Molla Nəsrəddin bazarda zeytun satırmış.

Bir qadın ona yaxınlaşmış.Qadın: - Zeytun necədir, yaxşıdır?Molla Nəsrəddin: -İstəyirsən dadına bax.Qadın: - Mən orucam.Molla Nəsrəddin: - Madam ki, orucsan zeytunu al get, pulunu sonra verərsən.Molla Nəsrəddinin birdən-birə yadına düşür ki, axı ramazan deyil...Molla Nəsrəddin: - tutduğun oruc nə orucu ki?Qadın: - Üç il əvvəldən borcum vardı, indi onları tuturam.Molla Nəsrəddin zeytunusatmaqdan imtina etmiş.Qadın: - Bir az əvvəl al get dedin, indi nə oldu ki imtina etdin?Molla Nəsrəddin: - Allaha olan borcunu üç ildə verirsənsə, kim bilir mənim borcumu nə vaxt gətirərsən...

Комментарии

Комментариев нет.