Almaniyanın Fakir şirkəti ev təmizlik texnikası istehsalçısıdır. İdeal Ev Fakirin Azərbaycanda rəsmi distribyutorudur. Almanca ailə-Familie və şirkətin qurucusunun soyadı Kicherer-in birləşməsidir. Bu gün 80-dən çox yaşı olan global Fakir markasının qurucusu gənc mühəndis Kicherer, 1933-cü ildə Fakir markasının təməlini Mühlacker-də qurduğu elektrikli yer təmizləmə avadanlıqları emalatxanası ilə atdı. Qadınların həyatını asanlaşdıran məhsulların ilklərindən olan Fakir elektrikli yer təmizləmə avadanlıqlarının sorağı bir neçə il içərisində Almaniya sərhədlərini aşaraq dünyanın bir çox ölkəsində rəğbət görməyə başladı. Neçə 80 illərə!