Oruc İslamın 5 əsasından biridir. Oruc kəlməsi bizim dilimizə Fars dilindəki ruzə sözündən keçmiş, əvvəllər gündəlik mənasında oruzə olaraq işlədilmiş, sonra oruc kimi tələffüz edilmişdir. Ərəb dilində isə oruca "savm" deyilir. "Savm" kəlməsi də öz növbəsində bir şey yeməmək, içməmək, hərəkətsiz qalmaq və əl-ətəyini hər şeydən çəkmək mənaları verir. Oruc tutmaq artıq terminləşmiş bir ifadə kimi aşağıdakı mənaları daşıyır: Dan yerinin ağardığı vaxtdan günəşin batmasına qədər keçən vaxt ərzində yemək, içmək və cinsi əlaqədən uzaq durmaq. Oruc tutmaq əslində keçmiş ümmətlərə (bizdən əvvəlki xalqlara) də vacib buyurulub. Bu barədə Qurani-Kərimdə belə deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib qılındığı kimi sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz”. (B əqərə, 183) Peyğəmbərimiz Həzrəti Muhəmməd (s) bir hədisində belə demişdir: “Oruc insanı qoruyan qalxandır”. Ramazan ayı qəməri bir aydır; yəni, bu ay ayın göydəki hərəkətlərinə əsasən müəyyənləşdiril ir. Bu səbəbə görə Ramazan ayı hər il o ildən əvvəlki ilə nisbətən 10 və ya 11 gün əvvəl gəlir. Başqa sözlə, bəzən qış, bəzən də yayda oruc tutmaq lazım gəlir. Beləliklə, müsəlman bir şəxs istər soyuq, istərsə isti olsun, Allahın vacib qıldığı oruc ibadətini hər mövsümdə yerinə yetirmək imkanına malik olur. Oruc tutmaq insanın davranışlarına müsbət təsir göstərməlidir. Muhəmməd peyğəmbər (s) bu barədə belə buyurmuşdur: “Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənlərin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur”. Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: “Mən orucluyam, mən orucam”, – desin və dalaşmasın”. “Kim Ramazan ayının orucunu inanaraq və savabını ancaq Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”.
Sheki imam Eli mescidi
Oruc haqqında məlumatlar
Oruc İslamın 5 əsasından biridir.
Oruc kəlməsi bizim dilimizə Fars
dilindəki ruzə sözündən keçmiş,
əvvəllər gündəlik mənasında
oruzə olaraq işlədilmiş, sonra oruc
kimi tələffüz edilmişdir. Ərəb
dilində isə oruca "savm" deyilir.
"Savm" kəlməsi də öz növbəsində
bir şey yeməmək, içməmək,
hərəkətsiz qalmaq və əl-ətəyini
hər şeydən çəkmək mənaları
verir.
Oruc tutmaq artıq terminləşmiş
bir ifadə kimi aşağıdakı mənaları
daşıyır:
Dan yerinin ağardığı vaxtdan
günəşin batmasına qədər keçən
vaxt ərzində yemək, içmək və
cinsi əlaqədən uzaq durmaq.
Oruc tutmaq əslində keçmiş
ümmətlərə (bizdən əvvəlki
xalqlara) də vacib buyurulub. Bu
barədə Qurani-Kərimdə belə
deyilir: “Ey iman gətirənlər! Oruc
tutmaq sizdən əvvəlkilərə vacib
qılındığı kimi sizə də vacib edildi.
Bəlkə, pis əməllərdən çəkinəsiniz”.
(B əqərə, 183)
Peyğəmbərimiz Həzrəti
Muhəmməd (s) bir hədisində belə
demişdir: “Oruc insanı qoruyan
qalxandır”.
Ramazan ayı qəməri bir aydır;
yəni, bu ay ayın göydəki
hərəkətlərinə əsasən
müəyyənləşdiril ir. Bu səbəbə
görə Ramazan ayı hər il o ildən
əvvəlki ilə nisbətən 10 və ya 11
gün əvvəl gəlir. Başqa sözlə,
bəzən qış, bəzən də yayda oruc
tutmaq lazım gəlir. Beləliklə,
müsəlman bir şəxs istər soyuq,
istərsə isti olsun, Allahın vacib
qıldığı oruc ibadətini hər
mövsümdə yerinə yetirmək
imkanına malik olur.
Oruc tutmaq insanın
davranışlarına müsbət təsir
göstərməlidir. Muhəmməd
peyğəmbər (s) bu barədə belə
buyurmuşdur: “Allahın yalan
danışmaq və yalanla iş görməyi
tərk
etməyənlərin yemək-içməyi tərk
etməyinə və ac qalmağına
ehtiyacı yoxdur”.
Oruc bir qalxandır. Oruc tutan
şəxs pis söz
deməsin. Onunla dava-dalaş
etmək istəyənə: “Mən orucluyam,
mən orucam”, – desin və
dalaşmasın”.
“Kim Ramazan ayının orucunu
inanaraq və savabını ancaq
Allahdan gözləyərək tutsa, keçmiş
günahları bağışlanar”.