Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası — Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran və Türkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib.