Aşpazın nümunəvi vəzifə

TƏLİMATI
I. Ümumi müddəalar
1. Bu vəzifə təlimatı aşpazın vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2. Aşpaz vəzifəsinə orta peşə təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı və ya
orta ümumi təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3. Aşpaz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4. Aşpaz bilavasitə baş aşpaza olmaqla, müəssisənin rəhbərinə və ya onun
müavininə tabe olur.
5. Aşpaz aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. diyetik yeməklərin, eləcə də çətin emal tələb edən yeməklərin və
kulinariya məmulatlarının hazırlanması texnologiyasını;
5.3. diyetik qidalanmanın əsaslarını;
5.4. diyetik yeməklər üçün xammalın emalının növləri və xüsusiyyətlərini;
5.5. isitmə proseslərində itkinin azaldılması və qida dəyərinin saxlanılmasının
xüsusiyyətlərini;
5.6. hazırlanan məhsulun dad keyfiyyətinin yaxşılaşdırılmasına kömək edən
ətirli maddələri;
5.7. istifadə olunan xammalın və yarımfabrikatların standartlarının və texniki
şərtlərinin əsas tələblərini;
5.8. hazır məhsulda əskikliyin aradan qaldırılmasını;
5.9. menyunun tərtib edilməsi qaydalarını (bayram, gündəlik);
5.10. müxtəlif növ avadanlıqların rasional iş rejimini;
5.11. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili
əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
II. Vəzifə öhdəlikləri
6. Aşpaz daha çox kulinariya emalı tələb edən yeməkləri və kulinariya
məmulatlarını – şorbaları (tərkibində ət, quş, balıq, göyərti və ya yumurta olan), ikinci
yeməkləri (tərkibində ət, quş və ya balıq olan), sousları, şirin yeməkləri və s.
hazırlayır.
7. Müxtəlif diyetik yeməkləri hazırlayır.
8. Yeməkləri porsiyalara bölür.
9. Aşağı dərəcəli aşpazları təlimatlandırır.
III. Hüquqlar
10. Aşpazın aşağıdakı hüquqları vardır:
10.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
10.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya
materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək;
10.3. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
11. Aşpaz Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
12. Aşpaz aşağıdakılara görə məsuliyyət daşıyır:
12.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
12.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi
aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
12.3. daxili intizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik
texnikasına riayət edilməsinə;
12.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
12.5. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
13. Aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

Aşpazın nümunəvi vəzifə - 865681291861

Комментарии

Комментариев нет.