Dayan, sənə sualım var.

Mənsizliyin necə keçir?
Nəfəs ala bilirsənmi?
Axı mən idim nəfəsin.
Deyirsənmi-gülürsənmi?
Qalıbmı mənsiz həvəsin? Məni soruşsan, pis deyiləm.
Təkcə gülüşüm əskikdir.
Sevginə həris deyiləm.
Qürurlusan, burnun dikdir.
Dayan, bir sualım da var.
Bir az şablon olsa da, Ölən o pak sevgimizin
əziz ruhu xatirinə
Doğru cavab verərdinmi?
Dünyaya bir daha gəlsən,
Yenə atıb gedərdinmi? Yoxsa meni severmiydin?

Комментарии

Комментариев нет.