Axır məni Leyla kimi Məcnun elədin sən,

Taleimi Məcnun ilə uyğun elədin sən.
Səndən səvayı bir kəsə öz könlümü verməm,
Səhranı gülüstan,məni vurğun elədin sən.
Güldürmüsən aləmlərə,zülfündə edib bənd,
Ardınca düşürdün,məni meymun elədin sən.
Mən bir güləm,açdım bu cahanda sənə xatir,
Ətrim də sənə yetmədi,solğun elədin sən

Комментарии

  • 18 июл 2014 11:38
    Sənin eşqin yaşadır qəm dolu dünyadə məni,
    Yoxsa vermişdi bu qəmlər,mələyim,badə
    məni.
    Al bu hicranın əlindən ola aram ürəyim,
    Gecə-gündüz gətirir dərd ilə fəryadə məni.
    Həsrətəm görməgə bir ləhzə həqiqətdə səni,
    Barı,mehmanım olub,şad elə rö`yadə məni.
    Yax məni odlara,qorxan deyiləm,Azəriyəm,
    Gör,gülüm,əhdimə sadiq yenə sevdadə məni.