Pərişan sən oldun, mən olmadım ki, İllərin əlçatmaz həsrət oduna Alışan sən oldun, mən olmadım ki. Dünyanı dolaşan izim qayıtdı, Gəldin, ürəyimə yazım qayıtdı. Özün küsüb getdin, özün qayıtdın, Barışan sən oldun, mən olmadım ki. Heç bilmırəm nə deyim bu gəlişə. Yad olmuşdum hər sevincə, gülüşə, Bu sevgini dastan edib həmişə Danışan sən oldun, mən olmadım ki. Gülə-gülə yola saldım illəri, Sənsiz açmaz baharımın gülləri, Nüsrət deyib gecə-gündüz çölləri, Dolaşan sən oldun, mən olmadım ki. Nüsrət Kəsəmənli
""SoNuNcU oLeN uMuDlErDi""
:Axmedov A
Ömrümün gül açan baharı gəldi,
Pərişan sən oldun, mən olmadım ki,
İllərin əlçatmaz həsrət oduna
Alışan sən oldun, mən olmadım ki.
Dünyanı dolaşan izim qayıtdı,
Gəldin, ürəyimə yazım qayıtdı.
Özün küsüb getdin, özün qayıtdın,
Barışan sən oldun, mən olmadım ki.
Heç bilmırəm nə deyim bu gəlişə.
Yad olmuşdum hər sevincə, gülüşə,
Bu sevgini dastan edib həmişə
Danışan sən oldun, mən olmadım ki.
Gülə-gülə yola saldım illəri,
Sənsiz açmaz baharımın gülləri,
Nüsrət deyib gecə-gündüz çölləri,
Dolaşan sən oldun, mən olmadım ki.
Nüsrət Kəsəmənli