1 мар 2013

VAZ”ın bəzi modellərinin

Tolyattidən kənarda istehsal edildiyi
hər kəsə məlumdur.
Lakin bu məsələ çox zaman alıcılarda
çaşqınlıq yaradır. Çox vaxt
avtomobili satanlar belə, onun
Tolyattidə, yoxsa İjevskdə istehsal
edildiyini bilmirlər.
Lent.az-ın xəbərinə görə, artıq
avqust ayında Tolyattidə
“LADA-2107”nin (son vaxtlarda
zavod məhz “LADA-2107” adından
istifadə edib) istehsalı dayanıb.
İjevsk zavodu bu modeli artıq tam
gücü ilə istehsal edir. Artıq
Rusiyadakı bəzi dilerlərə yeni partiya
maşınlar daxil olub. Avtomobilə
Azərbaycan bazarında da kifayət
qədər böyük tələbat hiss edilir. Bəs
xarici görünüşü eyni olan bu
avtomobilləri necə fərqləndirmək
olar?
Bunun cavabı çox sadədir. Kapotun
altında sağ tərəfdəki emblemdə hər
şey aydın göstərilib. Vin kod (Vehicle
Identification Number) adlanan bu
lövhə bir növ avtomobilin doğum
şəhadətnaməsidir. Vin kodun açılışı
isə belədir:
Götürək XTA210740Y2696785
İlk 3 rəqəm istehsalçının indeksidir
1. Coğrafi zona (X - Avropa)
2. İstehsalçı ölkə (T - Rusiya)
3. İstehsalçı zavod (A – Avtovaz SC)
Sonrakı 6 (bəzi VAZ modellərində
yeddi – məsələn 2106501 yəni 5
pilləli sürət qutusu, 2103 mühərriki
ilə təchiz edilmiş VAZ 2106) rəqəm
isə avtomobilin modelini göstərir –
210740. yəni bu avtomobil
“VAZ-2106” mühərriki ilə təchiz
edilib.
Növbəti latın hərfi isə (burada Y)
model ilini göstərir (01.07.1999–
30.06.2000).
Qalan 7 rəqəm isə (2696785) kuzov
nömrəsini bildirir.
“Avtovaz”ın avtomobillərindən fərqli
olaraq “İjavto”nun modellərindəki
Vin kodda sonuncu ədəd 6
rəqəmlidir.
Yusifov Elvin
#новости

Комментарии

Комментариев нет.