Gələcəkdən xəbərsiz(Real)

Bölüm 40.
31 dekabr.....
Dünyanın səhər oyanan kimi ilk ağlına gələn Pərvinlə keçirdiyi ilk yeni il oldu. Ilk dəfə o gecə Pərvinə sığınmışdı. Ilk dəfə o gecə Pərvinin istiliyini duymuşdu. Axşam doğru dürüst yuxu yata bilməmişdi. Sanki 5 dəqiqəlikdə olsa Pərvin həqiqətən gəlmişdi. Ağlında Pərvinin sözləri dolanırdı: " Mənim Dünyam güclüdü. Və o bilirki o hər üzüldüyündə məndə üzülürəm. O hər incidiyində məndə inciyirəm. "
Aysu isə yenədə dünən gecə baş verənləri deməmişdi nə anasına nədə atasına. Onlar üçündə qorxurdu. Buna görə Damla ilə gizləmək qərarı almışdılar. Bu gün Damlada evdə idi. Birlikdə axşam üçün yeməklər, şirniyyatlar hazırlayırdılar. Fidanda ortalıqda gəzib evə nəşə qatırdı.
Artıq gecə yaxınlaşırdı. Aysu və Damla süfrəni bəzəyirdi. Dünya isə səhərdən bəri ancaq dünən axşam gördüyü yuxunu fikirləşirdi. Yataqdan ayağa qalxdı. Aynanın qarşısına keçdi. O qədər arıqlamışdıki gözləri çuxura düşmüşdü. Üzüdə solmuşdu. Özünü tanıya bilmirdi. Zəif olan gözləri ağlamaqdan dahada zəif görürdü. Bu 2 ay müddətində ilk dəfə idiki aynada özünə diqqət yetirirdi. Tamam əldən düşmüşdü. Gözlərini qapayıp əlini ürəyinin üstünə qoydu. Pərvinin sözlərini təkrarladı: “Bax mən həmişə burda olacam “ Bax sən həmişə burda olacaqsan. – Gözündən axan 2 damla yaşı sildi. Qarderobdan bayram üçün yeni paltar çıxarıb geyindi. Saçlarını darayıb arxasına tökdü. Aynada özünə baxdı. Yatağın üzərində duran ayısını öpüb otağın qapısına yaxınlaşdı. Sakitcə qapını açıb kolidora çıxdı. Pilləkanları enəndə dizləri əsirdi. Hər kəs evdə idi. Amma heç kəsin üzü gülmürdü. Aysu mətbəxdən hazırladığı yeməkləri süfrəyə daşıyırdı. Dünyanın pilləkanlardan yeni geyimdə endiyini gördükdə gözlərinə inana bilmədi.
Aysu: Dünya? Hara gedirsən?
Dünya bacısına yaxınlaşıb əlindəki yeməyi aldı: Bu gün bayramdı. Ailəmlə olmalı deyiləm? – deyib zorlada olsa gülümsündü . Əlindəki yeməyi gətirib süfrəyə qoydu. Əyilib yerdə özü üçün oynayan Fidanı qucağına aldı. Sonra isə yanağından öpdü.
Dünya : Xalanın şirini. Necə darıxmışam ətrin üçün.- deyib ətrini içinə çəkdi.
Hər kəs heyrətlə onu izləyirdi. Bu an Vəfa xanım mətbəxdən çıxdı. Hələdə Dünyanı görmürdü.
Vəfa xanım: Qızım gəl gedək Dünyanıda çağıraq. Bayram süfrəsidi. Onsuz olmaz axı.
Bu an Dünya dönüb anasına baxdı: Mən burdayam ana.
Vəfa xanım uzun müddət idiki qızının onu bu cür ana deməyini eşitməmişdi. Odurki gözləri yaşardı.
Aysu: Bax Dünüş. Biz Fidana “ Xala” deməyi öyrətmişik. – Üzünü Fidana tutub: Qızım, xala de. Xa-la.
Fidan şirin dili ilə: Xala- dedi.
Dünyanın gözləri yaşarmışdı. Əvvəl necə həvəslə gözləyirdi bu anı. Fidanı bağrına basıb yenidən öpdü: Can xalanın bidənəsi.
Aysununda gözləri yaşarmışdı. Dünyanın necə acı çəkdiyini bilirdi. Özünü bəzən onun yerinə qoyurdu. Camala bir şey olsa…. Yox yaşaya bilməzdi. Bacısının özünü bu qədər güclü göstərməsi onun gözlərini yaşartmışdı. Cavid bəylə Damlada bu haldan çox məmnun idilər. Birlikdə süfrə arxasına keçdilər. Hər kəs dadlı təamlardan dadırdı. Dünyada bir şeylər yeməyə çalışırdı. Zorlada olsa hər kəsin üzünə gülürdü. Bəzən gözləri yaşarsada tez özünü toparlayırdı. Bunu hər kəs görürdü. Amma Dünyanın üstünə gəlmirdilər. Yarasına basmaq istəmirdilər. Cavid bəy isə arada zarafatlar edib onların kefini yerinə gətirməyə çalışırdı. Beləliklə yemək bitmişdi artıq. Birlikdə şirniyyat süfrəsinə keçdilər. Hər kəs Dünyaya xüsusi qulluq edirdi. Könlü xoş olsun deyə əllərindən gələni edirdilər. Dünya ancaq Fidan ilə vaxt keçirirdi. Beləliklə artıq yeni ilə girməyə hazırlaşırdılar. Saat 23:59 idi. Artıq saniyələr qalırdı yeni ilə. Dünya balkona çıxdı. Damlada onun ardınca getdi. Və artıq yeni il girmişdi. Möhtəşəm atəş-fəşanlıq başladı. Dünya bu mənzərəni göz yaşı içərisində izləyirdi. 2 il əvvəl elə bu saatda Pərvinlə birlikdə idi. Onda nənə-babalarımızdan qalma bir sözü fikirləşib xoşbəxt olmuşdu. “ Bayramı necə keçirərsənsə 7 il ard-arda elə olar” – deyirlər. Dünya indi gözlərini qapayıb o günü xəyal edirdi. Onu xəyallardan Damla oyatdı. Dünya soyuqdan titrəyirdi. Əlindəki pencəyi onun çiyninə atıb qucaqlamışdı. Dünyada geri dönüb onu qucaqladı. Neçə saatdı saxladığı göz yaşını sərbəst buraxdı.
Damla: Ağla canım. Ağla rahatla.
Dünya: Damla dayana blmirəm.- deyib ağlamağa davam etdi.
Damla Dünyanın göz yaşlarını silib: Dünya etmə belə. Bax sən güclüsən. Eşidirsən məni? Anan üçün, atan üçün, bizim üçün və ən əsasıda Pərvin üçün güclü olmalısan. Sil göz yaşını evə qayıdaq. Bizim üçün nigaran qalmasınlar.
Dünya yaxşı mənasında başını hərəkət etdirdi.
Elmar isə hələdə xəstəxanada idi. aygün bu gecə onu yalnız buraxmamışdı. Anasına yalvar-yaxar etdikdən sonra qərar almışdılarki bu gecə Dünyagildə qalacağı yalanını desinlər. Yoxsa atası heç cur icazə verməzdi ona. Atasına yalan dediyi üçün özünü pis hiss edirdi. Amma Elmarı tək buraxa bilmədi. Elmar Aygün ilə dahada yaxşı hiss edirdi özünü. Aygün ona bütün dərmanlardan daha yaxşı təsir edirdi.
Elmar Aygünlə söhbət arasında: Bir ömür mənim olarsan?- dedi.
Aygün donuq ifadə ilə ona baxırdı.
Aygün: Şey başa düşmədim.
Elmar: Bax Aygün mən can qardaşımı itirdim. Bu mənə tək şeyi göstərdi. Həyat gözləniləcək qədər uzun deyil. Mən həyatımda Yaqutu itirdim, Pərvini itirdim. Daha səni itirməyə gcüm yoxdu. Sən daha mənim həyatıma çevrilmisən. Səni itirə bilmərəm. Nə olar səndə getmə. Səndə tək buraxma məni. Nə olar.
Aygün göz yaşlarına hakim ola bilmirdi. Cavabını Elmarı qucaqlayaraq verdi.
Dünya yenə otağında idi.
Aysu: Damla yenə niyə getdi otağına?
Damla: Aysu bu gün ilk addımı atdı məncə. Icazə verək bir az tək qalsən.
Aysu: Yox mən daha qorxuram onu tək buraxmaqdan. Qalxıb baxım bir.
Aysu otağın qapısını səssizcə açdı. Dünya otağını səliqə- səhmana salırdı. Ətrafında bir neçə qutu var idi. Pərvinə aid şəkilləri birinə, hədiyyələri birinə yığırdı. Digər yerdə qalan əşyalarıda başqa qutuya yığırdı.
Aysu: Nə edirsən Dünüşüm?
Dünya gülümsünərək: Gör otağımda yeriməyə yer qalmıyıb daha dedim bir səliqəyə salım.
Aysu: Kömək lazımdı?
Dünya: Yox özüm həll edirəm.
Aysu yaxşı mənasında başını hərəkət etdirib otaqdan çıxdı.
Dünya isə hər şəkildə Pərvini öpüb qutuya yığırdı. Ona aid olan hər əşyanı əlinə aldıqda həmin günü xatırlayırdı. Bütün əşyaları qutuya yığıb yığışdırdı. Pərvinə aid isə baş ucundakı nişan şəkilləri, yatağının üzərindəki ayısı və nişan üzüyü qaldı
Beləliklə Dünya yeni səifə açacaqdı özünə. Bu o demək deyildiki Pərvini unudacaqdı. Bu səifənində hər cümləsində, həe sözündə Pərvin olacaqdı. Amma Pərvinində dediyi kimi , o artiq Dünyanın qəlbində yaşayacaqdı.

Комментарии

Комментариев нет.