtdılar. Dünya Pərvinə günorta bir dəfə zəng etmişdi amma telefonu sönülü idi. Düşündüki yəqin yatıb deyə telefonu söndürüb. Artıq bu məsələni Aysu Damlayada danışmışdı. Oda xəbərdar idi. Nə qədər gizlətsələrdə bu hadisəni evdəki bu sükut özlərini ələ verirdi.
Dünya: Ana nə olub axı? Məndən nə gizlədirsiz?
Vəfa xanım: Aa qızım nə gizlədəcəyik. Ana mən evə gələndən gah telefonda gizlin danışırsan, gah Aysuyla. Aysuda Damlayla gizlin danşır. Nəsə baş verib?
Aysu: Ay mənim dəli bacım. Nə baş verəcək? Sənin toyun gəlir. Ola bilməzki nəsə sürpriz hazırlayaq?
Dünya küsmüş kimi edib çiyinlərini çəkdi.
Aysu: İndi isə sən get yat. Artıq gecdir. Toyda gəlini görüb qorxmasınlar.-deyib suni şəkildə güldü. Dünyanın içi azda olsa rahatlamışdı. Bilirdi nəsə yolunda getmirdi. Amma onlar deyənə inanmaq istəyirdi. Odurki otağına qalxdı. Telefonu götürüb Pərvinə yenidən zəng etdi. Telefon yenə sönülü idi.
Dünya: Off Pərvin. Axı indiki yatmazsan. Niyə sönülüdü bu telefonun? - Düşüncələrlə yuxuya getdi.
Səhər açıldı. Vəfa xanım Dünyanın Pərvinə zəng etdiyini bilirdi. Buna görədə ona " Pərvin Səadət xanıma zəng edib. Deyib telefonu sındığı üçün zəng edə bilmir. Nigaran qalma qızım." Demişdi. Dünyanın isə gözü bu işdən su içmirdi. Vəfa xanım Aygün ilə Dünyaya bir list verib yazılanları almalarını tələb etdi.

Комментарии

Комментариев нет.