Taleh kür olanda,

ürəkdəki qəm,
Üzün cizgisindən seçilir vallah.
Ömrün illərinə alov tökülür,
Günlər yana-yana keçinir vallah.
* * *
Bəxtin gətirəndə, taleh verəndə,
Əlinə ləl düşsə, düz böl böləndə,
Varlıyada, yoxsulada, öləndə,
Kəfən beş metirdən biçilir vallah.
* * *
Yol itir, iz itir, qar çoxalanda,
Sevgi gülünc olur yar çoxalanda,
Sücaet var gəzmə, var çoxalanda,
Adam cılızlaşır, kiçilir, vallah.

Комментарии

Комментариев нет.