29 июл 2015

Bəxtiyar Vahabzadə ...

SƏN KİMSƏN ...?
Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
Filankəs azacıq qumarbaz idi,
Gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
Biri qərəzkardır, biri xəsisdir,
Bu ondan yaxşıdır, o bundan pisdir,
Natavan beləydi, Həcər eləydi,
Böyüklər önündə o bir köləydi,
Rəhmətlik demirik amma bir kərə,
Milləti ucaldan rəhmətlilərə
Bir deyən yoxmudur,
Pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?

Bəxtiyar Vahabzadə ...SƏN KİMSƏN ...? - 803789354608

Комментарии

Комментариев нет.