AZƏRBAYCAN RESPUBLIKASI

FÖVQƏLADƏ HALLAR NAZIRLIYI
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və
Təhlükəsizlik Texnikası Elmi-Təqdqiqat İnstitutu
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu barədə
MƏLUMAT
Müstəqil Azərbaycan Respublikasının elmi-texniki tərəqqisi yolunda xüsusi yeri və rolu olan, qocaman elm ocaqlarından biri - Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi–Tədqiqat İnstitutu (AzDƏMTTETİ) 1928-ci ildə yaradılmışdır. Elə o vaxtdan da əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla öz inkişafına başlamışdır. Keçmişdə Ümumittifaq Neft Elmi-Tədqiqat Təhlükəsizlik Texnikası Institutu (ВНИИТБ) adlanan, 85 illik tarixi olan bu institut, Ümumittifaq miqyasında şöhrət qazanmış və uzun illər istehsalatda təhlükəsizlik məsələləri üzrə baş təşkilat kimi fəaliyyət göstərmişdir. İnstitutda 600-dən çox normativ-texniki sənədlər, o cümlədən Qaydalar, Standartlar, Normalar, Metodikalar və Təlimatlar işlənilmiş, 1000-dən artıq monoqrafiyalar, kitab və broşüralar nəşr edilmişdir.
1944-cü ildə instituta Ümumittifaq Neft Elmi–Tədqiqat İnstitutu adı verilmiş və elə həmin dövrdən də institut neft sənayesində təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair normativ sənədlərin işlənilməsi üzrə mərkəz kimi fəaliyyət göstərməyə başlamışdı. Bununla yanaşı, 1948-ci ildən etibarən fəaliyyət dairəsini genişləndirərək institut maşınqayırma və dağ-mədən obyektlərində təhlükəsizlik texnikası məsələləri ilə də məşğul olarmağa başlamışdır. İnstitut tərəfindən təhlükə potensiallı obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə və onların işlənilməsinə, fərdi mühafizə vasitələrinin, xüsusi geyimlərin hazırlanmasına böyük diqqət yetirilirdi.
1964-cü ildə institut keçmiş SSRİ məkanında, həmçinin Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) xətti ilə bütün neft sənayesində elmi–tədqiqat işlərini əlaqələndirən baş təşkilat kimi təsdiq edildi. Neft-maşınqayırma sahəsində avadanlıqların unifikasiya edilməsinin əsası qoyulmuş və QİYŞ-nin üzvü olan dövlətlərdə çalışan həmkarlarları ilə birgə «Neftqazçıxarma avadanlıqlarının əsas istismar növləri üzrə vahid təhlükəsizlik texnikası normaları» işlənilmişdir.
В 1964 г. институт был утвержден как координирующий головной институт бывшего СССР и стран Совета Экономической Взаимопомощи (СЭВ) по научно-исследовательским работам в нефтяной отрасли и принял участие в унификации оборудования в области нефтяного машиностроения, для чего совместно с коллегами из стран-членов СЭВ были разработаны «Единые нормы техники безопасности по основным видам эксплуатации нефтегазодобывающего оборудования».
rkibində yüksək miqdarda hidrogen-sulfid qazı olan keçmiş Sovet məkanında neft–qaz yataqları işlənilməyə başlandıqdan sonra institutda onların təhlükəsizliyini təmin edəcək bir çox elmi-tədqiqat, layihə işləri görülmüş, qayda və təlimatlar işlənilmişdir.
«Tengiz-neft-qaz» İB, «Embaneft» İB, «Kaspianqazneft» İB və digər müəssisələr üçün institut tərəfindən 50-dən artıq normativ-texniki sənəd işlənilmişdir. Bunlara «Qəza hallarının aradan qaldırılması, işçilərin mühafizəsi və təxliyəsi üzrə birgə hərəkət planı»nı, «Qaz təhlükəsizliyinin idarəetmə sistemi»ni, «Hidrogen-sulfid qazının sızmasını aşkar edən indiqator»u; kükürd qazını neytrallaşdıran xüsusi ВНИИТБ-1 neytrallaşdırıcısını misal göstərmək olar.
İnstitutun bir çox işləmələri müxtəlif ölkələrdə (Əlcəzair, Əfqanıstan, Yəmən, Somali, İraq, Monqolustan, Banqladeş, Kuba, Mali), qazma vışkalalarının təhlükəsiz (dağıdıcı olmayan) sınaq üsulu isə Hindistanda və Vyetnamda müvəffəqiyyətlə tətbiq olunmuşdur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması və onun tərkibinə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitunun verilməsi İnstitutun həyatında yeni bir dövrün başlanmasından xəbər verdi.
İnstitutda kadrların hazırlanması, yerləşdirilməsi məsələləri üzrə kompleks tədbirlər hazırlanaraq mərhələlərlə həyata keçirilməyə başlandı.
Elmi-tədqiqat işlərinin, eləcə də sənaye sahələrində müxtəlif ölçmələrin aparılması üçün Föqəladə Hallar Nazirliyi tərəfindən müasir tələblərə cavab verən avadanlıq və cihazlar alınmış, institutun struktur bölmələri kompüter texnikası ilə təchiz edilmişdir. İnstitutun binası və sınaq laboratoriyaları müasir tələblərə cavab verən dizayna uyğun təmir olunmuşdur.
İnstitut ilə bağlanılmış müqavilələr çərçivəsində sənayenin bütün sahələrində, o cümlədən neft və qazçıxarma sahəsində, xüsusilə də dəniz obyektlərində baş verə biləcək bütün qəza növlərinə dair opretaiv xəbərdarlıq, qəzanın ləğvi və işçilərin təxliyə edilməsi üzrə əlaqələndirilmiş operativ fəaliyyəti əks etdirən Təlimatların işlənilməsi üzrə axtarışlar işləri aparılır.
İnstitutda Agentliyin və müvafiq müfəttişliklərinin köməkliyi ilə texnoloji nəqliyyat və təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsinin aparılması işləri təşkil olunmuşdur.
Texniki müayinə “Təhlükəli yüklərin quru yolları ilə beynəlxalq daşınmaları haqqında” Avropa Sazişinə (DOPOQ), Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına və Azərbaycan Respublikasında qüvvədə olan standartlara və onların bazasında işlənilmiş müvəqqəti təlimata uyğun olaraq aparılır.
2012-ci və 2013-cü illər ərzində üç minə yaxın təhlükəli yükdaşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsi aparılmışdır. 80-ə yaxın təhlükəli yükdaşıyan avtonəqliyyat vasitələrinin texniki təhlükəsizlik tələblərinə cavab vermədiyindən istismarının dayandırılması barədə müvafiq tövsiyyələr verilmişdir.
2007-ci ildən etibarən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin nəzarətində olan təhlükə potensiallı obyektlərin rəhbər işçiləri və mütəxəssisləri ilə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə normaların öyrənilməsi üçün tədris kursları təşkil edilmişdir. Ötən müddət ərzində 4000-dən çox mütəxəssislər hazırlıq keçərək bilikləri yoxlanılıb, müvafiq şəhadətnamələrlə təmin olunub.
2008-ci ildən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təcili xilasetmə xidmətinin əlahiddə çevik xilasedicilər dəstəsinin üzvləri ilə mühazirə, seminar və praktiki məşğələlər aparılmışdır. Ötən müddət ərzində altı yüzdən çox xilasedici dəstənin üzvlərinə texniki təhlükəsizliyin təmin olunması üzrə vərdişlər aşılanmış və müvafiq Şəhadənamələr verilmişdir.
İnstitutda marifləndirilmə işlərinin əhatə dairəsinin genişləndirilməsinə çox böyük əhəmiyyət verilir. Belə ki, bir neçə istiqamətdə tədris təlim işləri təşkil olunub. 2011-ci ildən etibarən təhlükəli yüklərin daşınması ilə məşğul olan fiziki və hüquqi şəxslərin tədrisi aparılır. Tədrisin sonunda dinləyicilərin texniki təhlükəsizlik normaları üzrə bilikləri yoxlanılaraq müvafiq şəhadətnamələrlə təmin olunurlar. 2012-ci və 2013-cü illər ərzində 1500-dən çox təhlükəli yüklərin daşınmasında iştirak edən şəxslər tədrisə cəlb edilmişlər və daşınmalar zamanı texniki təhlükəsizlik normalarına əməl olunması üçün biliklərini artırmışlar.
İnstitutda 21 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. Elmi şuranın üzvlərindən 5 nəfəri texniki elmlər doktoru,texnika və kimya elmləri üzrə fəlsəfə doktorları olmaqla texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində yüksək peşəkarlığa malik mütəxəssislərdir.
Fövqəladə Hallar Nazirliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun kollektivi sənaye təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl məqsədyönlü işlərini davam etdirərək sənayenin bütün sahələrində, eləcə də məişətdə qəza hadisələrinin azalması üçün əzmkarlıq göstərir, əlindən gələni əsirgəmir.
Bakı, Az1008, Təbriz küç. 108
Tel: (+994 12) 496-93-24/25
Faks: (+994 12) 496-28-52
E-mail: azdemtteti@yahoo.com HTTP: www.safety.az Bizim əsas istiqamətlərimiz
· Təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması və texniki cəhətdən yeniləşdirilməsi ilə əlaqədar işlənmiş layihələrin sənaye təhlükəsizliyinin ekspertizasının
aparılması;
· Sənaye sahələrində, təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqlar və qurğuların sənaye təhlükəsizliyi texniki ekspertizasının aparılması;
· Sənaye sahələrində, təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqlar və qurğuların dağılmadan nəzarət üsulları ilə diaqnostikası, qüsurların aşkar olunması, iş qabiliyyətinin
müəyyən olunması;
· Obyektlər və qurğular üzrə təhlükəsizlik bəyannamələrinin ekspertizası və işlənilməsində texniki yardımın göstərilməsi;
· Yükqaldırıcı maşın-mexanizmlərin (maçta, eklips və qüllələrin (vışka)) təhlükəsiz üsulla (dağılmadan nəzarət üsulu ilə) sınağı və yükqaldırma qabiliyyəti üzrə qalıq resursunun müəyyən
olunması;
· Sənaye sahələrində işlərin təhlükəsiz görülməsi üçün mövcud qanunvericilik daxilində qaydaların, təlimatların və normativ sənədlərin işlənməsi;
· Sənayedə və digər sahələrdə təhlükəsizliyin təmin olunması üçün müxtəlif çeşidli, ölçülü, göstərici, xəbərdaredici (plakatların) işlənməsi və hazırlanması;
· Sənaye sahələrində texniki təhlükəsizliyin təmin olunması üçün qaydaların, təlimatların, normaların tədarük olunması;
· Təhlükə potensiallı avadanlıqların pasportlarının və istismar təlimatlarının bərpa olunması;
· Sənaye sahələri üzrə iş yerlərinin sanitar pasportlarının tərtib olunması və attestasiya işlərinin aparılması;
· İş yerlərinin işıqlandırılması üzrə işıqlandırma sxemlərinin işlənib hazırlanması və müvafiq tövsiyyələrin verilməsi;
· Quyuların hasil olunan təbii qazların nəqli zamanı yaranmış müxtəlif mənşəli maye tıxaclarının ləğv edilməsi üsullarının işlənməsi və müvafiq tövsiyyələrin verilməsi;
· Rəhbər işçilərə eləcədə mühəndis texniki personala texniki təhlükəsizlik normalarının tədris olunması, onların biliklərinin yoxlanılması və müvafiq Şəhadətnamələrin verilməsi;
· Neft və neft məhsulları ilə çirklənmiş avadanlıqların, qurğuların və onların hissələrinin xüsusi yuyucu vasitə ilə təmizlənməsinin təşkil olunması;
· Təhlükəli yüklərin (neft məhsulları) və mayeləşdirilmiş təbii qazın daşınmasında istifadə olunan avtoçənlərin yuma-deqazasiya, texniki müayinə, diaqnostika işlərinin aparılması və
tövsiyyələrin verilməsi;
· Texnoloji və digər mexaniki nəqliyyat vasitələrində texniki baxışın keçirilməsi və tövsiyyələrin verilməsi.

AZƏRBAYCAN RESPUBLIKASI - 771736005717
AZƏRBAYCAN RESPUBLIKASI - 771736008533

Комментарии

Комментариев нет.