Qazanxana operatorunun nümunəvi vəzifə

TƏLİMATI
I. Ümumi müddəalar
1. Bu vəzifə təlimatı qazanxanaçının vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2. Qazanxanaçı vəzifəsinə, iş stajına tələb qoyulmadan, istilik peçlərinin
yandırılması qaydaları üzrə təlimatlanmış şəxs, təhsil təyin edilir.
3. Qazanxanaçı Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4. Qazanxanaçı bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla,
müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.
5. Qazanxanaçı aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. bərk və qaz halında olan yanacaqla istilik peçlərinin yandırılması
qaydalarını;
5.3. yanacağın növlərini və onun yandırılması qaydasını;
5.4. bacaların yerləşməsini;
5.5. yanacağın ocağa tökülərək qarışdırılması və odluğun təmizlənməsi
üsullarını;
5.6. yanacaq sərfinin normalarını;
5.7. odsöndürən və digər yanğınəleyhinə inventarlardan istifadə qaydalarını;
5.8. yanacaq sifarişlərinin tərtib edilməsi qaydasını;
5.9. daxili əmək rejimi qaydalarını bilməlidir.
II. Vəzifə öhdəlikləri
6. Qazanxanaçı bərk və qaz halında olan yanacaqla istilik peçlərini yandırır
və müəssisənin otaq və tikililərində onlara xidmət edir.
7. Peçlərə yanacaq doldurulması, yanacağın ocağa tökülərək qarışdırılması
və odluğun təmizlənməsini həyata keçirir.
8. Peç və bacaların vəziyyətinin sazlığını, peçlərin odluğunun zərrəcik və
şlaklardan təmizliyini müşahidə edir, tikililərdən zərrəcik və şlakları ayrılmış yerlərə
çıxarır. İsidilən tikililərdə zəruri temperaturu saxlayır.
9. Odunu mişarlayır və doğrayır, kömürü xırdalayır, yanacağı hazırlayır və
peçə daşıyır.
10. Yanacaq sərfinin uçotunu aparır.
11. Yanacaq üçün sifarişləri tərtib və verir.
III. Hüquqlar
12. Qazanxanaçının aşağıdakı hüquqları vardır:
12.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
12.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya
materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək;
12.3. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
12.4. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
13. Qazanxanaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
14. Qazanxanaçı aşağıdakılara görə məsuliyyət daşıyır:
14.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
14.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi
aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
14.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
14.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
14.5. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
15. Qazanxanaçı əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.

Qazanxana operatorunun nümunəvi vəzifə - 865664839509

Комментарии

Комментариев нет.