üçün telefonlar satışa çıxarılıb. Onların xüsusiyyəti istifadəçiyə gündə beş dəfə namaz vaxtının çatmasını xəbər verən zəngli saat funksiyasının əlavə olunmasıdır. Trend xəbər verir ki, bu barədə cümə axşamı TASS agentliyinə Rusiya Müsəlmanları İttifaqının sədri Nailə Ziqanşina bildirib. Telefon İslamın üç ənənəvi rəngində - yaşıl, qırmızı və qara rənglərdə təqdim edilib. Onun korpusu şərq üslubunda qızılı naxışlarla bəzədilib. Telefonun yaddaşında ərəb və rus dillərində Quran yerləşdirilib. Rahat menyu oxuma üçün lazımlı mətni seçərək surələrin arasında tez keçid etməyə imkan verir. Telefona 1,3 meqapiksel həcmində kamera, fənər, radioqəbuledici yerləşdirilib. O iki sim-kartla işləyir, Bluetooth və GPRS simsiz rabitəsi ilə təchiz edilib. Mobil telefonun daxili yaddaşı 64 meqabaytdır. Telefonların buraxılışı ilə məşğul olan şirkətin nümayəndəliyindən dəqiqləşdiriblər ki, bir qurğunu qiyməti 1,9 min rubldur. Telefonlar Çində yığılır. Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin nümayəndəsi Timur İmayev bəyan edib ki, qurğunu yaratmazdan əvvəl mütəxəssislər möminlərin maraqlarını öyrəniblər, gündəlik həyatda onlara hansı aparatların yararlı olduğunu soruşublar. İmayev deyib ki, telefonun menyusu çox sadədir və onun möminlər tərəfindən istifadəsinin rahat olacağı aydındır.
azerbaycan türkye biz bir miletik iki dövletiy
:M E H R A L I
Rusiyada ilk dəfə müsəlmanlar
üçün telefonlar satışa çıxarılıb.
Onların xüsusiyyəti
istifadəçiyə gündə beş dəfə
namaz vaxtının çatmasını
xəbər verən zəngli saat
funksiyasının əlavə
olunmasıdır. Trend xəbər verir
ki, bu barədə cümə axşamı
TASS agentliyinə Rusiya
Müsəlmanları İttifaqının sədri
Nailə Ziqanşina bildirib.
Telefon İslamın üç ənənəvi
rəngində - yaşıl, qırmızı və
qara rənglərdə təqdim edilib.
Onun korpusu şərq
üslubunda qızılı naxışlarla
bəzədilib. Telefonun
yaddaşında ərəb və rus
dillərində Quran yerləşdirilib.
Rahat menyu oxuma üçün
lazımlı mətni seçərək surələrin
arasında tez keçid etməyə
imkan verir. Telefona 1,3
meqapiksel həcmində kamera,
fənər, radioqəbuledici
yerləşdirilib. O iki sim-kartla
işləyir, Bluetooth və GPRS
simsiz rabitəsi ilə təchiz edilib.
Mobil telefonun daxili yaddaşı
64 meqabaytdır. Telefonların
buraxılışı ilə məşğul olan
şirkətin nümayəndəliyindən
dəqiqləşdiriblər ki, bir
qurğunu qiyməti 1,9 min
rubldur. Telefonlar Çində
yığılır. Rusiya Müsəlmanlarının
Mərkəzi Dini İdarəsinin
nümayəndəsi Timur İmayev
bəyan edib ki, qurğunu
yaratmazdan əvvəl
mütəxəssislər möminlərin
maraqlarını öyrəniblər,
gündəlik həyatda onlara hansı
aparatların yararlı olduğunu
soruşublar. İmayev deyib ki,
telefonun menyusu çox
sadədir və onun möminlər
tərəfindən istifadəsinin rahat
olacağı aydındır.