Gəl qardaş aldanma bu dünyaya sən, Vurulmaz o qara qaşına sənin.

Bir ömür dünyaya ...firon eyləyər, Bir gündə daş ələr başına sənin. * * * * * Dağıtsan yaranar eyni cür yenə, Göz dikər adicə daşına sənin. Yansan bir zərrə də su verməz sənə, Su qatar bişməmiş aşına sənin. * * * * * Tutmağı bilənə maşadır dünya, Bacarsan tac olar başına sənin. Qartalı 10ca il yaşadır dünya, Baxmaz hər neçədir yaşına sənin. * * * * * Piyada gəzdirər can sağlığında, Ölünü mindirər maşına sənin. Sağ ikən əlini uzatmaz amma Ölsən qucaq açar nâşına sənin.

Комментарии

Комментариев нет.