Pozğuna xanım deyirik!

Mavini bəy bəsləyirik!
Əsl xanıma yoxdu dəyər!
Kimsi baş örtükdə gəzib
Kimsi açıq-saçıq geyər
Haqqlı insanın haqqını
Haqsız mənimsəyib yeyər!
Utanıram zəmanədən!
Əlimə fürsət düşsə birdən
Bir ildəki on iki ayı,
Yaz baharı qışı yayı,
Silərdim mən təqvimlərdən!
Ya Rəbb çarəsizəm yenə
Dediyim bu kəlməm üçün
Üzr istərəm dönə-dönə
Hətta bəzi qadınlar da
Başi bağlı örtük altda
Min cür hoqqabazlıq edir
Üzdə mələk içdə şeytan
Saman altdan su yeridir
Zəmanəmi günahkardı?
Yoxsa günah insanlarda?
Tapdanmağa xatakardı
Ayaq altda torpağlar da...

Комментарии

Комментариев нет.