Şeyx Xalid Rəşid dərslərinin birində ona göndərilmiş bu məktubu oxuyur. Məktubda, ata və oğul arasında yaşanan çox hüzünlü və eyni zamanda ibrətli bir həyat hekayəsindən danışılır. Zövcəm birinci uşağımızı dünyaya gətirəndə mənim hələ 30 yaşım yox idi. O gecə hələ də gözlərim önündədir... Bütün gecəni, adətim üzrə, dostlarımla küçədə keçirdim. Gərəksiz söhbətlərdən başqa bir şeydən ibarət deyildi. Yadımdadır, həmin gecə onları çox güldürmüşdüm. Hədsiz insanları yamsılamaq bacarığım vardı. Səsimi yamsıladığım şəxsin səsinə eyniylə bənzədirdim. Lağ-lağılarımdan heç kəs, hətta dostlarım belə əmin deyildi. Bəziləri dilimdən qurtulmaq üçün məndən uzaqlaşmağa yönəlirdilər. Həmin gecə, mağazanın qarşısında bir kor dilənçini necə ələ saldığımı xatırlayıram. Ayağım önünə qoyaraq yıxılmasına səbəb oldum. Aciz-aciz başını ətrafa çevirməyə başladı... Adətim üzrə evə gec getdim və zövcəmin məni gözlədiyini gördüm. Dəhşətli halda, titrək səslə mənə dedi: “Rəşid...harda idin?” Kinayəli şəkildə: “Harda olacam, Marsda?! Təbii ki, dostlarımla idim”-deyə cavab verdim. O əldən düşmüş görünürdü, göz yaşlarını saxlayaraq mənə dedi: “Rəşid mən çox halsızam, deyəsən uşaq tezliklə gələcək.” Göz yaşları üzünə süzülürdü. Xanımıma qarşı etinasız olduğumun fərqinə vardım. Bütün bu gecələr, əsasən də doqquzuncu ay, küçələrdə gəzməli deyildim, onun qayğısına qalmalı idim. Onu xəstəxanaya apardım və o, doğum otağında uzun müddət ağrılar içərisində qaldı. Doğuş ağır keçsə də səbr ilə gözləyirdim. Yorulana qədər gözlədikdən sonra evə getmək qərarına gəldim. Xəbər etsinlər deyə nömrəmi xəstəxanada qoydum. Təqribən bir saat sonra məni Səlim ilə muştuluqladılar. Həmin dəqiqə xəstəxanaya yollandım və çatar çatmaz doğum həkimini görməyimi tövsiyə etdilər. “Nə həkim? Mən sadəcə Səlimi görmək istiyirəm!”- deyə qışqırdım. “Öncə həkimə müraciət edin”- dedilər. Həkimlə görüşdükdə mənimlə kədərli danışdı. Oğlumun gözlərində ciddi qüsur olduğunu öyrəndikdə sarsıldım və beləliklə o görməyəcəkdi. Mağazanın önündə yıxdığım kor dilənçini xatırladım. SubhənAllah! Nə əkərsən onu da biçərsən. Zövcəm kədərli deyildi, çünki Allahın hökmünə inanmışdı və razılıq göstərirdi. O məni tez-tez, başqalarını yamsılamaqdan çəkindirirdi! Haqlı olaraq o buna yamsılama yox, qeybət deyirdi. Əslində mən Səlimə çox da diqqət yetirmirdim, özümü elə aparırdım sanki o bizimlə bir evde deyil. O bərkdən ağlamağa başlayanda rahat yatmaq üçün qonaq otağına keçirdim. Zövcəm isə onun qayğısına qalırdı, onu çox sevirdi. Ona nifrət etməsəm də, sevə də bilmirdim. Səlim ilk dəfə iməklədikdə zövcəmin sevinci hədsiz idi. Artıq iki yaşına az qalmış o gəzməyə çalışdı, və bu zaman biz anladıq ki, o həmdə şikəstdir. Mən nə qədər ondan uzaqlaşsam da, zövcəm ona bir o qədər şəfqət göstərirdi. Hətta Ömər və Xalid dünyaya gəldikdən sonra belə. İllər keçdi... Vaxtımın çoxunu dostlarım ilə keçirirdim, əslində mən onların əlində bir oyuncaq kimi idim, onları istədikləri vaxt əyləndirirdim. Zövcəm daim mənim düzəlməyim üçün çalışırdı. Mənim düz yola gəlməyim üçün həmişə dua edirdi. O mənim düşüncəsiz hərəkətlərimə heç vaxt əsəbləşmirdi. Lakin qardaşlarına şəfqət göstərdiyim halda Səlimə soyuq davranmağım onu çox kədərləndirirdi. Səlim böyüdü. Zövcəm onu əlillər üçün xüsusi məktəbə yazdırmaq istədiyni deyəndə mən qarşı çıxmadım. Həqiqətən də, vaxtın necə keçdiyini hiss etmirdim, bütün günlərim eyni keçirdi. Günlərim yalnız: iş, yatmaq, yemək və dostlarla gəzişməkdən ibarət idi. O günə qədər... Cümə günü səhər saat 11-də yuxudan durdum, bu mənim üçün tez idi. Mən toya cağrılmışdım, buna görə də geyindim, ətirləndim və artıq çıxmağa hazırlaşırdım. Keçərkən Səlim diqqətimi çəkdi, o hönkürtü ilə ağlayırdı. Doğulduğu gündən bu yana ilk dəfə idi ki onun ağlamağı diqqətimi çəkirdi... “Gedim, yoxsa qalıb onun dərdi ilə maraqlanım?”, deyə düşündüm. Yox, mən onu belə vəziyyətdə necə tərk edə bilərdim axı?! “Səlim, niyə ağlıyırsan?”, deyə soruşdum. Səsimi eşitdikdə ağlamağı kəsdi və kiçik əlləri ilə ətrafında nəsə axtarmağa başladı. Məni özündən uzaqlaşdırmaq istədiyini anladım. “İndimi yadına düşdüm? On il əsrzində sən harda idin?”,deyərək otağına girdi. Onun arxasınca otağına keçdim. Öncə ağlamağının səbəbini demək istəməsə də, onunla mülayim danışıb könlünü ala bildim. Qardaşı Ömər onu məscidə, cümə namazına aparmalı idi, lakin hələ gəlməmişdi və o qorxurdu ki, əgər geciksə məsciddə birinci səfdə dura bilməyəcək. O, Öməri, anasını çağırmışdı, lakin heç kim cavab verməmişdi. O buna görə ağlayırdı. Onun bağlı gözlərindən necə yaşlar axdığını gördüm. Sonra dedim: “Səlim... Mən bilmədim məni bunu deməyə nə vadar etdi, “Səlim, hüzünlənmə...Sən bilirsənmi bügün səni məscidə kim aparacaq?” “Əlbəttə ki, Ömər, mən onun hara getdiyini bilmək istiyirəm”, dedi. Mən dedim: “Yox Səlim, bügün səni mən aparacam.” Səlim çox təəcübləndi, buna inana bilmədi. O elə bildi ki, mən onu aldadıram. Gözləri doldu və ağlamağa başladı. Onun göz yaşlarını sildim və əlindən tutdun sıxdım. Onu məscidə maşınla aparmaq istədim. O istəmədi və dedi, “Ata, məscid yaxındadı. Mən gəzə-gəzə getmək istəyirəm.” Sonuncu dəfə məscidə nə vaxt getdiyimi xatırlamırdım...və sonuncu dəfə nə vaxt səcdə etdiymi də. İlk dəfə idi ki, mən buna görə qorxu və peşmançılıq hiss edirdim. Uzun illər ərzində bütün bunlara etinasız yanaşdığıma görə çox peşman idim. Məscid insanlarla dolu olsa da, Səlim üçün ilk səffdə yer tapa bildim. Cümə xütbəsinə qulaq asdıq, sonra onunla bir yerdə namaz qıldım. Namazdan sonra Səlim məndən Quranı ona verməyimi xaiş etdi. Mən təəcübləndim. O kor olduğu halda necə oxuya bilərdi? Onun bu istəyini mənasız görürdüm, lakin xətrinə dəyməmək üçün istəyini yerinə yetirdim. O məndən Quranda Kəhf surəsini açmağımı istədi. Onun istədiyini etdim. Quranı məndən aldı, öz önünə qoydu və surəni oxumağa başladı... SubhənAllah! O bütöv surəni əzbər bilirdi. Mən özümdən utandım və Quranı əlimə götürdüm. Dodaqlarımın titrədiyini hiss edirdim... Oxudum və yenə oxudum. Allaha məni bağışlaması və hidayət etməsi üçün dua etdim. Bu dəfə ağlayan mən oldum. Mən kədərdən ağladım, boş şeylərə xərclədiyim vaxta görə peşman oldum. Hiss etdiyim tək şey, üzümə uzanan və göz yaşlarımı silən kiçik əllər idi. Səlim göz yaşlarımı silirdi... Biz evə qayıtdıq. Zövcəm Səlimə görə çox qorxmuşdu, lakin mənim Səlim ilə birlikdə cümə namazı qıldığımı öyrənəndə bu qorxu sevinc göz yaşlarına çevrildi. Bu hadisədən sonra mən heç vaxt məsciddə qılınan camaat namazlarını buraxmadım. Pis dostlarımı tərk etdim, məsciddə özümə təzə dostlar tapdım. Onlarla birgə keçirdiyim vaxtda imanın şirinliyini hiss etdim. Onlardan məni bu fani dünya həyatından uzaqlaşdıracaq şeylər öyrəndim. Mən heç vaxt zikr məclislərini buraxmırdım... və gecə namazlarını da. Ayda bir neçə dəfə Quranı başdan ayağa oxuyurdum. Mən həmin o insan idim ki, bunları illərdi tərk etmişdim... Dilim daim Allahı zikr edirdi, bəlkə Allah mənim günahlarımı və insanları ələ salmağımı bağışlayar. Ailəmə daha yaxın olmağa başlamışdım. Zövcəmin gözlərindəki qorxu və narahatlıq artıq yox olmuşdu. Səlimin üzündən gülüş əksik olmurdu. Onu görən hər kəsə elə gəlirdi ki, sanki bütün dünya və içindəkiləri ona verilmişdi. Allahın bizə bəxş etdiyi nemətlərinə görə ona çoxlu dua və şükr etdim. Yeni dostlarım bir gün dəvət məqsədilə uzaq bir yerə səyahət etməyə qərar verdilər. Mən ilk öncə tərəddüd etdim, sonra istixarə namazı qılıb zövcəmlə məsləhətləşdim. İmtina edəcəyini düşündüyüm halda əksi oldu! O buna çox sevindi və hətta mənə təkan verdi. Səlimə getdim və ona da bu səyahət barədə dedim, məni kiçik qollarının arasına aldı və mənə elə gəldiki əgər bacarsaydı mənim alnımdan öpərdi. Bundan sonra Allaha təvəkkül etdim, və Allaha həmd olsun hər şey öz qaydası ilə gedirdi. Üç ay yarım evdən uzaq oldum. Bu ərəfədə vaxt tapan kimi zövcəmə zəng edirdim və uşaqlarımla danışırdım. Onlar üçün çox darıxmışdım, ən çox da Səlim üçün! Onun səsini eşitmək istəyirdim, getdiyim gündən bəri sadəcə onunla danışa bilməmişdim. Mən zəng etdikdə o, ya məktəbdə olurdu, ya da məsciddə. Həmişə zövcəmlə danışanda ona Səlimi öpməsini və mənim salamımı ona çatdırmasını deyirdim. O mənə sevincək və şən gülüşlə cavab verirdi, sonuncu zəngim istisna... Bu dəfə mən onun gülüşünü eşitmədim. Səsi dəyişmişdi. Ona dedim, “Mənim salamımı Səlimə çatdır”. “İnşəAllah”,- dedi. Nəhayət evə qayıtdım, qapını döydüm. Ümid edirdim ki, qapını açan Səlim olacaq... Lakin önümdə hələ dörd yaşı tamam olmayan Xalidi gördükdə təəcübləndim. Mən onu qucağıma aldım, o isə dayanmadan qışqırırdı, “Ata, Ata!”. Bilmirdim nəyə görə, evə girəndə ürəyim sıxılmağa başlamışdı. Şeytanın şərindən Allaha sığındım. Zövcəmə yaxınlaşdım və hiss etdim ki onun üzündə nəisə dəyişiklik var. Ona yaxından baxdım, üzündə həmin illər öncə olan o hüznü gördüm. “Səni sıxan nədir?”, deyə soruşdum. O, “Heçnə”, dedi. Birdən Səlim yadıma düşdü, “Səlim hardadır?”, deyə soruşdum. Başını aşağı saldı və cavab vermədi. O anda Xalidin səsini eşitdim... O səs hələdə mənim qulağımda cingildəyir...“Ata,Səlim cənnətə,Allahın dərgahına getdi" Zovcem buna dayana bilmeyib aglayaraq otagi terk etdi. Sonra oyrendim ki, Selim menim gelmeyime iki hefte qalmis agir xesteliye tutulub... Onu xestexanaya apariblar. Xedteliyi getdikce agirlasib, ta ki ruhu onun bedenini terk edene qeder... Bas verenlerin Allahin qederi ve sinagi oldugunu anladim. Men anladim ki, butun bas verenler, Allah subehenehu ve Tealanin qederi ve imtahani idi. Men helede onun goz yaslarimi silen ellerini hiss edirem. Meni qucaqlayan qollarini... Selim ucun nece de darixiram, kor ve wikest olan... Yox, o kor deyildi! Eksine kor olan men idim! Pis dostlarin ehatesinde olarken.. Ve dogru yola yonelerken de wikest deyildi! Onun tez-tez tekrarladigi sozu helede xatirlayiram, "Allah sonsuz merhemet sahibidir." Selim... Bir vaxtlar sevgisinden uzaq durdugum... Indi anladim ki, men onu qardaslarindan daha cox sevirdim. Cox agladim... Ve helede buna gore huzunluyem... Nece huzunlu olmaya bilerem ki... O menim hidayetime vesile oldu!
Düşüncələr
:Vilayet Ekberov
Ata və Oğul
Şeyx Xalid Rəşid dərslərinin birində ona
göndərilmiş bu məktubu oxuyur. Məktubda, ata
və oğul arasında yaşanan çox hüzünlü və eyni
zamanda ibrətli bir həyat hekayəsindən
danışılır.
Zövcəm birinci uşağımızı dünyaya gətirəndə
mənim hələ 30 yaşım yox idi. O gecə hələ də
gözlərim önündədir... Bütün gecəni, adətim
üzrə, dostlarımla küçədə keçirdim. Gərəksiz
söhbətlərdən başqa bir şeydən ibarət deyildi.
Yadımdadır, həmin gecə onları çox
güldürmüşdüm. Hədsiz insanları yamsılamaq
bacarığım vardı. Səsimi yamsıladığım şəxsin
səsinə eyniylə bənzədirdim. Lağ-lağılarımdan
heç kəs, hətta dostlarım belə əmin deyildi.
Bəziləri dilimdən qurtulmaq üçün məndən
uzaqlaşmağa yönəlirdilər. Həmin gecə,
mağazanın qarşısında bir kor dilənçini necə ələ
saldığımı xatırlayıram. Ayağım önünə qoyaraq
yıxılmasına səbəb oldum. Aciz-aciz başını
ətrafa çevirməyə başladı...
Adətim üzrə evə gec getdim və zövcəmin məni
gözlədiyini gördüm. Dəhşətli halda, titrək səslə
mənə dedi: “Rəşid...harda idin?” Kinayəli
şəkildə: “Harda olacam, Marsda?! Təbii ki,
dostlarımla idim”-deyə cavab verdim. O əldən
düşmüş görünürdü, göz yaşlarını saxlayaraq
mənə dedi: “Rəşid mən çox halsızam, deyəsən
uşaq tezliklə gələcək.” Göz yaşları üzünə
süzülürdü. Xanımıma qarşı etinasız olduğumun
fərqinə vardım. Bütün bu gecələr, əsasən də
doqquzuncu ay, küçələrdə gəzməli deyildim,
onun qayğısına qalmalı idim. Onu xəstəxanaya
apardım və o, doğum otağında uzun müddət
ağrılar içərisində qaldı. Doğuş ağır keçsə də
səbr ilə gözləyirdim. Yorulana qədər
gözlədikdən sonra evə getmək qərarına gəldim.
Xəbər etsinlər deyə nömrəmi xəstəxanada
qoydum.
Təqribən bir saat sonra məni Səlim ilə
muştuluqladılar. Həmin dəqiqə xəstəxanaya
yollandım və çatar çatmaz doğum həkimini
görməyimi tövsiyə etdilər. “Nə həkim? Mən
sadəcə Səlimi görmək istiyirəm!”- deyə
qışqırdım. “Öncə həkimə müraciət edin”-
dedilər. Həkimlə görüşdükdə mənimlə kədərli
danışdı. Oğlumun gözlərində ciddi qüsur
olduğunu öyrəndikdə sarsıldım və beləliklə o
görməyəcəkdi. Mağazanın önündə yıxdığım kor
dilənçini xatırladım. SubhənAllah! Nə əkərsən
onu da biçərsən. Zövcəm kədərli deyildi, çünki
Allahın hökmünə inanmışdı və razılıq göstərirdi.
O məni tez-tez, başqalarını yamsılamaqdan
çəkindirirdi! Haqlı olaraq o buna yamsılama yox,
qeybət deyirdi.
Əslində mən Səlimə çox da diqqət yetirmirdim,
özümü elə aparırdım sanki o bizimlə bir evde
deyil. O bərkdən ağlamağa başlayanda rahat
yatmaq üçün qonaq otağına keçirdim. Zövcəm
isə onun qayğısına qalırdı, onu çox sevirdi. Ona
nifrət etməsəm də, sevə də bilmirdim. Səlim ilk
dəfə iməklədikdə zövcəmin sevinci hədsiz idi.
Artıq iki yaşına az qalmış o gəzməyə çalışdı, və
bu zaman biz anladıq ki, o həmdə şikəstdir.
Mən nə qədər ondan uzaqlaşsam da, zövcəm
ona bir o qədər şəfqət göstərirdi. Hətta Ömər
və Xalid dünyaya gəldikdən sonra belə.
İllər keçdi... Vaxtımın çoxunu dostlarım ilə
keçirirdim, əslində mən onların əlində bir
oyuncaq kimi idim, onları istədikləri vaxt
əyləndirirdim. Zövcəm daim mənim düzəlməyim
üçün çalışırdı. Mənim düz yola gəlməyim üçün
həmişə dua edirdi. O mənim düşüncəsiz
hərəkətlərimə heç vaxt əsəbləşmirdi. Lakin
qardaşlarına şəfqət göstərdiyim halda Səlimə
soyuq davranmağım onu çox kədərləndirirdi.
Səlim böyüdü. Zövcəm onu əlillər üçün xüsusi
məktəbə yazdırmaq istədiyni deyəndə mən
qarşı çıxmadım.
Həqiqətən də, vaxtın necə keçdiyini hiss
etmirdim, bütün günlərim eyni keçirdi. Günlərim
yalnız: iş, yatmaq, yemək və dostlarla
gəzişməkdən ibarət idi. O günə qədər... Cümə
günü səhər saat 11-də yuxudan durdum, bu
mənim üçün tez idi. Mən toya cağrılmışdım,
buna görə də geyindim, ətirləndim və artıq
çıxmağa hazırlaşırdım. Keçərkən Səlim
diqqətimi çəkdi, o hönkürtü ilə ağlayırdı.
Doğulduğu gündən bu yana ilk dəfə idi ki onun
ağlamağı diqqətimi çəkirdi... “Gedim, yoxsa
qalıb onun dərdi ilə maraqlanım?”, deyə
düşündüm. Yox, mən onu belə vəziyyətdə necə
tərk edə bilərdim axı?! “Səlim, niyə ağlıyırsan?”,
deyə soruşdum. Səsimi eşitdikdə ağlamağı
kəsdi və kiçik əlləri ilə ətrafında nəsə
axtarmağa başladı. Məni özündən
uzaqlaşdırmaq istədiyini anladım. “İndimi yadına
düşdüm? On il əsrzində sən harda
idin?”,deyərək otağına girdi. Onun arxasınca
otağına keçdim. Öncə ağlamağının səbəbini
demək istəməsə də, onunla mülayim danışıb
könlünü ala bildim.
Qardaşı Ömər onu məscidə, cümə namazına
aparmalı idi, lakin hələ gəlməmişdi və o
qorxurdu ki, əgər geciksə məsciddə birinci səfdə
dura bilməyəcək. O, Öməri, anasını çağırmışdı,
lakin heç kim cavab verməmişdi. O buna görə
ağlayırdı. Onun bağlı gözlərindən necə yaşlar
axdığını gördüm. Sonra dedim: “Səlim... Mən
bilmədim məni bunu deməyə nə vadar etdi,
“Səlim, hüzünlənmə...Sən bilirsənmi bügün səni
məscidə kim aparacaq?” “Əlbəttə ki, Ömər, mən
onun hara getdiyini bilmək istiyirəm”, dedi. Mən
dedim: “Yox Səlim, bügün səni mən aparacam.”
Səlim çox təəcübləndi, buna inana bilmədi. O
elə bildi ki, mən onu aldadıram. Gözləri doldu
və ağlamağa başladı. Onun göz yaşlarını sildim
və əlindən tutdun sıxdım.
Onu məscidə maşınla aparmaq istədim. O
istəmədi və dedi, “Ata, məscid yaxındadı. Mən
gəzə-gəzə getmək istəyirəm.” Sonuncu dəfə
məscidə nə vaxt getdiyimi xatırlamırdım...və
sonuncu dəfə nə vaxt səcdə etdiymi də. İlk dəfə
idi ki, mən buna görə qorxu və peşmançılıq hiss
edirdim. Uzun illər ərzində bütün bunlara
etinasız yanaşdığıma görə çox peşman idim.
Məscid insanlarla dolu olsa da, Səlim üçün ilk
səffdə yer tapa bildim. Cümə xütbəsinə qulaq
asdıq, sonra onunla bir yerdə namaz qıldım.
Namazdan sonra Səlim məndən Quranı ona
verməyimi xaiş etdi. Mən təəcübləndim. O kor
olduğu halda necə oxuya bilərdi? Onun bu
istəyini mənasız görürdüm, lakin xətrinə
dəyməmək üçün istəyini yerinə yetirdim. O
məndən Quranda Kəhf surəsini açmağımı istədi.
Onun istədiyini etdim. Quranı məndən aldı, öz
önünə qoydu və surəni oxumağa başladı...
SubhənAllah! O bütöv surəni əzbər bilirdi. Mən
özümdən utandım və Quranı əlimə götürdüm.
Dodaqlarımın titrədiyini hiss edirdim... Oxudum
və yenə oxudum. Allaha məni bağışlaması və
hidayət etməsi üçün dua etdim. Bu dəfə
ağlayan mən oldum. Mən kədərdən ağladım,
boş şeylərə xərclədiyim vaxta görə peşman
oldum. Hiss etdiyim tək şey, üzümə uzanan və
göz yaşlarımı silən kiçik əllər idi. Səlim göz
yaşlarımı silirdi...
Biz evə qayıtdıq. Zövcəm Səlimə görə çox
qorxmuşdu, lakin mənim Səlim ilə birlikdə cümə
namazı qıldığımı öyrənəndə bu qorxu sevinc göz
yaşlarına çevrildi. Bu hadisədən sonra mən heç
vaxt məsciddə qılınan camaat namazlarını
buraxmadım. Pis dostlarımı tərk etdim,
məsciddə özümə təzə dostlar tapdım. Onlarla
birgə keçirdiyim vaxtda imanın şirinliyini hiss
etdim. Onlardan məni bu fani dünya həyatından
uzaqlaşdıracaq şeylər öyrəndim. Mən heç vaxt
zikr məclislərini buraxmırdım... və gecə
namazlarını da. Ayda bir neçə dəfə Quranı
başdan ayağa oxuyurdum. Mən həmin o insan
idim ki, bunları illərdi tərk etmişdim... Dilim
daim Allahı zikr edirdi, bəlkə Allah mənim
günahlarımı və insanları ələ salmağımı
bağışlayar. Ailəmə daha yaxın olmağa
başlamışdım. Zövcəmin gözlərindəki qorxu və
narahatlıq artıq yox olmuşdu. Səlimin üzündən
gülüş əksik olmurdu. Onu görən hər kəsə elə
gəlirdi ki, sanki bütün dünya və içindəkiləri ona
verilmişdi. Allahın bizə bəxş etdiyi nemətlərinə
görə ona çoxlu dua və şükr etdim.
Yeni dostlarım bir gün dəvət məqsədilə uzaq bir
yerə səyahət etməyə qərar verdilər. Mən ilk
öncə tərəddüd etdim, sonra istixarə namazı
qılıb zövcəmlə məsləhətləşdim. İmtina
edəcəyini düşündüyüm halda əksi oldu! O buna
çox sevindi və hətta mənə təkan verdi. Səlimə
getdim və ona da bu səyahət barədə dedim,
məni kiçik qollarının arasına aldı və mənə elə
gəldiki əgər bacarsaydı mənim alnımdan öpərdi.
Bundan sonra Allaha təvəkkül etdim, və Allaha
həmd olsun hər şey öz qaydası ilə gedirdi.
Üç ay yarım evdən uzaq oldum. Bu ərəfədə
vaxt tapan kimi zövcəmə zəng edirdim və
uşaqlarımla danışırdım. Onlar üçün çox
darıxmışdım, ən çox da Səlim üçün! Onun səsini
eşitmək istəyirdim, getdiyim gündən bəri sadəcə
onunla danışa bilməmişdim. Mən zəng etdikdə
o, ya məktəbdə olurdu, ya da məsciddə.
Həmişə zövcəmlə danışanda ona Səlimi
öpməsini və mənim salamımı ona çatdırmasını
deyirdim. O mənə sevincək və şən gülüşlə
cavab verirdi, sonuncu zəngim istisna... Bu dəfə
mən onun gülüşünü eşitmədim. Səsi
dəyişmişdi. Ona dedim, “Mənim salamımı
Səlimə çatdır”. “İnşəAllah”,- dedi.
Nəhayət evə qayıtdım, qapını döydüm. Ümid
edirdim ki, qapını açan Səlim olacaq... Lakin
önümdə hələ dörd yaşı tamam olmayan Xalidi
gördükdə təəcübləndim. Mən onu qucağıma
aldım, o isə dayanmadan qışqırırdı, “Ata, Ata!”.
Bilmirdim nəyə görə, evə girəndə ürəyim
sıxılmağa başlamışdı. Şeytanın şərindən Allaha
sığındım. Zövcəmə yaxınlaşdım və hiss etdim ki
onun üzündə nəisə dəyişiklik var. Ona yaxından
baxdım, üzündə həmin illər öncə olan o hüznü
gördüm. “Səni sıxan nədir?”, deyə soruşdum. O,
“Heçnə”, dedi. Birdən Səlim yadıma düşdü,
“Səlim hardadır?”, deyə soruşdum. Başını aşağı
saldı və cavab vermədi. O anda Xalidin səsini
eşitdim... O səs hələdə mənim qulağımda
cingildəyir...“Ata,Səlim cənnətə,Allahın
dərgahına getdi"
Zovcem buna dayana bilmeyib aglayaraq otagi terk etdi. Sonra oyrendim ki, Selim menim gelmeyime iki hefte qalmis agir xesteliye tutulub... Onu xestexanaya apariblar. Xedteliyi getdikce agirlasib, ta ki ruhu onun bedenini terk edene qeder... Bas verenlerin Allahin qederi ve sinagi oldugunu anladim. Men anladim ki, butun bas verenler, Allah subehenehu ve Tealanin qederi ve imtahani idi. Men helede onun goz yaslarimi silen ellerini hiss edirem. Meni qucaqlayan qollarini... Selim ucun nece de darixiram, kor ve wikest olan... Yox, o kor deyildi! Eksine kor olan men idim! Pis dostlarin ehatesinde olarken.. Ve dogru yola yonelerken de wikest deyildi! Onun tez-tez tekrarladigi sozu helede xatirlayiram, "Allah sonsuz merhemet sahibidir."
Selim... Bir vaxtlar sevgisinden uzaq durdugum... Indi anladim ki, men onu qardaslarindan daha cox sevirdim. Cox agladim... Ve helede buna gore huzunluyem...
Nece huzunlu olmaya bilerem ki... O menim hidayetime vesile oldu!