Sən elə güldün ki, güldü bu aləm.

Günəşi əritdi üz şəfəqlərin,
Elə gizli gəldi, qəm bu yerlərə,
Kül etdi varlığım, göz , nəzərlərin.
Elə dəydi aləm, çaşdı bulud, göy,
Ayrılıb göylərdən sel, duman gəlir.
Aşiq gözlər önü pərdələndi göy,
Ard - arda düzümü, o leysan gəlir.
Sirr deyil, həqiqət, könül məkanın,
Qüdrət əllərində şəkil xəyalın,
Şam oldu axşamın gözləri səndən,
Əks edir, bir ömrü , o sübh camalın.
Necə əsir əssin, küləklər necə,
O incə nəfəsin göndər gizlicə,
Eşq o bir ab - hava, içimdən keçir,
Ruhumla ruhunu sarır, indicə.
Bilməm, bu canımı qoyum mən hara,
Gözlərin min sual, çəkirsən dara.
Nə qədər gözəlsə, həyat o səndən,
Gəldim, elə gəldim, sənli yollara !...
~~~~~~~~~~~~~~~~~~~~

Комментарии

Комментариев нет.