Lütvəli Abdullayev tamaşadan qayıdanda "Molokan bağı"ndan keçirmiş.

Skamyaların birində yeniyetmə qızın başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, kimsəsiz uşağın adı Dusyadır, Şamaxı molokanlarındandır. Lütfəli "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz qızcığazı evə gətirir.*** Qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.***
L.Abdullayev dünyasını dəyişən gün şam yeməyindən sonra tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə bir neçə dəfə zəng edir. Ş.Bədəlbəyli axırda zarafata salıb deyir ki, "ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?!" Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Lakin sonradan məlum olur ki, beyninə qan sızıb. Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da vəfat edir.
***Aktyora sevgi***
“1992-ci ildə İngiltərədə oxuyarkən çox bahalı portmanat aldım. Azərbaycana gələndə bir gün bazarda onu oğurladılar. İki gün keçəndən sonra evimizə zəng gəldi. Zəng edən dedi ki, bazar müdiridir. "Gəlin, itən portmanatınızı aparın". Sən demə, oğru açıb görüb ki, içərisində atamın şəkli var, onu qoyub "Təzə bazar"ın qapısı önündə. Özü ora qoyub ki, kimsə onu qaytarsın. Bu günə kimi həmin portmanatı saxlayırıq”, - Lütvəli Abdullayevin böyük qızı Xurşudxanım Abdullayeva.

Lütvəli Abdullayev tamaşadan qayıdanda "Molokan bağı"ndan keçirmiş. - 967857976919
Lütvəli Abdullayev tamaşadan qayıdanda "Molokan bağı"ndan keçirmiş. - 967857977175

Комментарии

  • 9 дек 2024 13:33
    Karifeyler Allah hamısına rehmet elesin Özerlerile apardılar bu seneti
  • 9 дек 2024 15:11
    Аллах рахмат еласин бойук санаткарымызы маканлары жаннат олсун Амин
  • 10 дек 2024 22:03
    Allah vergisiydi onlar m i l l e t adina allah rehmet elesin amin