Qaydaları 20. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri 20.1. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır: 20.1.1. şüşənin kövrəkliyi;20.1.2. pəncərə çərçivələrinin səthində iti ucların, kələ-kötürlüyün olması;20.1.3. qüsurlu şüşələnmə (sınmış və zəif bərkidilmiş şüşələr);20.1.4. küləyin gücü;20.1.5. mənfi temperaturun təsiri;20.1.6. səsin, vibrasiyanın təsiri.20.2. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.20.3. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin (fasadların, pəncərələrin, çıraqların plafonlarının, işıq fənərlərinin) təmizlənməsi zamanı təhlükəsizlik aşağıdakı üsullarla təmin edilir:20.3.1. şüşələnən yerə çatmaq üçün vasitələrin və üsulların seçilməsi (köməkçi körpülər, ayaqaltılar, vışkalar, nənnilər, meydançalar, işçi meydançası olan asma nərdivanlar və ya kanatla yanaşma sistemləri) ilə;20.3.2. kollektiv və fərdi mühafizə vasitələrinin, tutucu və sığorta sistemlərinin, xüsusi geyimlərin və ayaqqabıların tətbiqi ilə;20.3.3. iş yerlərinin etibarlı təşkili ilə;20.3.4. işçilərin bacarığı, səriştəliliyi ilə;20.3.5. şüşətəmizləyən vasitələrin (quru, yarımquru, yaş) və üsulların (əl ilə, mexanikləşdirilmiş) seçilməsi ilə;20.3.6. yuyucu tərkibin və şüşələri çirklənmədən qoruma üsullarının seçilməsi ilə.20.4. Pəncərə çərçivələrini açıq pəncərə yerinə quraşdırarkən çərçivənin bayıra düşməsinə qarşı tədbirlər təmin edilməlidir.20.5. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı aşağıdakılara yol verilmir:20.5.1. söykəmə nərdivanları şüşəyə və pəncərə çərçivələrinin şalban yanı tirlərinə söykəməyə;20.5.2. bir şaquli xətt üzrə eyni vaxtda, bir neçə cərgədə şüşəsalma, şüşəyuma və şüşə təmizləmə işlərini görməyə;20.5.3. pəncərə aralığında bərkidilməmiş şüşə lövhələri və ya şüşə profil elementlərini saxlamağa;20.5.4. damların və fənərlərin şüşələnməsi işlərini iş yerinin altında şüşələrin və alətlərin düşməsinin qarşısını alan, taxta hasardan və ya brezentdən hazırlanmış meydançaları qurmadan yerinə yetirməyə (meydançalar olmadıqda təhlükəli zona hasara alınmalı və ya qorunmalıdır);20.5.5. şüşələrin xarici səthini açıq nəfəslikdən və xəfəngdən (pəncərənin və ya qapının üst hissəsindən) silməyə;20.5.6. şüşələri güclü qüvvə tətbiq etməklə, şüşəyə bərk basmaqla və təkanla silməyə;20.5.7. sərbəst duran ayaqaltı vasitələrindən istifadə olunarkən təklikdə və müvafiq sığorta sistemləri olmadan işləməyə;20.5.8. sutkanın qaranlıq vaxtlarında işləməyə.20.6. Şüşələrin yuyulması üçün istifadə edilən suyun temperaturu 60oC-dən yuxarı olmamalıdır.20.7. Hündürlükdə şüşə işlərini yerinə yetirərkən, şüşələr və digər materiallar xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış, meydançalarda və dayaqlarda qoyulan, xüsusi yeşiklərdə saxlanılmalıdır.20.8. Şüşə onun quraşdırıldığı yerə müvafiq təhlükəsiz qurğular (vasitələr) və ya xüsusi tara tətbiq etməklə qaldırılmalı və daşınmalıdır.20.9. Təhlükəsiz əmək şəraitinə təsir edə biləcək işlərin texnologiyasının, avadanlığın, qurğuların və alətlərin, yuyucu tərkibin və başqa faktorların dəyişdiyi, eləcə də əməyin mühafizəsi tələbləri pozulduğu halda və ya 60 təqvim günündən çox işə fasilə verdikdə (yükqaldırıcı mexanizmlər tətbiq olunmaqla hündürlükdə görülən işlər üçün-30 gündən çox), hündürlükdə şüşə ilə işləyən və binaların şüşələnmiş hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər plandan kənar təlimat keçməlidirlər. Hündürlükdə şüşə ilə işləyən və binaların şüşə hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər rübdə bir dəfədən az olmayaraq təkrar təlimat keçirlər. 21. Hündürlükdə bəzək işləri zamanı təhlükəsizlik tələbləri 21.1. Hündürlükdə bəzək (suvaq və rəngsazlıq) işləri yerinə yetirilən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:21.1.1. əşyaların hündürlükdən düşməsi;21.1.2. tədarük olunan materialların, alətlərin və avadanlığın (üzlük işləri üçün) səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;21.1.3. tətbiq edilən materialların kimyəvi cəhətdən zərərli olması;21.1.4. havanın, dəri örtüyünün, fərdi mühafizə vasitələrinin kimyəvi birləşmələrlə, aerozolla, tozla həddindən artıq çirklənməsi;21.1.5. yanğın-partlayış təhlükəsi.21.2. Altında başqa işlər görülən, hündürlükdə bəzək işləri (suvaq və rəngsazlıq) yerinə yetirilərkən istifadə edilən ayaqaltı vasitələrinin döşəmələrində aralıqlar olmamalıdır.21.3 Pilləkən marşları üzərində bəzək işləri xüsusi ayaqaltı vasitələr üzərində yerinə yetirilməlidir. İşçi döşəmənin üfüqi vəziyyətini təmin etmək üçün bu ayaqaltılarda dayaqlar müxtəlif uzunluğa malik olur.21.4. Asma nərdivanlardan istisna hallarda və yalnız kiçik bəzək işlərinin yerinə yetirilməsi üçün istifadə edilməsinə yol verilir.21.5. Məhlul nasos qurğularını tətbiq etməklə suvaq işlərini icra edən zaman operatorun qurğunun maşinisti ilə ikitərəfli əlaqəsi təmin edilməlidir. 22. Antena-dor qurğularında işləyən zaman təhlükəsizlik tələbləri 22.1. Antenna-dor qurğularında işləyən zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:22.1.1. işçilər elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdırlar;22.1.2. antenna-dor qurğularına qalxmazdan əvvəl dor ağacının bütün siqnal işıqlandırması, antenanın qızdırılması söndürülməlidir və “İşə salmaq olmaz. Adamlar işləyir” plakatı asılmalıdır.22.2. Aşağıdakı hallarda işçilərin antenna-dor qurğusuna qalxmasına yol verilmir:22.2.1. 42 V-dan yuxarı gərginlik açılmadıqda;22.2.2. tufan və onun yaxınlaşdığı vaxt;22.2.3. buz bağlayanda, yağış, qar yağanda, dumanda;22.2.4. sutkanın qaranlıq vaxtı və ya kifayət qədər işıqlanma olmadıqda;22.2.5. küləyin sürəti 12 m/san-dən çox olduqda. 23. Su üzərində işləyən zaman təhlükəsizlik tələbləri 23.1. Su üzərində quraşdırılan ayaqaltılar, pontonlar, körpülər, piyada körpüləri və digər piyada keçidləri və ya iş yerləri, üstündə ayağa ilişə bilən və ya sürüşmə təhlükəsi olan, kənara çıxan və sürüşkən elementlərə malik olmamalıdırlar və aşağıdakı tələblərə uyğun olmalıdırlar:23.1.1. möhkəm və dayanıqlı olmalı;23.1.2. işçilərin təhlükəsiz hərəkətini təmin edən kifayət qədər enə malik olmalı;23.1.3. xarici taxta ilə və ya başqa üzlük materiallarla örtülməli, məhəccərlə, kanatla və bortlarla hasarlanmalı;23.1.4. kifayət qədər təbii işıqlanma olmadıqda müvafiq işıqlandırmaya malik olmalı;23.1.5. kifayət sayda xilasedici üzgəclər, halqalar, stroplar, kanatlar və başqa xilasedici avadanlıqlarla təchiz olunmalı;23.1.6 boş saxlanılmalı, üzərində alət və material yığını olmamalı;23.1.7. təmiz saxlanmalı, sürüşkən yerlərə qum və ona bənzər material səpilməli, üstü yağdan, qardan, buzdan təmizlənməli;23.1.8. cilovun və güclü küləyin təsirindən yerdəyişməyə qarşı bərkidilməli.23.2. Su üzərində tək işləməyə yol verilmir..............24. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman təhlükəsizlik tələbləri 24.1. Hündürlükdə məhdudlaşdırılmış məkanda görülən işlərə bunkerdə, quyuda, tutumda, çəndə, boruların daxilində aparılan işlər aid edilir ki, burada iş yerlərinə keçid üçün xüsusi lüklər, qapılar, dəliklər nəzərdə tutulur.24.2. Hündürlükdə məhdudlaşdırılmış məkanda işlər yerinə yetirilərkən yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:24.2.1. əşyaların işçilərin üstünə düşməsi;24.2.2. lüklərin qapağını açıb bağlayan zaman zədələnmə ehtimalı;24.2.3. qapalı məkanın partlayışa, işçinin zəhərlənməsinə və ya yanmasına səbəb ola biləcək zəhərli və partlayış təhlükəli qazla dolması;24.2.4. məhdudlaşdırılmış məkanın havasının həddindən artıq çirklənməsi və tozluluğu;24.2.5. işçi zonanın kifayət qədər işıqlandırılmaması;24.2.6. yüksək rütubətlilik.24.3. Məhdudlaşdırılmış məkanda işlər naryad-buraxılış sənədi üzrə yerinə yetirilir.24.4. İşçilərin düşməməsi üçün lüklər və deşiklər yuxarıdan qoruyucu məhəccərlərlə təchiz olunmalıdır.24.5. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman məsul iş rəhbəri hər işləyən işçi üçün bir nəzarətçi təyin edir.
Tehlukesizlik Texnikasi
:Rauf Eliyev
“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik
Qaydaları
20. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri
20.1. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:
20.1.1. şüşənin kövrəkliyi;20.1.2. pəncərə çərçivələrinin səthində iti ucların, kələ-kötürlüyün olması;20.1.3. qüsurlu şüşələnmə (sınmış və zəif bərkidilmiş şüşələr);20.1.4. küləyin gücü;20.1.5. mənfi temperaturun təsiri;20.1.6. səsin, vibrasiyanın təsiri.20.2. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.20.3. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin (fasadların, pəncərələrin, çıraqların plafonlarının, işıq fənərlərinin) təmizlənməsi zamanı təhlükəsizlik aşağıdakı üsullarla təmin edilir:20.3.1. şüşələnən yerə çatmaq üçün vasitələrin və üsulların seçilməsi (köməkçi körpülər, ayaqaltılar, vışkalar, nənnilər, meydançalar, işçi meydançası olan asma nərdivanlar və ya kanatla yanaşma sistemləri) ilə;20.3.2. kollektiv və fərdi mühafizə vasitələrinin, tutucu və sığorta sistemlərinin, xüsusi geyimlərin və ayaqqabıların tətbiqi ilə;20.3.3. iş yerlərinin etibarlı təşkili ilə;20.3.4. işçilərin bacarığı, səriştəliliyi ilə;20.3.5. şüşətəmizləyən vasitələrin (quru, yarımquru, yaş) və üsulların (əl ilə, mexanikləşdirilmiş) seçilməsi ilə;20.3.6. yuyucu tərkibin və şüşələri çirklənmədən qoruma üsullarının seçilməsi ilə.20.4. Pəncərə çərçivələrini açıq pəncərə yerinə quraşdırarkən çərçivənin bayıra düşməsinə qarşı tədbirlər təmin edilməlidir.20.5. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı aşağıdakılara yol verilmir:20.5.1. söykəmə nərdivanları şüşəyə və pəncərə çərçivələrinin şalban yanı tirlərinə söykəməyə;20.5.2. bir şaquli xətt üzrə eyni vaxtda, bir neçə cərgədə şüşəsalma, şüşəyuma və şüşə təmizləmə işlərini görməyə;20.5.3. pəncərə aralığında bərkidilməmiş şüşə lövhələri və ya şüşə profil elementlərini saxlamağa;20.5.4. damların və fənərlərin şüşələnməsi işlərini iş yerinin altında şüşələrin və alətlərin düşməsinin qarşısını alan, taxta hasardan və ya brezentdən hazırlanmış meydançaları qurmadan yerinə yetirməyə (meydançalar olmadıqda təhlükəli zona hasara alınmalı və ya qorunmalıdır);20.5.5. şüşələrin xarici səthini açıq nəfəslikdən və xəfəngdən (pəncərənin və ya qapının üst hissəsindən) silməyə;20.5.6. şüşələri güclü qüvvə tətbiq etməklə, şüşəyə bərk basmaqla və təkanla silməyə;20.5.7. sərbəst duran ayaqaltı vasitələrindən istifadə olunarkən təklikdə və müvafiq sığorta sistemləri olmadan işləməyə;20.5.8. sutkanın qaranlıq vaxtlarında işləməyə.20.6. Şüşələrin yuyulması üçün istifadə edilən suyun temperaturu 60oC-dən yuxarı olmamalıdır.20.7. Hündürlükdə şüşə işlərini yerinə yetirərkən, şüşələr və digər materiallar xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış, meydançalarda və dayaqlarda qoyulan, xüsusi yeşiklərdə saxlanılmalıdır.20.8. Şüşə onun quraşdırıldığı yerə müvafiq təhlükəsiz qurğular (vasitələr) və ya xüsusi tara tətbiq etməklə qaldırılmalı və daşınmalıdır.20.9. Təhlükəsiz əmək şəraitinə təsir edə biləcək işlərin texnologiyasının, avadanlığın, qurğuların və alətlərin, yuyucu tərkibin və başqa faktorların dəyişdiyi, eləcə də əməyin mühafizəsi tələbləri pozulduğu halda və ya 60 təqvim günündən çox işə fasilə verdikdə (yükqaldırıcı mexanizmlər tətbiq olunmaqla hündürlükdə görülən işlər üçün-30 gündən çox), hündürlükdə şüşə ilə işləyən və binaların şüşələnmiş hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər plandan kənar təlimat keçməlidirlər. Hündürlükdə şüşə ilə işləyən və binaların şüşə hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər rübdə bir dəfədən az olmayaraq təkrar təlimat keçirlər. 21. Hündürlükdə bəzək işləri zamanı təhlükəsizlik tələbləri 21.1. Hündürlükdə bəzək (suvaq və rəngsazlıq) işləri yerinə yetirilən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:21.1.1. əşyaların hündürlükdən düşməsi;21.1.2. tədarük olunan materialların, alətlərin və avadanlığın (üzlük işləri üçün) səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;21.1.3. tətbiq edilən materialların kimyəvi cəhətdən zərərli olması;21.1.4. havanın, dəri örtüyünün, fərdi mühafizə vasitələrinin kimyəvi birləşmələrlə, aerozolla, tozla həddindən artıq çirklənməsi;21.1.5. yanğın-partlayış təhlükəsi.21.2. Altında başqa işlər görülən, hündürlükdə bəzək işləri (suvaq və rəngsazlıq) yerinə yetirilərkən istifadə edilən ayaqaltı vasitələrinin döşəmələrində aralıqlar olmamalıdır.21.3 Pilləkən marşları üzərində bəzək işləri xüsusi ayaqaltı vasitələr üzərində yerinə yetirilməlidir. İşçi döşəmənin üfüqi vəziyyətini təmin etmək üçün bu ayaqaltılarda dayaqlar müxtəlif uzunluğa malik olur.21.4. Asma nərdivanlardan istisna hallarda və yalnız kiçik bəzək işlərinin yerinə yetirilməsi üçün istifadə edilməsinə yol verilir.21.5. Məhlul nasos qurğularını tətbiq etməklə suvaq işlərini icra edən zaman operatorun qurğunun maşinisti ilə ikitərəfli əlaqəsi təmin edilməlidir. 22. Antena-dor qurğularında işləyən zaman təhlükəsizlik tələbləri 22.1. Antenna-dor qurğularında işləyən zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:22.1.1. işçilər elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdırlar;22.1.2. antenna-dor qurğularına qalxmazdan əvvəl dor ağacının bütün siqnal işıqlandırması, antenanın qızdırılması söndürülməlidir və “İşə salmaq olmaz. Adamlar işləyir” plakatı asılmalıdır.22.2. Aşağıdakı hallarda işçilərin antenna-dor qurğusuna qalxmasına yol verilmir:22.2.1. 42 V-dan yuxarı gərginlik açılmadıqda;22.2.2. tufan və onun yaxınlaşdığı vaxt;22.2.3. buz bağlayanda, yağış, qar yağanda, dumanda;22.2.4. sutkanın qaranlıq vaxtı və ya kifayət qədər işıqlanma olmadıqda;22.2.5. küləyin sürəti 12 m/san-dən çox olduqda. 23. Su üzərində işləyən zaman təhlükəsizlik tələbləri 23.1. Su üzərində quraşdırılan ayaqaltılar, pontonlar, körpülər, piyada körpüləri və digər piyada keçidləri və ya iş yerləri, üstündə ayağa ilişə bilən və ya sürüşmə təhlükəsi olan, kənara çıxan və sürüşkən elementlərə malik olmamalıdırlar və aşağıdakı tələblərə uyğun olmalıdırlar:23.1.1. möhkəm və dayanıqlı olmalı;23.1.2. işçilərin təhlükəsiz hərəkətini təmin edən kifayət qədər enə malik olmalı;23.1.3. xarici taxta ilə və ya başqa üzlük materiallarla örtülməli, məhəccərlə, kanatla və bortlarla hasarlanmalı;23.1.4. kifayət qədər təbii işıqlanma olmadıqda müvafiq işıqlandırmaya malik olmalı;23.1.5. kifayət sayda xilasedici üzgəclər, halqalar, stroplar, kanatlar və başqa xilasedici avadanlıqlarla təchiz olunmalı;23.1.6 boş saxlanılmalı, üzərində alət və material yığını olmamalı;23.1.7. təmiz saxlanmalı, sürüşkən yerlərə qum və ona bənzər material səpilməli, üstü yağdan, qardan, buzdan təmizlənməli;23.1.8. cilovun və güclü küləyin təsirindən yerdəyişməyə qarşı bərkidilməli.23.2. Su üzərində tək işləməyə yol verilmir..............24. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman təhlükəsizlik tələbləri 24.1. Hündürlükdə məhdudlaşdırılmış məkanda görülən işlərə bunkerdə, quyuda, tutumda, çəndə, boruların daxilində aparılan işlər aid edilir ki, burada iş yerlərinə keçid üçün xüsusi lüklər, qapılar, dəliklər nəzərdə tutulur.24.2. Hündürlükdə məhdudlaşdırılmış məkanda işlər yerinə yetirilərkən yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:24.2.1. əşyaların işçilərin üstünə düşməsi;24.2.2. lüklərin qapağını açıb bağlayan zaman zədələnmə ehtimalı;24.2.3. qapalı məkanın partlayışa, işçinin zəhərlənməsinə və ya yanmasına səbəb ola biləcək zəhərli və partlayış təhlükəli qazla dolması;24.2.4. məhdudlaşdırılmış məkanın havasının həddindən artıq çirklənməsi və tozluluğu;24.2.5. işçi zonanın kifayət qədər işıqlandırılmaması;24.2.6. yüksək rütubətlilik.24.3. Məhdudlaşdırılmış məkanda işlər naryad-buraxılış sənədi üzrə yerinə yetirilir.24.4. İşçilərin düşməməsi üçün lüklər və deşiklər yuxarıdan qoruyucu məhəccərlərlə təchiz olunmalıdır.24.5. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman məsul iş rəhbəri hər işləyən işçi üçün bir nəzarətçi təyin edir.