Dostum Sahib Paşayevin xatirəsinə...

Qeyd etmək istədin öz ad gününü,
Dostları başına cəm etdin yenə.
Nə biləydin sənin bu şad gününü
Fələk döndərəcək qəmli bir günə...
Düz bir ildir sən bizi tərk etmisən,
Düz bir ildir qan ağlayır qəlbimiz.
Düz bir ildir aramızdan getmisən,
Yoxluğuna alışmadıq hələ biz.
Düz bir ildir hər gün məktub yazaraq
Əhvalını, halını soruşuram.
Xatirələr aləmində azaraq
Səni orda tapmağa çalışıram.
Etdiyin şən zarafatlar, o sözlər
Ömür boyu çıxmaz mənim başımdan.
Biliyinlə qəlbə saldığın izlər
Heç bir zaman silinməz yaddaşımdan.
Ürəyində arzuların var idi...
Ölüm bircə anda əlindən aldı.
Qəlbində nə duyğuların var idi,
Hamısı donaraq qəlbində qaldı.
Rahat uyu məzarında, əziz dost,
Ürəyimdə hər bir zaman sən varsan.
Bunu saxla yaddaşında, əziz dost,
Mənim üçün ölməmisən, yaşarsan.
25.05.2016.
S.M.
Doğum günün mübarək, dost!
Allah rəhmət eləsin...

Комментарии

  • 25 мая 2016 13:37
    Allah rehmet elesin mekani cennet olsun Adminimizin
  • 25 мая 2016 19:06
    Allah rehmet elesin ruhu wad yeri cennet olsun qebri nurla dolsun. AMIN
  • 12 июл 2016 15:47
    Allah rehmet elesin,qebri nurla dolsun.