Elxanilər dövləti və ya Hülakular - 1256-cı ildə Çingiz xanın nəvəsi Hülaku xan (1256-1265) özünün Hülakular dövlətini (1256-1353) yaradır.
Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. "Elxani" sözünün digər izahı - El - İl - əyalət - vilayət xanıdır (Elxani: Xana tabe olan torpaqlar). Dövlətin çox böyük və sürətli ordusu vardı. 1231-ci ildə monqollar Çormoğonun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edilərək öz imperiyalarının tərkibinə qatıldı. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Azərbaycanı ələ kəçirən Hülaku xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi. Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər Dövlətinin yıxılmasında önəmli rol oynadılar. Hülakular dövlətinin əraziləri İran körfəzindən Dərbəndə və Əmu Dərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülaku xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkdi. Elxanilər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar. Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Elxaniləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxardılar (1260). Məmlük sultanı Baybars Elxaniləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən məruz qaldıqları məğlubiyyətlərdən başqa Elxanilər heç bir müharibəni uduzmayıblar. Lakin artıq Qazan xanın dövründə (1295-1304) Hülakular dövləti yenidən güclənir. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər hayatının dirçəldilməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdır. Onun varisi Olcaytu xan (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir soltanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakular dövləti tamamilə tənəzzülə uğrayır. Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakular dövlətinin mövcudluğuna son qoyulur. Hülakular dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi. İkinci Cəlari soltanı Şeyx Üveysin (1356-1374) dövründə ölkənin təsərrüfat və mədəni həyatında dirçəliş müşahidə olunurdu, lakin artıq onun varisi soltan Hüseynin (1374-1382) dövründən etibarən ölkədə iri feodalların özbaşınalığı artır və bu vaxtdan başlayaraq Cəlarilərin hakimiyyəti şərti əhəmiyyət kəsb edirdi. 100 il davam edən Hülakular hakimiyyəti zəiflədi. 14-cü əsrin ortalarında Hülakular mülkü Qızıl Orda Xanları ilə Mərkəzi Asiyada yeni imperiyanın banisi Əmir Teymur arasında mübarizə meydanına çevrildi. Hülakuların keçmiş mülkünün xarabalıqları üzərində qurulmuş Cəlairilər dövləti Əmir Teymurun hakimiyyəti altına keçdı.
TeStler Ve Melumatlar deslikler
Elxanilər dövləti və ya Hülakular - 1256-cı ildə Çingiz xanın nəvəsi Hülaku xan (1256-1265) özünün Hülakular dövlətini (1256-1353) yaradır.
Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. "Elxani" sözünün digər izahı - El - İl - əyalət - vilayət xanıdır (Elxani: Xana tabe olan torpaqlar). Dövlətin çox böyük və sürətli ordusu vardı. 1231-ci ildə monqollar Çormoğonun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edilərək öz imperiyalarının tərkibinə qatıldı. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Azərbaycanı ələ kəçirən Hülaku xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi. Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər Dövlətinin yıxılmasında önəmli rol oynadılar.
Hülakular dövlətinin əraziləri İran körfəzindən Dərbəndə və Əmu Dərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülaku xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkdi. Elxanilər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar. Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Elxaniləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxardılar (1260). Məmlük sultanı Baybars Elxaniləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən məruz qaldıqları məğlubiyyətlərdən başqa Elxanilər heç bir müharibəni uduzmayıblar. Lakin artıq Qazan xanın dövründə (1295-1304) Hülakular dövləti yenidən güclənir. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər hayatının dirçəldilməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdır. Onun varisi Olcaytu xan (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir soltanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakular dövləti tamamilə tənəzzülə uğrayır. Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakular dövlətinin mövcudluğuna son qoyulur. Hülakular dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi. İkinci Cəlari soltanı Şeyx Üveysin (1356-1374) dövründə ölkənin təsərrüfat və mədəni həyatında dirçəliş müşahidə olunurdu, lakin artıq onun varisi soltan Hüseynin (1374-1382) dövründən etibarən ölkədə iri feodalların özbaşınalığı artır və bu vaxtdan başlayaraq Cəlarilərin hakimiyyəti şərti əhəmiyyət kəsb edirdi. 100 il davam edən Hülakular hakimiyyəti zəiflədi. 14-cü əsrin ortalarında Hülakular mülkü Qızıl Orda Xanları ilə Mərkəzi Asiyada yeni imperiyanın banisi Əmir Teymur arasında mübarizə meydanına çevrildi. Hülakuların keçmiş mülkünün xarabalıqları üzərində qurulmuş Cəlairilər dövləti Əmir Teymurun hakimiyyəti altına keçdı.