Movzunun ardi:2

səninlə “dində qardaş” olmaq istəyirəm. Səni bu dinə və bu kitaba dəvət etmək mənim fərz ibadətimdir. Sənin bu dini seçməyin sənin fərz ibadətindir. Bizim bir-birimizə “yaxşılığı əmr edib pislikdən çəkindirməyimiz” bizim fərz ibadətimizdir. Gəl birlikdə - sənli‐mənli, bizli‐sizli fərzlərimizi əda edək. Bir-birimizə haqqı və səbri tövsiyə edək. Birlikdə dünyamızı və axirətimizi nurlandıraq, aydınladaq... Bir kitab var: İçində insanlığa mesaj daşıyır… Bir kitab var: İnsan üçün göydən yerə nazil olub… Bir kitab var: Bizi bizə tanıdır… Bir kitab var: Oxunmaq üçün yazılıb… Bir kitab var: Cənnət tablosunu gözlər önünə sərir… Bir kitab var: Cəhənnəmdən çəkindirir, qoruyur, uzaqlaşdırır… Bir kitab var: Allah Orada insanla danışır… Quran vəhyi özünə yadlaşan insan oğlunu fitrətinə qaytarmaq üçün göndərildi. Yəni Quran insanın məhv edilən mənəviyyatını yenidən bərpa edəcəkdi. Düşüncəsini, ağlını, şəxsiyyətini... Düşüncələrinə bir daha nəzər salması üçün və həyatın mənasını təşkil edən meyarları yanlış anlamaması üçün edəcəkdi bunu... Görəsən insanlar \"qazanc-zərər\", \"həyat-ölüm\", \"əldə etmək-itirmək\", \"keçmiş-gələcək\", \"müvəffəqiyyət-müvəffəqiyyətsizlik\" deyərkən nəyi nəzərdə tuturlar? İnsan oğlu haramdan qazandığını \"qazanc\" ya da \"malının artması\" zənn etdiyi zaman təbii ki, zəkata, sədəqəyə, yardıma da \"zərər\" ya da \"malının azalması\" kimi baxacaq. İnsan amalsız, məqsədsiz yaşadığı zaman vəhyin hesab etdiyi kimi ölülər sinfinə aid edilir. Lakin o yaşadığını zənn edir. Adam bunu heç düşünmədiyinə görə Quran ona \"pisliyə məhkum olduğunu\" söyləyir. Buna baxmayaraq o özünü \"təmiz\" zənn edir; çünki, bu şəxs yaxşı-pis ölçüsünü vəhyə görə tənzimləmir. Adam uşağının gələcəyini qurtarmaqdan danışır. Lakin o, \"gələcək\" deyərkən dünyanı nəzərdə tutduğu üçün uşağının həqiqi gələcəyini məhv etdiyini düşünmür. Əgər düşüncəsini vəhyə görə tənzimləsə uşağının dünyəvi gələcəyini qurtarmaq üçün əbədi gələcəyini fəda etdiyini görərdi. Adam hiylə işlədərək haqsızlıqla əldə etdiklərini \"müvəffəqiyyət\" kimi görür və əslində isə Allahın istədiyi kimi deyil, məhz şeytanın təlqin etdiyi kimi düşündüyü üçün bunun heç də müvəffəqiyyət olmadığını görməkdə acizdir. Quran bu məntiqə, \"cahiliyyə təfəkkürü\" (zannə\'l-cahiliyyə) adını verib. Bu məntiqin tipik nümunəsini təmsil edən Məkkə müşrikləri Allahın onları dəstəklədiyini düşünürdülər. Bunların başında Əbu Cəhl dururdu. O, həqiqətən də inkarında səmimi idi. Məhz buna görə Bədir döyüşündə inkarında belə səmimiyyətsiz olan Əbu Ləhəb kimi muzdlu əsgər göndərməyib şəxsən özü iştirak etdi və elə həmin döyüşdə də həlak oldu. Başda Təbəri olmaqla bir cox müfəssirin Ənfal surəsinin on doqquzuncu ayəsinin təfsirində qeyd etdiklərinə görə Əbu Cəhl Bədir döyüşünə çıxarkən haqqlı olan tərəfin qələbə çalması üçün Allaha dua etmişdi. Əlbəttə o, bu davranışı ilə özlərinin haqq yolda olduğunu düşünürdü. Bu da düşüncəsini yanlış bir \"haqq\" təsəvvürü üzərində inşa etdiyindən qaynaqlanırdı. Allahın onu və yanındakıları dəstəklədiyini düşünürdü. O, elə düşünürdü ki, əgər Allah onu dəstəkləməsəydi, ona bu qədər nemət verməzdi. Həmçinin o, yoxsul və zəiflərin Allahın dəstəyindən uzaq olduğunu, varlı və güclü olanların isə Allahın sevib dəstəklədiyi şəxslər olduğunu düşünürdü. Halbuki, dünyada güclü və zəngin olmaq Allah tərəfindən sevilmək, gücsüz və zəif olmaq isə Allaha uzaq olmaq demək deyildi. Bu düşüncə tərzi sadəcə cahiliyyə təfəkkürünün məhsulu idi. Əbu Cəhl yalnız bu düşüncə ilə Allahdan haqlı olan tərəf üçün zəfər istəmişdi. Amma halbuki, bununla özünə qarğış etdiyini ağlına belə gətirməmişdi. Quran onların, başda Əhli Kitab olmaq üzrə olanların və onlar kimi düşünən hər kəsin bu yanlış təsəvvürünü Məkkədə nazil olan Mu\'minun surəsində belə ələ alır: \"Özlərinə sərvət və övlad verməklə, onların yaxşılıqları üçün can atdığımızımı sanırlar? Xeyir, bu heç də belə deyil, lakin onlar bunu bilməzlər.\" [23/55-56; ayrıca bax 3/178] Bu misal Quranın yanlış və çürük məntiqə qarşı yeni bir düşüncə modeli inşa etmək üçün gətirdiyi saysız nümunələrindən yalnız biri idi. Məsələn, vəhy bir münafiqin xeyir-zərər anlayışına diqqət çəkir; Bəqərə surəsinin 8-20-ci ayələrində münafiqlərin ikiüzlülüyü və alçaq davranışları üzə çıxır. O, inanmadığı halda \"inandım\" deyərək həm Allahı həm də inananları aldadacağını düşünür. Lakin o, fəsad qoxan əməlləri ilə özünü gizlədə bilmir. Onlara \"yer üzündə fəsad çıxarmayın\" deyildiyi zaman özlərini müdafiə edərək \"biz sülh tərəfdarıyıq və insan haqlarının qoruyucusuyuq\" deyərlər. Cinayət başında yaxalanan ikiüzlülərin özlərini müdafiə edərkən \"biz\" deyə sözə başlamaları özləri haqda ilkin təsəvvür oyatmaq mənasına gəlir. \"Biz\" deməklə yalnız özləri kimi düşünən bir qrupu deyil, sanki bir bədəndə daşıdıqları birdən çox üzü, bir ürəkdə daşıdıqları bir-birinə zidd olan birdən çox şəxsiyyəti ifşa etməkdədirlər. Bəs bu ayələrdə aşkara çıxarılan münafiq rəftarının təməlində hansı yanlış təsəvvür yatırdı? Sualımıza cavabı bu ayələrin sonundakı 16‐cı ayə verməkdədir: \"Onlar, hidayət qarşılığında zəlaləti satın aldılar, ticarətləri onlara nə bir qazanc verdi və nə də doğru yolu tapa bildilər.\" Burada iç üzü aşkar edilən münafiqin bütün bu münafiqcə davranışlarının təməlində yatan yanlış xeyir-zərər təsəvvürü ələ alınmaqdadır. Onun bütün bu fəsad qoxan əməlləri bu xarab təsəvvürünün məhsuludur. Onun \"ticarəti\" müqəddəslikdən uzaq olduğu üçün xeyir-zərər anlayışı da sadəcə dünya ilə məhdudlanmışdır. Yanlış ölçüb-biçdiyi üçün almazı verib qarşılığında şüşə alır, ya da şüşəyə almazın qiymətini ödəyir. Əşyanın əslinə deyil yalnız zahiri görünüşünə aldandığı üçün, adi şirə ilə balı səhv salıb. Sonra da qazanc əldə etdiyini zənn edib. Onun qazanc anlayışı maddiyatdan o tərəfə keçməyən tək dünyalı düşüncə tərzindən ibarətdir. Bu tərs baxış da onun zərəri qazanc kimi görməsinə səbəb olmuşdur. Quran münafiq şəxsiyyətin bütün səhv rəftar və davranışlarının təməlini göstərərək, bütün bunların onun yanlış xeyir anlayışından qaynaqlandığına eyham vurmuşdur. Bu, yanliş təsəvvürə qarşı yeni bir təfəkkürün inşasıdır. Göründüyü kimi \"müsəlmanam\" demək asan olmağına baxmayaraq təsəvvürümüzü, ağılımızı, şəxsiyyətimizi müsəlman etmək çətindir. Bunu etmədən dürüst bir müsəlman olmaq mümkün deyil. Bunu bacarmaq üçün isə, özümüzə vəhyin aynasında baxa bilməliyik. Hazırladı: Fərhad Şəmkir / Azerislam.com Allahın kitabını oxuyarkən qəlbin titrəməsi, hisslərin və duyğuların çoşması necə də gözəldir! Mənaları dərk etmək, yaşamaq, onların ürəyə yayılan bir məlhəm olduğunu hiss etmək insana necə də xoş hisslər bəxş edir! Rəbbin kəlamının qəlbə, ağıla şəfa və mərhəmət olduğunu bilərək təsirlənmək necə də əvəz olunmazdır! Rəbbimizin kəlamını aram-aram oxuyarkən, dildə və dodaqlarda səsə çevrilməsi olduqca xoşdur. Amma bu kəlam qəlbimizdə də yer tutmalıdır. Tutmalıdır ki, həyatımıza tətbiq edə bilək. Tutmasa onu oxumağın bizə nə faydası dəyər?! Bilirsinizmi, Peyğəmbərimiz [s.a.s] bəzən bütün gecəni namaz qılarkən yalnız bir ayəni təkrarlayardı. Bir tək ayə ilə sabah namazına qədər ayaq üstə dayanar, o ayənin mənasının əzəmətindən başqa ayəyə keçə bilməzdi. Belə ayələrdən; “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” [Maidə, 118]. Rəbbimizin kəlamlarını dərindən anlamaq istəyəndə, aram-aram oxuyarkən insanın önündə üfüq açılır.Ayələrin mənaları daha çox genişlənir. İnsan elə bil həmin ayəni yeni oxuyurmuş kimi hiss edir. “Tam zamanında gəldi bu ayə” deyə düşünür. Qəlb açılır və hətta əvvəllər anlaya bilmədiyi mənaları duymağa başlayır. Rəbbimiz o möminin qəlbinə sanki bir rəhmət toxumu atır, duyğularını cilovlaya bilmir mömin və ayənin təsiri onun hərəkətlərində, rəftarında və əxlaqında əks olunur. Hər zaman xatırladılır və bir daha xatırlayaq ki, Rəbbimiz insanlara Quranı necə oxumağı buyurmuşdur; “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” [Muhamməd, 24]. Quranı sadəcə oxumaq deyil, onun ayələrini düşünmək, fikirləşmək, təfəkkür edib anlamağa çalışmaq lazımdır. “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların [kafirlərin] ancaq ziyanını artırır.” [İsra, 82]. Mömin, Rəbbinin kəlamını qəlbi ilə oxumasa o ayələr onun qəlbinə şəfa və məlhəm olarmı?! Ayələrin mənaları yalnız təfsir kitablarında və alimlərin dediklərində məhdudlaşmır. Bəzən Allah, Onun ayələrini oxuyan möminin qəlbinə elə ilham nazil edir ki, heç bir təfsir kitabında olmayan mənalar; anlayır, başqa qapılar açılır önündə. Təfsirlərdə qeyd olunmayan mənaları görə bilməsi bir səhv deyil ki. Əslində ayələrin mənalarını yalnız təfsirlərdə olanlarla inhisarlaşdırmaq özü bir səhvdir. Bu zaman adamın yadına, – Allah rəhmət etsin, – Şeyx Şa’ravi düşür. Quran ayələrindən xatirələr hazırlayar və o xatirələr barəsində söhbətlər edərdi. Qurandan qəlbinə toxunan, könlünü titrədən ayələrdən yeni-yeni mənaları məclislərdə camaatla bölüşərdi. Elə bunlarla yanaşı Şeyx Seyid Qutubun da müəllif olduğu kitabı qeyd etmək olar. O, kitabına “Quranın kölkələrində” adını vermişdi. Təbii ki, bu cür yanaşmalar əvvəlki təfsirçilərdə də olmuşdur və onlar da Quranı təfsir etdikdən sonra kitablarına müxtəlif adlar vermişdilər. Məsələn; İbn Kəsir “Əzəmətli Quranın təfsiri”, İbn Cərir “ət-Tabari”, əs-Süyuti “Səpələnən mirvarilər”, əz-Zəməxşəri “Kəşşaf”, Qurtubi “Əhkam ayələlərinin məcmuası”, beləcə Əbi Ssəud və başqaları da olmuşdur. Çünki onlar Allahın ayələrindəki muradı tapmaq və çatdırmağa çox önəm vermişdilər. Beləcə əsrlər keçdikcə bu ümmətin yeni-yeni alimləri Qurandan daha çox mənalar kəşf edəcəklər. Quran daim yenilənir, çünki bu bir həyat kitabıdır. Dövran nə qədər dəyişsə də, Quran da hər zamana uyğunlaşacaqdır. Quranın mənalarını duymaq, anlamaq və araşdırmaq mühüm məsələdir. Amma təbii ki, Qurandan mənalar çıxarmaq, onu təfsir etmək hər bir adamın işi deyil. Bunun üçün ilkin fundament, əsaslar, prinsiplər olmalı və müəyyən qaydalara riayət edilməlidir. Məsələn; 1.Qurani Kərimin cizgiləri, sərhədləri, çərçivəsi və şərtləri. Bunu dedikdə ilk ağla gələn onu düzgün oxumaqdır. Təbii ki, bu da doğru fikirdir. Onu düzgün oxumaq, tələffüz etmək və təcvid qaydalarını bilməkdir. Bu, Quranın cizgilərini təsəvvür etməyə ilk addımdır. Bunsuz kəlamları anlamaq, məfhumunu dərk etmək qeyri‐mümkündür. 2.Ərəb dilini tam, düzgün və dərindən bilmək. Rəbbimiz buyurub ki; “Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, [mənasını] anlayasınız.” [Yusuf, 2.] Başqa bir ayədə də “[Biz onlara] heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə [Allahdan] qorxsunlar.” [Zumər, 28]. Ayələrə diqqət etsək, Allah təala “ərəb dili”ni qeyd edərək bizə xitab edir. Burada “dil”in nə qədər önəmli olduğuna və “dil”i bilmənin əhəmiyyətinə işarə vardır. Deməli ərəb dilinin bütün qaydalarını, qrammatikasını, ədəbiyyatı və sairə kimi amillərini bilmək mütləqdir. 3.Qurani Kərimdəki ortaq və ümumi mənaları bilmək lazımdır ki, Allah təalanın buyurmadığı və ayənin muradı olmayan tamam başqa mənalar ortaya çıxmasın. 4.Yalnız lüğəvi və fiqhi çərçivədə ilişib qalmamaq mühümdür. Təbii ki, fiqhi və lüğəvi əsasların hamısını tam bilmək məcburi olsa da, mənaları araşdırarkən, murada yetişmək istərkən dar çərçivə daxilində oturub qalmaq doğru deyil. 5.Qurani Kərimin buyuruqlarına riayət etmək, o həyat kitabının göstərdiyi kimi yaşamağa çalışmaq, qoyduğu həddi-hüduda riayət etmək, bir sözlə Quranı həyat düsturu etmək gərəkdir. Həsən əl-Basri deyir ki; “Sizdən əvvəlkilər Qurani Kərimi Rəblərindən göndərilən məktublar kimi qəbul edərdilər. Gecələri onu oxuyub araşdırar, gündüzləri isə həyata keçirməyə çalışardılar.” 6.Təbii ki, Quranı çox oxumalıdır, daim tilavət etməlidir. Beləcə möminlə Quran arasında bir yaşantı bir rəftar ortamı yaranır. Qurana daha yaxın olmaq, daha çox vaxt keçirmək istədiyi üçün Quran da ona daha çox yaxınlaşacaqdır. Mömin Rəbbinin kəlamına nə qədər çox vaxt versə, Rəbbi də o qədər gizli və sirli mənaları açar onun üçün. 7.Gecələri çox namaz qılmaq çox əhəmiyyətlidir. Çünki gecə vaxtı təmiz, saf və pak olur. Quranın qəlbə yatması da daha asan olur. 8.Quranın üfüqünə qərq olmaq, mənalara və ayələrin muradına çatmaq istəyirsən mömin, bütün maneələrdən uzaq olmalıdır. Onun fikrini dağıda biləcək heç bir şey qalmamalıdır. Fikri və qəlbi ilə tam olaraq Qurani Kərimə yönəlməli və bunun üçün də təbii ki, qabaqcan yerini hazırlamalı, pak, təmiz və hazır gəlmək lazımdır. 9.Qurani Kərimi tam ixlasla və səmimiyyətlə oxumaq vacibdir. 10. Möminin o mənaları bölüşə biləcəyi, onu anlayan və düzəlişlər edə biləcək həmdəmi, dostu, yaxını olmalıdır. İbn Məsud nə gözəl demişdir; “Quran daşıyan seçilməlidir. İnsanlar yatanda gecələri ilə, insanlar yeyəndə gündüzlərilə, insanlar fərəh içində olanda hüznü ilə, insanlar gülərkən ağlaması ilə, insanlar nə olsa danışarkən susması ilə, insanlar qürurlanarkən təvazökarlığıyla.” Qurani Kərim elmini daşıyan mömin bəndə bunlarla tanınmalı və fərqlənməlidir. İbn Məsud o insanı məhz belə vəsf edib. Fudeyl bin İyad da başqa bir kəlam ilə vəsf etmişdir Qurani Kərim alimini; “Qurani Kərim daşıyan İslamın bayrağını daşıyır, əylənənlərlə əylənməməli, boş vaxt keçirənlərlə olmamalı, nə də lağ-lağı edənlərlə bir araya gəlməlidir. Bu, Qurani Kərimin haqqını uca tutmaqdır.” İbrahim əl-Xəvvas deyib ki; “5 şey nəfsin dərmanıdır: Quran oxuyub onu diqqətlə araşdırmaq, mədəni boş tutmaq, gecə namazı, sabah namazı vaxtı ONA yalvarış və saleh insanlarla oturub durmaq.” Allah bizlərə Quranı haqqıyla oxuyub, onu anlamağı, dərk etməyi və buyurulanlarla əməl etməyi nəsib etsin! I. TƏFSİR ANLAYIŞI Bildiyimiz kimi təfsir Quranın uca mənalarını ehtiva edən elm sahəsidir. Quran, əsasən insanlığa doğru yolu göstərmək üçün endirilən dini məzmunlu bir mətndir. Mətn deyilincə ağlımıza xüsusi bir sahəyə aid hər hansı bir düşüncəni ifadə edən söz yığını gəlir. Quran ilahi düşüncəni təmsil edən bir kitab olduğuna görə, istər-istəməz burada sözü gedən mətinin epistemolojik [1] mənada ilahi sahəyə aid bir mətn olduğu anlaşılır. Təbii ki, belə bir mətinin təhlil və izahı mütəxəssis tələb edir. Buna görə Quran təfsiri ilə məşğul olan bir elm adamının sahib olduğu bilikləri və epistemolojik düşüncələri olduqca önəmlidir. Belə ki, müfəssir və ya şərhçi dini mətni öz məlumat təcrübəsinə və fikirlərinə görə anlayır. Bu da nəticə etibarı ilə Quran mətni ilə məşğul olan bir elm adamını, Quranın nə dediyi və nə demək istədiyini meydana çıxarmaqla baş-başa qoyur ki, məhz bunlardan birincisi təfsir, digəri də tevildir. [2] A. Təfsirin Etimoloji və Termin kimi Tərifi Ərəb filoloqlarının bir qisminə görə \"təfsir\" etimoloji mənada \"fəsr\", bəzilərinə görə isə taklib [Bir kəlmənin içərisindəki hərflərin yerlərini dəyişdirməklə düzəldilən] metodu ilə \"səfr\" kökündən yaranmış \"təf’il\" vəznində bir məsdərdir. \"Fəsr\", lüğətdə bir şeyi açıqlamaq, ortaya çıxartmaq, üzəri örtülü bir şeyi açmaq mənalarında işlədilir. [3] Xəstəliyi təyin etmək üçün aparılan analiz təhlilinə də, daşıdığı bu mənalarına görə \"fəsr\" deyilir. Ayrıca \"fəsərəti’n-nunətu\" tərkibində yağış damlalarının daş üzərinə düşüb parçalanmasını ifadə etdiyi də irəli sürülür. [4] Təfsir kəlməsinin taklib metodu ilə törədildiyi iddia edilən \"səfr\" məsdəri də Ərəblər arasında qapalı bir şeyi açmaq, aydınlatmaq və ortaya çıxartmaq kimi mənalarda işlədilir. [5] Bu baxımdan da qadın üzünü açanda Ərəblər ona \"səfərəti’l-mər’ətu\" deyirlər.[6] Burada zikr etdiyimiz sözü gedən hər iki kəlmənin məna baxımından bənzərliyi və Ərəb dilində mövcud olan \"taklib sənəti\"ni də nəzərə alsaq \"təfsir\" kəlməsinin hər iki kökdən də törədiyi iddia edilə bilər. Çünki hər iki kökün ifadə etdiyi məna nəticə etibarı ilə eynidir ki, bu da bir vasitəçinin yardımı ilə gizli olanı açığa çıxartmaq, yəni açıqlanması lazım olan Quran naslarının [7] müfrəd [8] və tərkib [9] kəlmələrini ayrı-ayrı təhlil edərək araşdırmaq, ya da məsələnin daha yaxşı anlaşılması üçün parçalara ayırmaq mənasını ifadə edir. Burada sözü gedən vasitə, müfəssiri gizli və qapalı olana çatdıran semantik bir əlaqədir. Ümumi vəziyyətin belə olmasına rəğmən Əmin əl-Huli, təfsir sözünün \"fəsr\" kökündən törədildiyini iddia edir. Ona görə \"fəsr\" və ya \"səfr\" məsdərlərinin hər ikisində də kəşf etmək, ortaya çıxartmaq mənası var. Ancaq \"səfr\" kəlməsində maddi, zahiri bir kəşf, \"fəsr\" kəlməsində isə mənəvi bir kəşfdən söhbət gedir. Ona görə də \"təfsir\" kəlməsi, maddi deyil mənəvi bir əməl olan \"fəsr\" kökündən törədilmişdir. [10] Təfsir sözünü termin olaraq isə fərqli şəkillərdə tərif etmək mümkündür: 1) \"Müşkül olan kəlmədən arzu edilən şeyi kəşf etmək\" [11] 2) \"Allah Təalanın muradına uyğun olaraq bəşər gücünün yetdiyi ölçüdə Quranın məqsədlərini araşdırmaq\" [12] 3) \"İnsan gücü və Ərəb dilinin verdiyi imkan daxilində Allahın muradına uyğun olaraq Quran mətninin ehtiva etdiyi mənaları ortaya çıxartmaq\" [13] 4) \"Mənanı açan bir kəlmə ilə ayənin mənasını, vəziyyətini, rəvayətini və nüzul səbəbini açıqlamaq\" [14] Bu təriflərdən çıxış edərək təfsiri, qısa olaraq Quranı

Комментарии

Комментариев нет.