Cavab.Əmək məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Sual:Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi? Cavab:Əmək məcəlləsinin 137-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. Sual:İşçinin əmək məzuniyyətindən geri çağırılma qaydası necədir? Cavab:Əmək məcəlləsinin 137-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Sual:Məzuniyyət vaxtı üçün orta əmək haqqı necə hesablanır? Cavab:Əmək məcəlləsinin 140-cı maddəsinə uygun olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Sual:İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına neçə gün qalmış verilməlidir? Cavab:Əmək məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Sual:Fizioloji keyfiyyətləri ilə bağlı işçilərə hansı müddətə məzuniyyətlər verilir? Cavab:Əmək məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Sual:Hamiləliyə və doğuşa görə məzuniyyətlər hansı müddətə verilir? Cavab:Əmək məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Sual:İşçilərə məzuniyyət azı neçə təqvim günü verilməlidir? Cavab:Əmək məcəlləsinin 114-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Sual:Hansı işçilərə 30 təqvim günü məzuniyyət verilir? Cavab:Əmək məcəlləsinin 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; d) elmi dərəcəsi olmayan elmi işçilərə; e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara. Sual:Pedaqoji və elmi fəailiyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti nə qədərdir? Cavab:Əmək məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir: a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə; b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa); c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə; e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrəmüavinlərinə, elmi katiblərinə; ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə. 2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara; b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə; ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə; d) məşqçi müəllimlərə; e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. Sual:Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətlərinin müddətləri nə qədərdir? Cavab:Əmək məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə35 təqvim günü müddətində verilir. Sual:Təhsil məzuniyyətləri hansı müddətə verilir? Cavab:Əmək məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər. Sual:Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddətləri nə qədərdir? Cavab:Əmək məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Sual:Əmək müqaviləsi bağlamanın yaş həddi neçədir? Cavab:Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Sual:Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər? Cavab:Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətə bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə,həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə,müddətsiz əmək müqaviləsi hesab edilir. Sual:Əmək müqaviləsində hansı şərtlər mütləq göstərilməlidir? Cavab:Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir. -işçinin adı, soyadı, atasının adı və ünvanı. -işəgötürənin adı, ünvanı -işçinin iş yeri, vəzifəsi -əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün -əmək müqaviləsinin müddəti -işçinin əmək funksiyası -işcinin əmək səraitinin şərtləri -tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri -tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar Sual:Əmək müqaviləsi neçə nüsxədən ibarət olur? Cavab:Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur,tərəflərin imzası ilə təsdiq olunur və onun bir nüsxəsi işçidə,digər nüsxəsi işəgöturəndə saxlanılır. Sual:Hansı hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır? Cavab:Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda. Sual:Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir? Cavab:Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işçi,əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və sosial siğorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Sual:Əmək müqaviləsinə dəyişiklik edilə bilərmi? Edilə bilərsə hansı qaydada? Cavab:Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilə bilər. Həcmcə çox olduguna görə dəyişiklikləri müqaviləyə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Sual:Əmək müqaviləsinə hansı əsaslarla xitam verilə bilər? Cavab:Əmək müqaviləsinə əmək məcəlləsində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -tərəflərdən birinin təşəbbüsü ilə -əmək müqaviləsinin müddətinin qutarması -əmək səraitinin şərtlərinin dəyişdirilməsi -müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar -tərəflərin iradəsindən asılı olmayan hallar -tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Sual:Sınaq müddəti nə qədər müəyyən edilə bilər? Cavab:Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən sınaq müddəti 3 aydan çox olmamaq şərti ilə müəyyən edilir. Sual:Hansı dövrlər sınaq müddətinə daxil edilmir? Cavab:Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən sınaq müddəti işçinin əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi ,habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sual:İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə hansı qaydada həyata keçirilir? Cavab:Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə 1 ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Sual:Əmək müqaviləsi hansı formada bağlanmalıdır? Cavab:Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Sual:Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar hansı işçilərin əmək müqaviləsinə xitam verilə bilər? Cavab:Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin "ç"bəndi ilə xitam verilə bilər. Sual:Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermis işçi hansı qaydada ərizəni geri götürə bilər? Cavab:Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermis işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsinigeri götürə və etibarsız hesab etmək barədə yeni ərizə verə bilər. Bu şərtlə ki,işəgötürən həmin vəzifəyə yeni işçi götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Sual:Müddətli əmək müqaviləsinin müddətinin bitməsi zamanı işçinin xəbəri olmadan əmək müqaviləsinə xitam verilə bilərmi? Cavab:Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qutardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşçi qabaqcadan xəbərdar edilmədən. Sual:İşçilərin ixtisarı zamanı kimlərə işdə saxlanma üstünlüyü verilir? Cavab:Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən, ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmalarına üstünlük verir. -şəhid ailəsinin üzvlərinə -müharibə iştirakçılarına -əsgər və zabitlərin arvadına(ərinə) -öhdəsində 2 və daha cox 16 yaşınadək uşağı olanlara -həmin müəssisədə əmək şikəstliyi və ya peşə xəstəliyinə tutulmuşlara -məcburi köçkün və qaçqın statusu olanlara -kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Sual:Əvəzetmə əmək kitabçasına yazılmalıdırmı? Cavab:Əmək kitabçasına işçinin işə qəbulu, işdən azad olunması və bir işdən başqa işə keçirilməsi halları yazılır. Müvəqqəti əvəz etmə haqqında məlumat əmək kitabçasına yazılmır. Sual:Müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əmək haqqı hansı qaydada ödənilməlidir? Cavab:Əmək Məcəlləsinin 162-ci maddəsinə uyğun olaraq özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz eden işçiyə,əvəz edilən işçinin tarif (vəzifə)maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif(vəzifə) maaşı əvəz eden işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işə götürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Sual:İşçi hər hansı bir müəssisədə mütəxəssis vəzifəsində işləyir, lakin onun məzuniyyət hüququ məzuniyyətdən istifadə etdiyi zaman ona 21 gün məzuniyyət hesablanıb ödənilir. Bu nə qədər düzgündür? Cavab: Bildiririk ki, əmək məzuniyyətləri bütün müəssisə və təşkilatlarda mütəxəssis qismində çalışan işçilərə əmək məzuniyyətləri Əmək Məcəlləsinin 114-cü maddəsinin tələblərinə müvafiq birmənalı olaraq 30 gün verilir. Qeyd etdiyiniz hal qanunveriliciyə zidd olduğu üçün müəssisə rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 53.4 maddəsinin tələblərinə müvafiq protokol tərtib edilərək yeddi yüz manatdan min beş yüz manatadək cərimə olunacaq və qanunvericiliyə uyğun olaraq məzuniyyətinizin verilməsi təmin edilməlidir. Sual:İşçi işdən azad olunarkən istifadə etmədiyi məzuniyyətlərə gərə pul əvəzinin ödənilmədiyi halda müəssisə rəhbərliyini nə gözləyir? Cavab:İşçi işdən azad olunarkən istifadə edilməmiş məzunyyətlərə görə pul əvəzi (son haqq-hesab) ödənilmədiyi halda müvafiq dövlət orqanına etdiyiniz müraciət əsasında müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.5 maddəsinin tələblərinə müvafiq vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə tətbiq edilməli və istifadə etmədiyiniz məzuniyyətlərə gərə pul əvəzinin ödənilməsi təmin edilməlidir. Sual:Mən hər hansı bir müəssisədə işləyirəm və iki, üç aydır ki, mənim əmək haqqım ödənilmir. Bu barədə qanunvericilikdə nə nəzərdə tutulmuşdur? Cavab:Bildiririk ki, qeyd etdiyiniz məsələ araşdırılmalı və əgər gecikmə müəssisənin təqsiri üzündən yaranmışdırsa o zaman inzibati protokol tərtib edilərək müəssisə rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 53.4 maddəsinə müvafiq olaraq vəzifəli şəxslər yeddi yüz manatdan bir min beş yüz manatadək cərimə tətbiq edilməli və əmək haqqınızın ödənilməsi təmin edilməlidir. Sual: Bildirirəm ki, müəsisə rəhbərliyi məni əvvəlcədən heç bir xəbərdarlıq etmədən işçi sayının azaldılması ilə işdən azad edib. Bu nə qədər qanunvericiliyə uyğundur? Cavab: Bildiririk ki, müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq etmədən işçi sayının azaldılması ilə işdən azad olunan işçinin hüquqları pozulmuş sayılır və onun müraciəti ilə araşdırma aparılmalı, qeyd olunan nöqsanlar öz təsdiqini taparsa müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.6 maddəsinə uyğun olaraq vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək miqdarda cərimə olunması barədə qərar qəbul edilməli və hüquqlarınız təmin olunmalıdır. Sual:Bildirirəm ki, mən 01.01.2013-cü il tarixdə müəssisədə fəhlə işinə qəbul edilmişəm. Dörd aydan sonra səhətimlə əlaqədar məcburiyyət qarşısında qalaraq öz xaişimlə işdən azad olundum. Müraciət etdikdə isə əmək kitabçamız yoxdur, olanda yazıb verəcıyik deyirlər. Bu nə qədər düzgundür? Cavab:Bildiririk ki, işçi işə qəbul olunarkən Əmək Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçalarında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.Qeyd olunan hal baş verdiyi aşkar olunarsa müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləcinin 53.7 maddəsinə müvafiq olaraq vəzifəli şəxslər beş yüz manatdan min manatadək cərimə olunur və müəssisə rəhbərliyi tərəfindən əmək kitabçanızda müvafiq qeydlər aparılaraq Sizə qaytarılması təmin edilməlidir.
Tehlukesizlik Texnikasi
:Rauf Eliyev
Sual:İşçiyə əmək məzuniyyəti verilməyə bilərmi?
Cavab.Əmək məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Sual:Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi?
Cavab:Əmək məcəlləsinin 137-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
Sual:İşçinin əmək məzuniyyətindən geri çağırılma qaydası necədir?
Cavab:Əmək məcəlləsinin 137-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.
Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
Sual:Məzuniyyət vaxtı üçün orta əmək haqqı necə hesablanır?
Cavab:Əmək məcəlləsinin 140-cı maddəsinə uygun olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Sual:İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına neçə gün qalmış verilməlidir?
Cavab:Əmək məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Sual:Fizioloji keyfiyyətləri ilə bağlı işçilərə hansı müddətə məzuniyyətlər verilir?
Cavab:Əmək məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Sual:Hamiləliyə və doğuşa görə məzuniyyətlər hansı müddətə verilir?
Cavab:Əmək məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Sual:İşçilərə məzuniyyət azı neçə təqvim günü verilməlidir?
Cavab:Əmək məcəlləsinin 114-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Sual:Hansı işçilərə 30 təqvim günü məzuniyyət verilir?
Cavab:Əmək məcəlləsinin 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
d) elmi dərəcəsi olmayan elmi işçilərə;
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
Sual:Pedaqoji və elmi fəailiyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti nə qədərdir?
Cavab:Əmək məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrəmüavinlərinə, elmi katiblərinə;
ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;
b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;
ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;
d) məşqçi müəllimlərə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.
Sual:Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətlərinin müddətləri nə qədərdir?
Cavab:Əmək məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə35 təqvim günü müddətində verilir.
Sual:Təhsil məzuniyyətləri hansı müddətə verilir?
Cavab:Əmək məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.
Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.
Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Sual:Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddətləri nə qədərdir?
Cavab:Əmək məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Sual:Əmək müqaviləsi bağlamanın yaş həddi neçədir?
Cavab:Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər.
Sual:Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər?
Cavab:Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətə bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə,həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə,müddətsiz əmək müqaviləsi hesab edilir.
Sual:Əmək müqaviləsində hansı şərtlər mütləq göstərilməlidir?
Cavab:Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir.
-işçinin adı, soyadı, atasının adı və ünvanı.
-işəgötürənin adı, ünvanı
-işçinin iş yeri, vəzifəsi
-əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün
-əmək müqaviləsinin müddəti
-işçinin əmək funksiyası
-işcinin əmək səraitinin şərtləri
-tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri
-tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar
Sual:Əmək müqaviləsi neçə nüsxədən ibarət olur?
Cavab:Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur,tərəflərin imzası ilə təsdiq olunur və onun bir nüsxəsi işçidə,digər nüsxəsi işəgöturəndə saxlanılır.
Sual:Hansı hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır?
Cavab:Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda.
Sual:Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?
Cavab:Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işçi,əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və sosial siğorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.
Sual:Əmək müqaviləsinə dəyişiklik edilə bilərmi? Edilə bilərsə hansı qaydada?
Cavab:Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilə bilər. Həcmcə çox olduguna görə dəyişiklikləri müqaviləyə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir.
Sual:Əmək müqaviləsinə hansı əsaslarla xitam verilə bilər?
Cavab:Əmək müqaviləsinə əmək məcəlləsində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
-tərəflərdən birinin təşəbbüsü ilə
-əmək müqaviləsinin müddətinin qutarması
-əmək səraitinin şərtlərinin dəyişdirilməsi
-müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar
-tərəflərin iradəsindən asılı olmayan hallar
-tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar
Sual:Sınaq müddəti nə qədər müəyyən edilə bilər?
Cavab:Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən sınaq müddəti 3 aydan çox olmamaq şərti ilə müəyyən edilir.
Sual:Hansı dövrlər sınaq müddətinə daxil edilmir?
Cavab:Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən sınaq müddəti işçinin əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi ,habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
Sual:İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə hansı qaydada həyata keçirilir?
Cavab:Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə 1 ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
Sual:Əmək müqaviləsi hansı formada bağlanmalıdır?
Cavab:Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
Sual:Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar hansı işçilərin əmək müqaviləsinə xitam verilə bilər?
Cavab:Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin "ç"bəndi ilə xitam verilə bilər.
Sual:Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermis işçi hansı qaydada ərizəni geri götürə bilər?
Cavab:Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermis işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsinigeri götürə və etibarsız hesab etmək barədə yeni ərizə verə bilər. Bu şərtlə ki,işəgötürən həmin vəzifəyə yeni işçi götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
Sual:Müddətli əmək müqaviləsinin müddətinin bitməsi zamanı işçinin xəbəri olmadan əmək müqaviləsinə xitam verilə bilərmi?
Cavab:Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qutardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşçi qabaqcadan xəbərdar edilmədən.
Sual:İşçilərin ixtisarı zamanı kimlərə işdə saxlanma üstünlüyü verilir?
Cavab:Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən, ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmalarına üstünlük verir.
-şəhid ailəsinin üzvlərinə
-müharibə iştirakçılarına
-əsgər və zabitlərin arvadına(ərinə)
-öhdəsində 2 və daha cox 16 yaşınadək uşağı olanlara
-həmin müəssisədə əmək şikəstliyi və ya peşə xəstəliyinə tutulmuşlara
-məcburi köçkün və qaçqın statusu olanlara
-kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Sual:Əvəzetmə əmək kitabçasına yazılmalıdırmı?
Cavab:Əmək kitabçasına işçinin işə qəbulu, işdən azad olunması və bir işdən başqa işə keçirilməsi halları yazılır. Müvəqqəti əvəz etmə haqqında məlumat əmək kitabçasına yazılmır.
Sual:Müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əmək haqqı hansı qaydada ödənilməlidir?
Cavab:Əmək Məcəlləsinin 162-ci maddəsinə uyğun olaraq özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz eden işçiyə,əvəz edilən işçinin tarif (vəzifə)maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif(vəzifə) maaşı əvəz eden işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işə götürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Sual:İşçi hər hansı bir müəssisədə mütəxəssis vəzifəsində işləyir, lakin onun məzuniyyət hüququ məzuniyyətdən istifadə etdiyi zaman ona 21 gün məzuniyyət hesablanıb ödənilir. Bu nə qədər düzgündür?
Cavab: Bildiririk ki, əmək məzuniyyətləri bütün müəssisə və təşkilatlarda mütəxəssis qismində çalışan işçilərə əmək məzuniyyətləri Əmək Məcəlləsinin 114-cü maddəsinin tələblərinə müvafiq birmənalı olaraq 30 gün verilir. Qeyd etdiyiniz hal qanunveriliciyə zidd olduğu üçün müəssisə rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 53.4 maddəsinin tələblərinə müvafiq protokol tərtib edilərək yeddi yüz manatdan min beş yüz manatadək cərimə olunacaq və qanunvericiliyə uyğun olaraq məzuniyyətinizin verilməsi təmin edilməlidir.
Sual:İşçi işdən azad olunarkən istifadə etmədiyi məzuniyyətlərə gərə pul əvəzinin ödənilmədiyi halda müəssisə rəhbərliyini nə gözləyir?
Cavab:İşçi işdən azad olunarkən istifadə edilməmiş məzunyyətlərə görə pul əvəzi (son haqq-hesab) ödənilmədiyi halda müvafiq dövlət orqanına etdiyiniz müraciət əsasında müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.5 maddəsinin tələblərinə müvafiq vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə tətbiq edilməli və istifadə etmədiyiniz məzuniyyətlərə gərə pul əvəzinin ödənilməsi təmin edilməlidir.
Sual:Mən hər hansı bir müəssisədə işləyirəm və iki, üç aydır ki, mənim əmək haqqım ödənilmir. Bu barədə qanunvericilikdə nə nəzərdə tutulmuşdur?
Cavab:Bildiririk ki, qeyd etdiyiniz məsələ araşdırılmalı və əgər gecikmə müəssisənin təqsiri üzündən yaranmışdırsa o zaman inzibati protokol tərtib edilərək müəssisə rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 53.4 maddəsinə müvafiq olaraq vəzifəli şəxslər yeddi yüz manatdan bir min beş yüz manatadək cərimə tətbiq edilməli və əmək haqqınızın ödənilməsi təmin edilməlidir.
Sual: Bildirirəm ki, müəsisə rəhbərliyi məni əvvəlcədən heç bir xəbərdarlıq etmədən işçi sayının azaldılması ilə işdən azad edib. Bu nə qədər qanunvericiliyə uyğundur?
Cavab: Bildiririk ki, müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq etmədən işçi sayının azaldılması ilə işdən azad olunan işçinin hüquqları pozulmuş sayılır və onun müraciəti ilə araşdırma aparılmalı, qeyd olunan nöqsanlar öz təsdiqini taparsa müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.6 maddəsinə uyğun olaraq vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək miqdarda cərimə olunması barədə qərar qəbul edilməli və hüquqlarınız təmin olunmalıdır.
Sual:Bildirirəm ki, mən 01.01.2013-cü il tarixdə müəssisədə fəhlə işinə qəbul edilmişəm. Dörd aydan sonra səhətimlə əlaqədar məcburiyyət qarşısında qalaraq öz xaişimlə işdən azad olundum. Müraciət etdikdə isə əmək kitabçamız yoxdur, olanda yazıb verəcıyik deyirlər. Bu nə qədər düzgundür?
Cavab:Bildiririk ki, işçi işə qəbul olunarkən Əmək Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçalarında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.Qeyd olunan hal baş verdiyi aşkar olunarsa müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləcinin 53.7 maddəsinə müvafiq olaraq vəzifəli şəxslər beş yüz manatdan min manatadək cərimə olunur və müəssisə rəhbərliyi tərəfindən əmək kitabçanızda müvafiq qeydlər aparılaraq Sizə qaytarılması təmin edilməlidir.