Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

5. İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələbləri
5.1. Hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir.5.2. Qoruyucu hasarların tətbiqi mümkün olmayan yerlərdə təhlükəsizlik sistemləri vasitəsilə ilə hündürlükdə işlərin icra edilməsinə icazə verilir.5.3. Hündürlükdə işlər icra edilən yerin altında (aşağısında) işlərin görülməsi zamanı yüksək təhlükə zonası müəyyən edilir, işarələnir və hasarlanır. Təhlükəli zonanın müəyyən edilməsi bu Qaydalarda (11 nömrəli Əlavə) nəzərdə tutulmuşdur. İşlər bir şaquli xətt boyunca yerinə yetirildiyində, aşağı yerlər iş yerindən şaquli xətt üzrə 6 m məsafədən çox olmayaraq quraşdırılan müvafiq qoruyucu qurğularla (döşəmələrlə, torla, sipərlə) təchiz olunmalıdır.5.4. Hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir.5.5. Hasarların quraşdırılması mümkün olmadıqda işçilərin yüksək təhlükəli zonaya daxil olmaması üçün məsul iş icraçısı işçilərin yüksək təhlükəli zonaya yaxınlaşmasını qadağan etməlidir.5.6. Müəssisənin hasarlanmış ərazilərindən kənarda yerləşən, işlərin icra edildiyi meydançalara kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq üçün bu yerlər hasarlanır. Kənar şəxslərin belə meydançalara müəssisənin işçisinin müşayiəti ilə və qoruyucu dəbilqədə daxil olmasına icazə verilir.5.7. Hündürlükdə hasarların quraşdırılması və sökülməsi işləri sığorta sistemlərinin tətbiqi ilə və təhlükəsizliyi təmin edən texnoloji ardıcıllıqla həyata keçirilməlidir.5.8. Hündürlükdə hasarların quraşdırılmasını və sökülməsini məsul iş icraçısının bilavasitə nəzarəti altında, xüsusi təlim keçmiş işçilər yerinə yetirməlidir.5.9. Hündürlükdə yerləşən iş yerlərində qəbul edilən və anbara yığılan materiallar, məhsullar, konstruksiyalar üzərində yığılan taxtalar və ayaqaltılar, meydançaların yükgötürmə qabiliyyətinə əsaslanaraq cari iş üçün tələb olunan həcmdə qəbul edilməli və elə yerləşdirilməlidir ki, işləmək üçün yerlər və iş yerinə keçidlər bağlanmasın.5.10. İş yeri təmiz saxlanılmalıdır. Tədarükün, materialların, alətlərin, hazır məhsulun, istehsal tullantılarının saxlanılması texnoloji və marşrut xəritələrə uyğun şəkildə həyata keçirilməlidir.5.11. İstifadə olunmayan materialların, istehsal tullantılarının iş yerlərinin giriş və çıxış keçidlərində yığılmasına yol verilmir.5.12. Materialların saxlanma yeri icra planında göstərilir.5.13. İş yerlərində tərkibində zərərli, yanğın və partlayış təhlükəli maddələr olan material ehtiyatları növbənin ehtiyaclarından çox olmamalıdır.5.14. Fasilələr zamanı iş yerlərində olan texnoloji qurğular, alətlər və digər kiçik əşyalar bağlanmalı və ya yığışdırılmalıdır.5.15. Materialların saxlanması və nəql edilməsi materialların istehsalçısının təlimatları əsasında yerinə yetirilir.5.16. İş və ya növbə bitdikdən sonra materialların, alətlərin və ya qurğuların işlərin görüldüyü yerdə buraxılmasına yol verilmir. İri ölçülü qurğular bərkidilməlidir.5.17. Taxtabənd (taxta lövhədən hazırlanmış döşəmə-texnoloji əməliyyatları yerinə yetirmək üçün fəhlələrin, materialların, mexanizmlərin yerləşdiyi səth) divardakı oyuqlara birtərəfli yanaşan zaman oyuğun aşağı kənarı onun səviyyəsindən aşağıdırsa taxtabənd hasarlanmalıdır.5.18. İşçilərin düşə biləcəyi divardakı oyuqlar qapanır, hasarlanır və ya təhlükəsizlik nişanları ilə işarələnirlər.5.19. İş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığı layihədə nəzərdə tutulmuş, dam örtüyünə düşən yükün çəkisindən çox olmamalıdır.5.20. Meydançalarda və iş yerlərində olan keçidlər aşağıdakı tələblərə cavab verməlidir:5.20.1. keçidin eni 0,6 m-dən az, onun döşəməsindən dam örtüyünün elementlərinə qədər olan məsafə 1,8 m-dən az olmamalıdır;5.20.2. işçilərin 5 m-dən çox hündürlükdə olan iş yerlərinə qalxıb-enməsi üçün tətbiq edilən nərdivanlar və ya pərçimlər təhlükəsizlik sistemləri ilə təchiz edilməlidir.5.21. Hündürlükdə bir iş yerindən digərinə təhlükəsiz keçmək üçün qoruyucu hasarları olan keçiddə körpü qurğuları olmadığı halda bərk və ya elastik anker xətləri olan, anker qurğuları kimi istifadə edilən, üfüqi vəziyyətdə olan və ya üfüqi xəttə nəzərən 7o bucaq altında yerləşən sığorta sistemləri tətbiq edilməlidir.5.22. Ayaqaltılar təyinatına görə istifadə olunmalıdır və müəssisədə bunların istifadə şərtlərinə texniki nəzarət təyin edilir.5.23. Hündürlükdə işləri yerinə yetirmək üçün istifadə olunan ayaqaltılar, taxtabəndlər və başqa qurğular standart layihələr üzrə hazırlanmalı və müəssisə tərəfindən inventar uçota götürülməlidir.5.24. İnventar ayaqaltılara və taxtabəndlərə aid istehsalçının pasportu olmalıdır.5.25. Pasportu olmayan ayaqaltıların quraşdırılması bütün əsas elementlərin möhkəmliyə, ümumilikdə isə ayaqaltıların dayanıqlığa hesablanması ilə fərdi layihə üzrə yerinə yetirilməlidir. Layihə hündürlükdə işlərin təhlükəsiz təşkil edilməsi üzrə təyin olunmuş məsul şəxs tərəfindən imzalanmalıdır və müəssisənin baş mühəndisi (texniki direktoru) və ya bilavasitə müəssisə rəhbəri (fərdi sahibkar) tərəfindən təsdiq edilməlidir.5.26. Ayaqaltı vasitələr əl ilə quraşdırılarkən bir işçinin payına düşən quraşdırma elementlərinin kütləsi aşağıdakılardan çox olmamalıdır:5.26.1. 25 kq –ayaqaltı vasitələr hündürlükdə quraşdırılarkən;5.26.2. 5 kq – yerdə və ya dam örtüyü üzərində (montaj kranları və bucurqadlar vasitəsi ilə iş yerində quraşdırmaqla) ayaqaltı vasitələrin quraşdırılması zamanı.5.27. Ayaqaltı və onun elementləri aşağıdakı tələblərə cavab verməlidir:5.27.1. quraşdırılma və sökülmə zamanı işçilərin təhlükəsizliyini təmin etməlidir;5.27.2. istehsalçı müəssisənin pasportuna uyğun olaraq hazırlanmalı və quraşdırılmalıdır, təyinatına uyğun ölçülərə, möhkəmliyə və dayanıqlığa malik olmalıdır;5.27.3. məhəccərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər və panduslar asan quraşdırılmalı və etibarlı bərkidilməlidir;5.27.4. dağılmadan və dayanıqlığını itirmədən saxlanmalı və istismar olunmalıdır.5.28. İşçilərin ayaqaltılara və taxtabəndlərə qalxdığı yerlərdə onların yerləşdirilmə sxemi və yol verilə bilən yüklənmə göstərilməklə plakatlar, eləcə də qəza vəziyyəti yarandığı halda işçilərin təxliyyə sxemləri yerləşdirilməlidir.5.29. 6 m və daha çox hündürlükdə quraşdırılmış ayaqaltılarda işlərin yerinə yetirilməsi üçün ikidən az olmayan döşəmə - işçi (yuxarı) və qoruyucu (aşağı) döşəmə olmalıdır, binaya və ya tikiliyə bitişən ayaqaltıda olan hər iş yeri isə bunlardan əlavə yuxarıdan, işçi döşəmədən 2 m-dən çox olmayan hündürlükdə olan döşəmə örtüklə qorunmalıdır.5.30. Bir şaquli xətt üzrə bir neçə yarusda, aralıq qoruyucu döşəmələr olmadan işlərin yerinə yetirilməsinə yol verilmir.5.31. Ayaqaltıların aşağısında və yaxınlığında işlərin yerinə yetirilməsi, insanların və nəqliyyatın hərəkəti nəzərdə tutulmadığı hallarda qoruyucu (aşağı) döşəmənin quraşdırılması vacib deyil.5.32. Çoxyaruslu xarakterə malik işlərin icrası zamanı ayaqaltının platformasının, döşəmənin, taxtabəndin, pilləkənlərin (nərdivanların) yuxarıdan düşən əşyalardan qorunması üçün onlar kifayət qədər ölçüyə və möhkəmliyə malik qoruyucu ekranlarla təchiz olunur.5.33. Ayaqaltılar işçilərin qalxması və enməsi üçün bir-birindən 40 m-dən çox olmayan məsafədə nərdivanlarla və ya pilləkənlərlə təchiz edilir. Uzunluğu 40 m-dən az olan ayaqaltılarda ən azı iki nərdivan və ya pilləkən quraşdırılır. Nərdivanların və ya pilləkənlərin yuxarı ucu ayaqaltının köndələn tirinə bərkidilir. Nərdivandan döşəməyə çıxmaq üçün oyuqların ətrafı hasarlanır. Nərdivanların üfüqi xəttə nəzərən meyl bucağı 60o-dən çox olmamalıdır. Pilləkənlərin mailliyi 1:3 nisbətindən böyük olmamalıdır.5.34. Ayaqaltılara yük qaldırmaq üçün bloklardan, maili dayaqlardan və başqa kiçik mexanikləşdirmə vasitələrindən istifadə edilir ki, bunlar da icra planına uyğun olaraq bərkidilməlidir.5.35. Yüklərin daşınması üçün təyin olunan aralıqlar hərtərəfli hasarlanmalıdır.5.36. Taxtabəndlər keçidin yaxınlığında nəqliyyat vasitələrinin qabarit ölçülərindən 0,6 m-dən az olmayan məsafədə quraşdırılırlar.5.37. Yer səthindən, döşəmədən və ya meydançadan 4 m-dən çox hündürlükdə olan, üzərində dayaqlar quraşdırılan ayaqaltılar, hündürlükdə işlərin təhlükəsiz təşkili üçün təyin olunmuş məsul şəxs tərəfindən qəbul olunduqdan sonra istismara buraxılırlar.5.38. Podratçı təşkilat tərəfindən quraşdırılan ayaqaltılardan istifadə etməklə işlər yerinə yetirilərkən, hündürlükdə işlərin təhlükəsiz təşkili üzrə məsul şəxsin iştirakı ilə, işlər gedən ərazidə hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər tərəfindən istismara qəbul edilməlidir.5.39. Ayaqaltıların qəbul nəticələri onu istismara qəbul edən müəssisənin baş mühəndisi (texniki direktor) və ya bilavasitə müəssisənin rəhbəri (fərdi sahibkar) tərəfindən təsdiq edilir. Öz ehtiyacları üçün podratçı müəssisə tərəfindən quraşdırılan ayaqaltıların qəbul nəticələrinin bu müəssisənin sahə (sex) rəisi tərəfindən təsdiq edilməsinə icazə verilir.5.40. Qəbul nəticələrinin təsdiq olunmasına qədər taxta qurğularda işləməyə yol verilmir.5.41. Hündürlüyü 4 m-ə qədər olan hündür döşəmələr və taxta qurğular, onların qəbulu və baxış keçirilməsi barədə jurnalda (8 nömrəli Əlavə) qeydlər edilərək məsul iş rəhbəri tərəfindən qəbul edildikdən sonra istismara buraxılır.5.42. Taxta qurğuların və hündür döşəmələrin qəbulu zamanı onların istehsalçı müəssisənin pasportuna uyğunluğu, ayrı-ayrı elementlərin bərkidiçi düyünlərinin möhkəmliyi, dayanıqlığını təmin edən bəndlərin və dayaqların olması, taxtabəndlərin və hasarların qüsursuz olması, dayaqların şaquliliyi, dayaq meydançalarının etibarlılığı və yerləbirləşmənin olması (metaldan hazırlanan ayaqaltılar, qurğular üçün) yoxlanılır.5.43. Ayaqaltılara istehsalçı müəssisənin pasportunda nəzərdə tutulmuş vaxtlarda mütəmadi olaraq, eləcə də ekstremal hava və seysmik şəraitin təsirindən, onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək digər şəraitlərdən sonra baxış keçirilir. Ayaqaltılarda deformasiya aşkar olunduğu halda, bu deformasiyalar aradan qaldırılmalı, sonra bu Qaydaların 5.37-ci və 5.41-ci bəndlərinin tələblərinə uyğun olaraq təkrar qəbuldan keçirilməlidir.5.44. İş icraçısı (briqadir) hər iş növbəsi başlamazdan əvvəl, hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər isə 10 iş növbəsində bir dəfədən az olmayaraq ayaqaltılara baxış keçirirlər. Baxışın nəticələri ayaqaltıların və taxtabəndlərin qəbulu və baxışı jurnalında qeyd olunur.5.45. Ayaqaltılara baxış keçirilərkən aşağıdakılar müəyyən edilir:5.45.1. ayaqaltıların konstruksiya elementlərində onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək qüsurların və zədələrin olub olmaması;5.45.2. ayaqaltıların möhkəmliyi və dayanıqlığı;5.45.3. lazımi hasarlanmanın olması;5.45.4. sonrakı işlər üçün ayaqaltıların yararlı olması.5.46.Üzərində bir ay ərzində və daha çox müddətdə işlər yerinə yetirilmədikdə, işlər başlamazdan əvvəl ayaqaltılar yenidən yoxlanıb qəbul edilməlidir.5.47. Ayaqaltıların döşəməsi və nərdivanları (pilləkənləri) iş prosesində vaxtaşırı və hər gün işin sonunda zibildən, qış vaxtı qardan və buzdan təmizlənməli, lazım gəldiyi halda döşəməyə qum səpilməlidir.5.48. Təsadüfi ayaqaltılardan (yeşiklər, çəlləklər) istifadə olunmasına yol verilmir.5.49. Ayaqaltıların quraşdırılması və sökülməsi icra planında nəzərdə tutlmuş ardıcıllığa riayət olunaraq yerinə yetirilir. Ayaqaltıların quraşdırılması və sökülməsində iştirak edən işçilər işlərin təhlükəsiz metodları və üsullarına dair təlimlər keçməli və işlərin icra olunma üsulları, ardıcıllığı və təhlükəsizlik tədbirləri barədə təlimatlandırılmalıdırlar.5.50. Binaya bitişik ayaqaltılar sökülən zaman sökülən ərazidə birinci mərtəbənin bütün qapı yerləri və bütün mərtəbələrin balkona çıxışları bağlanılır.5.51 Ayaqaltıların qismən sökülməsinə və qalan hissələrin üzərində sonradan işlərin yerinə yetirilməsi üçün saxlanmasına yol verilmir.5.52. Ayaqaltıların, taxtabəndlərin quraşdırıldığı və ya söküldüyü zonaya kənar şəxslərin (bilavasitə bu işlərlə məşğul olmayan) girişi bağlı olmalıdır.5.53. Binaların girişində yerləşdirilən ayaqaltılar yuxarıdan təsadüfən düşə biləcək əşyalardan qorunması üçün yan tərəflərdən tam örtülü qoruyucu sipərlə təchiz olunurlar.5.54. Qoruyucu sipərlər ayaqaltıların kənarından ən azı 1,5 m kənara çıxmalı və ayaqaltına tərəf 20o bucaq altında mailliyə malik olmalıdır.5.55. Keçidlərin hündürlüyü 1,8 m-dən az olmamalıdır.5.56. Ayaqaltı vasitələrinin bilavasitə yaxınlığında kütləvi keçidlər təşkil olunduğu zaman insanların keçib getdiyi yerlər bütöv qoruyucu örtüklə təchiz olunur, ayaqaltıların fasadı isə gözcüklərinin ölçüsü 5x5 mm-dən böyük olmayan qoruyucu torla bağlanır.5.57. Hərəkət edən ayaqaltı vasitələrini istismar edərkən aşağıdakı tələblər yerinə yetirilməlidir:5.57.1. ayaqaltı vasitələrin eninə və uzununa istiqamətdə, üzərində hərəkət etdirildiyi səthin meylliyi bu tipli ayaqaltı vasitələri üçün hazırlanmış istehsalçı müəssisənin pasportunda və ya təlimatında göstərilən ölçüdən çox olmamalıdır;5.57.2. küləyin sürəti 10 m/san-dən çox olduğu hallarda ayaqaltı vasitələrin hərəkətinə icazə verilmir;5.57.3. ayaqaltı vasitələri hərəkət etdirilməzdən əvvəl materiallardan və taradan təmizlənməli və onların üzərində adamlar olmamalıdır;5.57.4. ayaqaltı vasitələrində qapılar içəriyə doğru açılmalı və öz-özünə açılmasının qarşısını alan ikiqat hərəkətli fiksasiya qurğusuna malik olmalıdır.5.58. Asma ayaqaltı vasitələri, taxtabəndlər və nənnilər montaj olunduqdan (yığıldıqdan, hazırlandıqdan) və müvafiq sınaqlardan keçirildikdən sonra istismara buraxılır.5.59. Asma ayaqaltı vasitələri və ya taxtabəndlər bir neçə dəfə istifadə olunduqdan sonra sınaq keçmədən o halda istismara buraxılır ki, ayaqaltı vasitələrin asıldığı konstruksiyalar hesablandığı yükün ikiqatından az olmayan yüklə yoxlanılmış olsun və ayaqaltı vasitələrin bərkidilməsi isə lazımi sınağa davam gətirən standart qurğularla həyata keçirilsin.5.60. Sınaqların nəticələri ayaqaltı vasitələrin və döşəmələrin qəbulu və baxış keçirilməsi jurnalında əks olunur.5.61. Asma ayaqaltı vasitələrinin yellənməsinin qarşısını almaq üçün onlar binanın (tikilinin) və ya konstruksiyanın daşıyıcı hissəsinə bərkidilməlidir.5.62. Nənnilər və hərəkət edən ayaqaltı vasitələrinin üzərində növbə ərzində işlər yerinə yetirilmirsə, onlar yerə endirilməlidir.5.63. Hər gün işə başlamazdan əvvəl nənnilərə, hərəkətli ayaqaltı vasitələrinə və kanatlara baxış keçirilməli və yoxlanmalı, işçi kanatın qırılmasının imitasiyası ilə sınaqlar keçirilməlidir.5.64. Hündürlükdə asma nənnilərdə iş zamanı işçilərin təhlükəsizliyi ayaqaltı vasitələr üzərində işləyərkən təqdim olunan təhlükəsizliyin ümumi tələblərindən əlavə təhlükəsizliyin sığorta sistemlərindən istifadə olunmaqla təmin edilməlidir.5.65. Ayaqaltı vasitələri hərəkət edərkən üzərində işçilərin olmasına yol verilmir.
.....................6. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər 6.1. Bu Qaydalarda nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər (12 nömrəli Əlavə) aşağıdakı növlərə bölünür:6.1.1. tutub saxlayan sistemlər;6.1.2. mövqedə saxlama sistemləri;6.1.3. sığorta sistemləri;6.1.4. xilasetmə və təxliyyə sistemləri.6.2. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakı tələblərə cavab verməlidir:6.2.1. iş yerlərində mövcud şəraitə, yerinə yetirilən işin xarakterinə və növünə uyğun olmalıdır;6.2.2. işçinin sağlamlıq vəziyyətinə uyğun olmalıdır;6.2.3. zəruri düzəlişlərdən sonra işçinin cinsinə, boyuna və ölçülərinə uyğun olmalıdır.6.3. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakılar üçün nəzərdə tutulmuşdur:6.3.1. işçini hündürlükdən düşməsinin qarşısı alınacaq vəziyyətdə tutub saxlamaq (tutub saxlama və ya mövqedə saxlama sistemləri) üçün;6.3.2. yıxılmanın təhlükəsiz dayandırılması (sığorta sistemi) və onun nəticələrinin ağırlığının azaldılması üçün;6.3.3. xilasetmə və təxliyyə üçün.6.4. İşəgötürən fərdi mühafizə vasitələrinin verilməsinin standart normalarına uyğun olaraq və iş şəraitinin qiymətləndirilməsinin nəticələrinə əsasən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələri ilə uyğunlaşan elementləri, komponentləri və ya yarım sistemləri birləşdirərək işçini hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlə təmin edir.6.5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri istehsalçının texniki sənədlərinin təlimatlarında göstərilən tələblərə uyğun olaraq təyinatına görə istifadə olunmalıdır. Texniki sənədləri olmayan mühafizə vasitələrindən istifadəyə yol verilmir.6.6. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri müvafiq qaydada qeydiyata alınmalı və istehsalçının sənədlərində göstərilmiş tələblərə uyğun olaraq, onlara xidmət göstərən və vaxtaşırı yoxlamalar keçirən müəssisə tərəfindən texniki cəhətdən saz vəziyyətdə saxlanmalıdır.6.7. Bütün kollektiv və fərdi mühafizə vasitələrinin üzərinə müəyyən olunmuş tələblərə uyğun olaraq uzun müddətli markalar vurulmalıdır.6.8. İşəgötürən işçilərə müəyyən olunmuş vaxtlarda fərdi mühafizə vasitələrinin verilməsinə nəzarəti təşkil etməli və onların hesabatını aparmalıdır.6.9. İşçilərə fərdi mühafizə vasitələrinin verilməsi və onlardan təhvil alınması fərdi mühafizə vasitələrinin verilməsi barədə şəxsi uçot kartında qeyd edilməlidir.6.10. İşəgötürən istismar sənədlərindəki göstərişlərə uyğun olaraq hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin saz vəziyyətdə olmasının daim yoxlanılmasını, eləcə də mühafizə xassələri aşağı düşmüş elementlərin, komponentlərin və ya yarımsistemlərin vaxtında dəyişdirilməsini təmin etməlidir.6.11. İstismar edildiyi müəssisələrdə fərdi mühafizə vasitələrinin hündürlükdən ağırlaşdırılmış yüklə düşməsi üzrə dinamik və statik sınaqları keçirilmir.6.12. Hündürlükdə işləməyə buraxılan işçilər onlara verilən fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl və sonra baxış keçirməlidirlər.6.13. Mühafizə vasitələrinin işləmə müddəti, saxlanması, istismar və istifadə qaydaları istehsalçı tərəfindən müəyyən olunur və məhsula əlavə edilən sənədlərdə göstərilir.6.14. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemləri aşağıdakılardan ibarətdir:6.14.1. anker qurğuları;6.14.2. bağlayıcı iplər (sığorta edən, tutub saxlamaq, mövqedə saxlamaq, oturaq vəziyyət üçün);6.14.3. birləşdirici-amortizasiya yarımsistemləri (stroplar, kanatlar, karabinlər, amortizatorlar, dartıcı tipli mühafizə vasitələri, elastik və ya sərt anker xəttində sürüngəcli tipli düşmədən qoruyan mühafizə vasitələri).6.15. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin anker qurğularının tipi və yeri icra planında və ya naryad-buraxılış sənədində göstərilir.6.16. Tutub saxlayan sistemlərin anker qurğuları və mövqedə saxlayan sistemlər 13,3 kN-dən az olmayan yükə dağılmadan tab gətirirlərsə, işə yararlı sayılırlar.6.17. Əgər bir işçi üçün sığorta sistemlərinin anker qurğusu 22 kN-dan az olmayan yükə dağılmadan tab gətirirsə, işə yararlı sayılır. İki işçi üçün sığorta sistemlərinin birləşdirilməsində anker bərkidicilərinin nöqtələri (düyünləri) 24 kN-dan az olmayan yükə dağılmadan tab gətirməlidir və bundan başqa hər əlavə işçiyə 2 kN əlavə edilir (məsələn, üfüqi elastik anker xətləri üçün -26 kN üç nəfər üçün, 28 kN 4 dörd nəfər üçün).6.18. Anker qurğusunda yükün hesablanması qaydasına (13 nömrəli Əlavə) uyğun olaraq, anker qurğusu kimi öz aralarında bir neçə anker nöqtəsinin birləşməsindən istifadə etməyə yol verilir.6.19. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən tutub saxlayıcı sistemlərdən istifadə edilərkən, bu Qaydaların 12 nömrəli əlavəsində nəzərdə tutulmuş 1-ci qrafik sxeminə uyğun olaraq, stropun uzunluğunun və ya çəkib dartan kanatın maksimal uzunluğunun məhdudlaşdırılması düşmə təhlükəsi olan işçi zonada, eləcə də səthi kövrək materialdan olan sahələrdə, açılan lüklərdə və deşiklərdə istisna olunmalıdır.6.20. Tutub saxlayıcı sistemlərdə ip (qayış) kimi həm tutan, həm də sığortalayıcı kəmərdən istifadə olunur.6.21. Tutub saxlayıcı sistemlərin birləşdirici-amortizasiya yarımsistemlərinin stropları kimi uzunluğu sabit və ya tənzimlənən vəziyyətdə tutmaq və ya mövqedə saxlamaq üçün stroplardan, o cümlədən elastik, amortizatorlu stroplardan və dartılan qoruyucu qurğulardan istifadə olunur.6.22. Bu Qaydaların 12 nömrəli əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən mövqedə saxlayan sistemindən 2-ci qrafik sxeminə uyğun olaraq işçinin dayaqda (dirəkdə) rahat işinin təmin olunması üçün hündürlükdə işçinin vəziyyətini təsbit etmək lazım olduğu halda istifadə edilir, bu zaman işçi dayaq nöqtəsindən aşağıda müəyyən duruş vəziyyəti alaraq düşmə riskini minimuma endirir.6.23. Mövqedə saxlama sistemindən istifadə edilməsi sığorta sisteminin mütləq (hökmən) olmasını tələb edir.6.24. Mövqedə saxlama sistemlərinin birləşdirici-amortizasiya yarımsistemləri kimi sabit və tənzimlənən uzunluğu mövqedə saxlamaq üçün stroplardan ibarət birləşdiricilərdən istifadə edilməlidir. Elastik və ya sərt anker xətlərində sürüngəc tipli mühafizə vasitələrindən də istifadə edilir.6.25. Bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən sığorta sistemindən 3-cü qrafik sxeminə uyğun olaraq iş yerinə baxış keçirilərkən dayaq səthi ilə kontaktını itirən işçinin dayaq nöqtəsindən aşağıya düşmə riski aşkar olunduğu halda mütləq istifadə olunur. Bu halda sığorta sistemlərindən istifadə edilməsi hündürlükdən düşmənin dayandırılması yolu ilə düşmə nəticəsində alınan xəsarətləri minimuma endirir.6.26. Sığorta sistemlərində sığortalayıcı kəmər kimi ipdən istifadə edilir. İşçinin düşməsi dayandırılan zaman onun onurğasına təsir edən zərbədən xəsarət alma riskinin böyük olması və ya hadisənin ölümlə nəticələnməsi, qoruyucu kəmərdən çıxıb yıxılması və ya asılmış vəziyyətdə işçinin uzun müddət qoruyucu kəmərlə statik vəziyyətdə qala bilməməsi səbəbinə görə boyun qayışı olmayan qoruyucu kəmərlərin istifadə olunması qadağandır.6.27. Sığorta sistemlərinə aid birləşdirici-amortizasiya yarımsistemlərinin tərkibinə mütləq amortizator daxil edilir. Birləşdirici-amortizasiya yarımsistemləri stroplardan, dartıcı qoruyucu qurğulardan, elastik və ya sərt anker xətlərində sürüngəc tipli mühafizə vasitələrindən hazırlana bilər.6.28. İcra planında və ya naryad-buraxılış sənədində göstərilmiş sığorta sisteminin anker qurğusunun tipi və yeri aşağıdakıları təmin etməlidir:6.28.1. işçinin bilavasitə düşməsi zamanı (məsələn, obyektin elementlərinə dəyib zərbə alması) və ya düşmə zamanı dayandığı anda (məsələn, düşmə dayandırılan zaman yaranan təsirlərdən) xəsarət alma riskinin azaldılması üçün düşmə faktorunun minimal olmasını;6.28.2. düşmənin rəqqaslı trayektoriyasının tam qarşısını almaq və ya maksimal dərəcədə azaltmaq;6.28.3. işçinin altında onun düşməsi dayandırıldıqdan sonra stropun və ya dartıcı kanatın qoruyucu qurğusunun cəmi uzunluğunu, işə düşən amortizatorun və bütün birləşdiricilərin uzunluğunu nəzərə almaqla kifayət qədər boş məkanın olmasını.6.29. Anker xətləri, kanatlar və ya konkret konstruksiyaların stasionar istiqamətləndiriciləri, onların tətbiq olunma, quraşdırılma və istismar xüsusiyyətlərini müəyyən edən istehsalçı müəssisənin təlimatlarının tələblərinə cavab verməlidir.6.30. Qəza vəziyyəti və xilasedici işlər yerinə yetirilən zaman təxliyyə planında hündürlükdə işlər icra olunarkən qəza və ya bədbəxt hadisə baş verdiyi halda adamların təxliyyəsini həyata keçirməyə imkan verən təxliyyə və xilasedici vasitələrin tətbiqi nəzərdə tutulmalıdır.6.31. Düşməsi dayandırıldıqdan sonra asılmış vəziyyətdə, sığorta sistemində qalan işçinin xəsarət alma riskini azaltmaq üçün təxliyyə planı maksimal dərəcədə qısa müddət ərzində (10 dəqiqədən çox olmayaraq) işçini asılmış vəziyyətdən azad etməyə imkan verən tədbirləri və vasitələri (məsələn, öz-özünü xilas etmə sistemi) nəzərdə tutmalıdır.6.32. Bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin 4-cü və 5-ci qrafik sxemlərinə uyğun olaraq xilasetmə və təxliyyə sistemlərinin tərkibinə daxildir:6.32.1. əlavə və ya artıq istifadə olunmuş, lakin əlavə yükə hesablanmış anker qurğuları və ya anker xətləri;6.32.2. tutub saxlayıcı, mövqedə saxlayan, enib-qalxma və ya sığorta sistemləri;6.32.3. təxliyyə planından asılı olaraq lazım olan qaldırma və ya endirmə vasitələri (məsələn, bucurqadlar, bloklar, tripodlar, qaldırıcılar);6.32.4. xərəklər, şinlər, hərəkəti dayandıran vasitələr;6.32.5. tibbi yardım üçün dərman qutusu.6.33. Hündürlükdə konkret iş şəraitindən asılı olaraq işçilər hündürlükdən düşməyə qarşı təhlükəsizlik sistemləri ilə birlikdə aşağıdakı fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar:6.33.1. xüsusi geyimlə - zərərli istehsal faktorlarının təsirindən asılı olaraq;6.33.2. dəbilqələrlə – başın yuxarıdan düşən əşyalardan, eləcə də əşyalara və ya konstruksiyaya dəyərək zərbələrdən alınan xəsarətlərdən qorunması üçün, başın üst hissəsinin 440 V-a qədər gərginlikli dəyişən elektrik cərəyanı ilə vurulmasından qorunması üçün;6.33.3. qoruyucu gözlüklərlə, sipərlərlə, qoruyucu ekranla–tozdan, uçuşan hissəciklərdən, işıqdan və ya şüalanmadan qorunmaq üçün;6.33.4. qoruyucu əlcəklər və ya uzun əlcəklərlə, qoruyucu kremlərlə və başqa vasitələrlə -əlləri qorumaq üçün;6.33.5. xüsusi ayaqqabılarla – ayaqlardan xəsarət almaq təhlükəsi olan işlərdə işləmək üçün;6.33.6. tənəffüs orqanlarını mühafizə edən vasitələrlə -tozdan, tüstüdən, buxardan və qazdan qorunmaq üçün;6.33.7. fərdi oksigen aparatları və başqa vasitələrlə - oksigen çatışmayan şəraitdə işləmək üçün;6.33.8. qulaqları qoruyan vasitələrlə;6.33.9. elektrik qurğularında istifadə edilən qoruyucu vasitələrlə;6.33.10. xilasedici jiletlər və kəmərlərlə - suya düşmə təhlükəsi olduqda;6.33.11. siqnalverən jiletlərlə - nəqliyyat vasitələrinin hərəkət etdiyi yerdə işlər yerinə yetirilərkən.6.34. Hündürlükdə işləyən işçilər çənəaltı qayışı bağlı olan qoruyucu dəbilqələr geyinməlidirlər. Dəbilqənin daxili hissəsi və çənəaltı qayışı taxılıb çıxarıla bilən olmalı və dəbilqənin gövdəsinə bərkidilmək üçün konstruksiyaya malik olmalıdır. Çənəaltı qayış uzunluq boyunca tənzimlənən olmalı, bərkidilmə üsulu onun tez açıla bilmə imkanını təmin etməli və dəbilqənin işçinin başından öz-özünə düşməsinə və ya əyilməsinə yol verməməlidir.6.35. Enib-qalxma kanat sistemindən istifadə edən işçilərə (obyektdən, ilin fəsillərindən və iqlim şəraitindən asılı olaraq) istehsalçının istismar sənədlərinə uyğun olaraq, sürüşməyə qarşı dayanıqlı xassəyə malik xüsusi ayaqqabılar verilir.6.36. Odlu işləri yerinə yetirən elektrik-qaz qaynaqçıları və başqa işçilər üçün sığorta sisteminin stropu polad kanatdan, zəncirdən və ya xüsusi odadavamlı materiallardan hazırlanmalıdır.6.37. İcazə verilməmiş və ya nasaz fərdi mühafizə vasitələri ilə işçilərin hündürlükdə işləməsinə yol verilmir.

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları - 771545461845

Комментарии