Özgə gülüstanda gül açdın,gülüm,

İndi yad nəfəsi duyan sevgilim,
Doğru de nə olar, doğru de bilim,
O sevə bilirmi, səni mən qədər?
Hələ xatirəmdən itmir izlərin,
Görürsən üzgünəm,mən də sən
qədər,
Bəs nədən ağlayır gülən gözlərin,
O sevə bilirmi, səni mən qədər?
Mən fəryad edirəm, sən ahu-zarda,
Həyat üz döndərib qalmışıq darda,
Mən burda bədbəxtəm, sən isə
orda,
O sevə bilirmi, səni mən qədər?
Ömrüm bax beləcə bitib gedəcək,
Yarın yolu məzarlıqdan düşəcək,
Qəbrimin üstündə yazı görəcək,
"O sevə bildimi səni mən qədər" ?

Комментарии

Комментариев нет.