Mən onu sevirdim, canım

yansa da,
O məni sadəcə, dostu sansa da,
Günəştək başıma, hey dolansa da,
Yanımda həsrətin, kölgəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Gah onu qısqanıb, gah inciyərdim,
Özümə ən aciz adam deyərdim,
Dilimdə guya ki çox istəyərdim,
Qəlbimdə sevirem kəlməsi vardı,
Çünki...
Onun ürəyində,özgəsi vardı...
O nə vaxt gülürdü, mən də gülürdüm,
Sevinci bölürdüm, qəmi bölürdüm,
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Mənə sevdiyindən, danışan o oglan,
Bilmirdi sevirəm, mən onu yalnız,
Bir film kimiydi yaşadığımız,
Bu filmin sonuncu səhnəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...

Комментарии

Комментариев нет.