Əziz Həmvətənlərim!

Rusiya və İran bizə dost olmadıqlarını açıq-aşkar nümayiş etdirdi. Bununla belə Azərbaycan Xalqı və Hakimiyyəti bu gün real həyatda mümkün olan hər şeyi etdi. Böyük Vətən Müharibəsinin nəticələri birmənalı bizim Böyük Qələbəmiz, Ermənistanın isə Böyük məğlubiyyətidir! Əminəm ki, yaxın zamanlarda rəsmilər müharibənin yekunu olaraq əldə etdiyimiz uğurlar barədə ölkə əhalisinə ətraflı hesabat verəcəklər.
Bu gün bizim Xalq olaraq yeganə edə biləcəyimiz birliyimizi qorumaq və Dövlətimizin daha da güclü olmasına çalışmaqdır. Bu gün baş tutmuş Qələbimizə kölgə salmaq istəyi Dövlətimizə və Xalqımıza qarşı düşmənçilikdir. Hadisələr hələ irəlidədir. Gördüyüm isə odur ki, Rusiya və İran Azərbaycanda yaranmış Milli Birlikdən bərk narahatdılar və Azərbaycanda olan maşaları vasitəsilə bu Birliyi pozmaq üçün əllərindən gələni edirlər. Bu məsələdə hamımız olduqca diqqətli olmalıyıq. Allah Azərbaycanı qorusun!

Əziz Həmvətənlərim! - 904347619159

Комментарии

  • 11 ноя 2020 18:26
    Farslara inam yoxdu. Tarix boyu, Babəkin vaxtinnan Azərbaycanın əleyhinə olublar. Bir o ki, 100 minlik erməninin iranda erməni dilində məktəbi, universitəsi, gəzeti, televiziyası var, amma 30 MİLYONLUQ  Azərbaycanlıların AZƏRBAYCAN DİLİNDƏ bir MƏKTƏBİ də yoxdu?  Bu nə deməkdi?  Sağ olsun ordakı həmvətənlilərimiz,  hansı ki sınələrini verdilər hərbi kolonnaların qabağına ki, ötürməsinlər erməniyə.
  • 12 ноя 2020 08:00
    Iraninda vaxti catacaq
  • 12 ноя 2020 20:24
    c2f1ded667