02. 1992 il; ərazisi - 1,45 min kv. Km; Əhalisinin sayı - 55,6 min nəfər; (1 yanvar 2013-ci il) Kəndlərin sayı – 28; Qəsəbələrin sayı – 6; İnzibati-ərazi dairəsi – 23; Bələdiyyə - 23; İri və orta müəssisələrin sayı – 84; Məktəbəqədər uşaq müəssisələrinin sayı – 16; Ümumtəhsil məktəblərinin sayı – 35; Xəstəxanalar və tibb müəssisələrinin sayı – 4; Mədəniyyət ocaqlarının sayı – 26; Samux rayonu ilə Bakı arasında olan məsafə - 362 km. Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdi. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi olmuşdur. Səfərəliyev rayonu Azərbaycan SSRİ Ali Sovetinin 24 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq Respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış keçmiş Samux rayonu 28 yanvar 1954-cü il tarixdə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir. Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (indiki Göygöl)rayonunun tərkibinə daxil edilmişdir. Sahəsi 1450 km2, mərkəzi Nəbiağalı qəsəbəsi olmuşdur. Rayona Nəbiağalı, Qarayeri, İnstitut, Qaraarx, Alabaşlı, Qırmızı Samux qəsəbələri və Kolayır, Yenikənd, Çobanabdallı, Qarabağlar, Sərkar, Füzuli, Əhmədbəyli, Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Seyidlər, Sarıqamış, Lək, Hacallı, Əlibayramlı, Qovlarsarı, Ziyadlı, İstixana, Poylu, Qarabağlı, Salahlı, Kəsəmən, Zazalı, Əliuşağı, Tatlı, Qiyaslı, Lüksemburq, Burunqovaq, Hadılı, Yenibağ, Bağbanlar, Qaraarx kəndləri daxildir. Rayon əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Bundan əlavə rayon əhalisinin 0,22 faizini ruslar, 1,2 faizini türklər, 1,74 faizini isə kürdlər və s. təşkil edir. Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə şimalda Alazan vadisi ilə əhatə olunmuşdur. Şimalda və şərqdə alçaq dağlıqdır. Neogen, Antropogen çöküntüləri yayılmışdır. İqlimi mülayim kontinental, mülayim isti, yarımsəhra və quru çöl tiplidir. Orta temperatur yanvarda 1°C, iyulda 25°C-dir. İllik yağıntı 250 mm-dir. Çayları Qabırrı, Qanıx, Gəncə və Qoşqardır. Mingəçevir su anbarının şimal-şərq hissəsi buradadır. Rayonun Ceyrançöl sahəsində, Kür çökəkliyində və Bozdağ massivində adı "Qırmızı kitab"a düşmüş ceyran və turacla yanaşı vaşaq, çölpişiyi, qaban, kəklik, qırqovul, meşə xoruzu kimi nadir heyvan və quşlar məskunlaşmışdır. Eldar şamı, əsasən, Samux rayonu ərazisində bitir. Eldar Şamı Dövlət Təbiət Qoruğu rayon ərazisindədir. Qoruğun yaradılmasının (2004-cu il) başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm.Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Samux rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Rayonun kənd təsərrüfatının əsasını isə üzümçülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik və həmçinin heyvandarlıq təşkil edir. Rayonda 2 toxumçuluq müəssisəsi, bitki mühafizə stansiyası, suvarma sistemləri idarəsi, baytarlıq idarəsi, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu, regional milli hidrometeorologiya müəssisəsi, asfalt-beton, qum-çınqıl zavodları, süd emalı müəssisəsi, şərab zavodu, günəbaxan yağı istehsalı sexi, pambıq emalı zavodu, qənnadı sexi var. Rayonda 35 ümumtəhsil məktəbi, uşaq gənclər idman məktəbi, məktəbə-qədər təhsil müəssisəsi, uşaq yaradıcılıq mərkəzi, gənc texniklər stansiyası, ekoloji təcrübə mərkəzi, 26 klub, 34 kitabxana, 3 uşaq musiqi məktəbi, gigiyena və epidemiologiya mərkəzi, 4 xəstəxana, 9 həkim məntəqəsi, 26 feldşer-mama məntəqəsi var. Rayon ərazisində Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Regional Milli Hidrometereologiya Müəssisəsi kimi respublika əhəmiyyətli obyektlər vardır. Tarix elmləri doktoru Arif Məhəmməd oğlu Məmmədovun «Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair» kitabında qeyd edildiyi kimi, Samux mahalının (Gəncə xanlığının mahallarından biri, mərkəzi Samux kəndi olmaqla 1747-ci ildə yaradılmışdır) adı, xarabalıqları qalın Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Bu şəhərin ərazisi Kür çayının hər iki sahilində Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabıorrı vadiləri arasında olan ərazini əhatə edirdi. Samux sözünün mənasına gəldikdə isə bu haqda müxtəlif fikirlər vardır. Belə ki, R.Yüzbaşov «Samux» sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir. Bəzi tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi əsaslandırılır.«Azərbaycan dilinin onomastikası» adlı əsərdə Samux adının - zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlarda isə adın birinci hissəsinin «Sam» - öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çoxlu bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir. Kütləvi informasiya vasitələri: Rayon ərazisində 1992-ci il 22 iyul tarixdən «Yeni Samux» qəzeti redaksiyası fəaliyyət göstərir. Qəzetin təsisçisi Samux rayon İcra Hakimiyyəti və «Yeni Samux» qəzetinin jurnalist kollektividir. Bir ədəd radio qovşağı 2004-cü ildən efirə çıxır. Avtomobil, dəmir yolları: Respublika əhəmiyyətli yollar: 1. Gəncə-Yenikənd-Poylu - 60 km - III-IV dərəcəli yollar,bundan: 26 km - asfalt beton, 21 km - qara örtüklü, 13 km - çınqıl örtüklüdür. Yerli əhəmiyyətli yollar: 1. Qırmızı Samuxa giriş - 11 km, IV dərəcəli - qara örtüklü. 2. Gəncə-Qarayeri-Üçzoz - 15 km, III-IV dərəcəli, bundan 13 km asfalt beton, 2 km qara örtüklü. 3. Zazalı - Az ETPİ - Lək - 21 km, III-IV dərəcəli, bundan 14 km - asfalt beton, 7 km - qara örtüklü. 4. Alıuşağı-Ağasıbəyli - 28 km. III-IV dərəcəli, bundan 8,2 km asfalt beton, 19,8 km qara örtüklü. 5. Kolayır-Alıncalı-Sərkar - 4 km. III dərəcəli. Asfalt beton örtüklü. 6. Şose Gəncə-Sərkar - 4 km. III dərəcəli. Asfalt beton örtüklü. 7. Sərkar-Ziyadlı-Qovlarsarı - 6,5 km. III dərəcəli. Asfalt beton örtüklü. 8. Şose Gəncə-Ziyadlı giriş - 3 km, III dərəcəli. Asfalt beton örtüklü. 9. Qovlarsarı-Qarayeri-Qaraarx - 10 km. III-IV dərəcəli, bundan 3 km asfalt beton, 7 km qara örtüklü. 10. Qarayeri-Seyidlər-Qədili - 12 km. IV dərəcəli, qara örtüklü. 11. Kür şose - Sarıqamış - 3,5 km. IV dərəcəli, qara örtüklü. 12. Nəbiağalı-Füzuli - 2 km. IV dərəcəli, qara örtüklü. 13. Kəsəmən-Burunqovaq - 35 km. IV dərəcəli, qurunt yol. Cəmi: 214,5 km. Samux rayonu ərazisində dəmir yolunun ümumi uzunluğu 111000 metrdir, o cümlədən: Əliuşağı kəndi ərazisində - 3850 metr, Zazalı kəndi ərazisində - 4640 metr ,Alabaşlı qəsəbəsində - 2610 metr. Rayonun turizm potensialı kifayət qədərdir. Belə ki, Samux rayonunda coğrafi mövqeyinə, iqliminə görə istirahət və turizm üçün əlverişli yerlər çoxdur. Ərazidən keçən Kür, Qabırrı və Qanıx çayları sahillərində yerləşən Tuqay meşələri öz flora və faunasının zənginliyi ilə fərqlənir. Meşələrdə bitən nadir müalicəvi əhəmiyyəti olan ağac və kol bitkiləri (zirniş, yemişan, iydə, at şabalıdı, qara moruq və s. kimi ağac və kollar) istirahət zonalarını daha da cəlbedici edir. Tuqay meşəsi ərazisində turizm üçün əlverişli şəkildə istifadə etmək olar: (çay gəzintisi, balıq ovu, iqlim müalicəsi, qayıq sürmə, meşə gəzintisi). Rayonun Əli Bayramlı kəndində müalicəvi isti su çıxır və əhəmiyyətinə görə Kəlbəcərin şəfalı “İsti su”- na bərabər olduğu aşkar edilmişdir. Burada müalicə obyekti inşa edilmişdir və insanlar burada müalicəvi vannalar qəbul edirlər.Tarixi və memarlıq abidələri : Kolayır kəndində 1300 yaşlı «Dül-dül» çinarı, Çobanabdallı kəndi ərazisində Çoban Abdal körpüsü, Çoban Abdal ocağı, Kür sahilində Sirəcəddin Ağanın türbəsi, almanlar tərəfindən tikilmiş Qarayeri qəsəbəsindəki zirzəmilər, Nəbiağalı qəsəbəsində Hacıalar məscidi və s. abidələr vardır. Əhali «Dül-dül» çinarı, Çoban Abdal ocağını, Sirəcəddin Ağanın türbəsini inam, etiqad yeri kimi ziyarət edir, sınanmış ocaq kimi nəzir-niyaz aparır, niyyət edirlər. Rayonun Lək kəndində mədəniyyət evinin qarşısında M. F. Axundovun büstü ucaldılmışdır.«Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair» kitabında qeyd edildiyi kimi, Samux rayonunun ərazisində qeydə alınmış arxeoloji və tarixi abidələr əsasən aşağıdakılardan ibarətdir: Şəhərburnu yaşıyış yeri (Qarasaqqal kəndində); Türbə (Qarasaqqal kəndində); Kurqanlar (Nəbiağalı kəndində); Məscid (Nəbiağalı kəndində); Məscid (Əhmədbəyli kəndində); Dəyirman (Əhmədbəyli kəndində); Körpü (Çobanabdallı kəndində); Qəbiristanlıq (Hacıalılı kəndinin girəcəyində, solda); Türbə (Füzuli kəndində); Koroğlu qalası; Elləroyuğu; İmamzadə Türbəsi (Gəncə şəhərinin tabeçiliyində olsa da Samux rayonunun ərazisində yerləşir); Zirzəmi (Qarayeri qəsəbəsində 1895-ci ildə almanlar tərəfindən tikilib); Şəhər tipli yaşayış yeri (Çobanabdallı kəndində). Rayonun 9 kənd və qəsəbələrində 1941-1945-ci il müharibəsinin qələbəsinin 50 illiyində inşa edilmiş abidələr (Nəbiağalı, Qarayeri qəsəbələrində, Kolayır, Sərkar, Ziyadlı, Çobanabdallı, Lək, Ziyadlı, Əhmədbəyli kəndlərində) və 20 yanvar şəhidlərinin xatirəsinə tikilmiş abidələr (İnstitut qəsəbəsində, Kolayır, Sərkar kəndlərində) vardır. Arxeoloji qazıntılar zamanı tapılan tarixi abidələrdən III-V əsrlərə aid olan «Liman» Samux qəsəbəsi Kür çayının sağ sahilində tapılmışdır. Bu baxımdan Samux qəsəbəsinin Cənub tərəfində tapılan «Gil tikintisi» XIII-XV əsrlərə aid edilir. Son Tunc dövrünə aid olan «Kurqanlar» Çobanabdallı kəndində aşkar edilmişdir. XV əsrə aid olan «Dinaraq» yaşayış yeri Çobanabdallı kəndində olmuşdur. Bundan başqa həmin kənddə olan «Narlı qoruq» yaşayış yeri XIII əsrə aiddir. Arxeoloji qazıntılar zamanı Çobanabdallı kəndində bir çox arxlar, Zazalı kəndində isə kəhrizlər aşkar edilmişdir ki, bunlar aşağıda adları qeyd olunanlardır: Kor arxı XIV, Qızıl Hacılı arxı - XIV, Xan arxı - XVI, Balabəhmən - XV, Xan arxı - XV (bu ikinci Xan arxıdır), Karxana arxı - XV, Arazbar - XV, Şatır arxı - XVI, Xanlıq - XVI, Çölək arxı - XVI əsrlərə aid edilmişdir. Arif Məhəmməd oğlu Məmmədov “Gəncə antik və orta əsrlərdə” kitabnda yazdığı kimi, Gəncə arxeoloji ekspedisiyası Gəncə-Bakı dəmiryol xəttinin 8-10 km-də, dəmiryolunun solunda, 10 metrlik məsafədə, Samux rayonunun Tatlı bələdiyəsinə tabe olan və Gəncə Dövlət qoruğuna aid ərazidə 50 metr2 sahədə arxeoloji qazıntı işləri aparmışdır. Ümumi dərinliyi 4,2 metr olan qazıntı sahəsində üç mədəni təbəqənin varlığı müəyyənləşdirilmişdir. Üst mədəni təbəqə aşınmalara və digər xarici təsirlərə məruz qaldığından nisbətən nazikdir. Burada mədəni təbəqənin qalınlığı 1,3 metr olub IX - XIV əsrləri əhatə edir. Ikinci mədəni təbəqə 1.4 metr qalınlığında olub III-IV əsrləri, üçüncü mədəni təbəqə isə 1,5 metr qalınlığında olub e.ə IV- b.e III əsrlərini əhatə edir. Qazıntı sahəsinin üst mədəni qatında orta əsrlərə aid 16 ədəd sikkə, digər təbəqələrdə də müvafiq dövrlərə aid materiallar əldə edilmişdir. Əksər tapıntılar saxsı materiallar olsa da şüşə və metal əşya qalıqları da kifayət qədərdir. Şüşə materialların hissələri ilk orta əsr və orta əsr təbəqələrindən aşkarlanmışdır. Abidənin ilk orta əslər dövrünə aid mədəni təbəqəsinin üzərində cədvəl şəklində əlifba verilmiş saxsı qab hissəsi tapılmışdır. Beləliklə, qədim Gəncəbasar ərazisində aparılan arxeoloji qazıntıların nəticələri Gəncədə ilk insanların hələ daş dövründən yaşadığını, bu bölgənin neolit, eneolit və tunc dövrü mədəniyyətlərinin mərkəzlərindən biri olduğunu, orta tunc dövründə burada sinfi təbəqələşmənin daha da artdığını və iri bir şəhərin yarandığını, antik və ilk orta əsrlər dövründə isə inkişaf edərək daha da böyüdüyünü söyləməyə əsas verir.
serkar kendim
:☝εlnuƦ☝ ʀʐǟуɛʋ☝
Samux rayonunun yaranma tarixi - 18.
02. 1992 il; ərazisi - 1,45 min kv. Km; Əhalisinin sayı - 55,6 min nəfər; (1 yanvar 2013-ci il) Kəndlərin sayı – 28; Qəsəbələrin sayı – 6; İnzibati-ərazi dairəsi – 23; Bələdiyyə - 23; İri və orta müəssisələrin sayı – 84; Məktəbəqədər uşaq müəssisələrinin sayı – 16; Ümumtəhsil məktəblərinin sayı – 35; Xəstəxanalar və tibb müəssisələrinin sayı – 4; Mədəniyyət ocaqlarının sayı – 26; Samux rayonu ilə Bakı arasında olan məsafə - 362 km.
Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdi. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi olmuşdur. Səfərəliyev rayonu Azərbaycan SSRİ Ali Sovetinin 24 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq Respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış keçmiş Samux rayonu 28 yanvar 1954-cü il tarixdə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir. Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (indiki Göygöl)rayonunun tərkibinə daxil edilmişdir. Sahəsi 1450 km2, mərkəzi Nəbiağalı qəsəbəsi olmuşdur. Rayona Nəbiağalı, Qarayeri, İnstitut, Qaraarx, Alabaşlı, Qırmızı Samux qəsəbələri və Kolayır, Yenikənd, Çobanabdallı, Qarabağlar, Sərkar, Füzuli, Əhmədbəyli, Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Seyidlər, Sarıqamış, Lək, Hacallı, Əlibayramlı, Qovlarsarı, Ziyadlı, İstixana, Poylu, Qarabağlı, Salahlı, Kəsəmən, Zazalı, Əliuşağı, Tatlı, Qiyaslı, Lüksemburq, Burunqovaq, Hadılı, Yenibağ, Bağbanlar, Qaraarx kəndləri daxildir. Rayon əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Bundan əlavə rayon əhalisinin 0,22 faizini ruslar, 1,2 faizini türklər, 1,74 faizini isə kürdlər və s. təşkil edir. Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə şimalda Alazan vadisi ilə əhatə olunmuşdur. Şimalda və şərqdə alçaq dağlıqdır. Neogen, Antropogen çöküntüləri yayılmışdır. İqlimi mülayim kontinental, mülayim isti, yarımsəhra və quru çöl tiplidir. Orta temperatur yanvarda 1°C, iyulda 25°C-dir. İllik yağıntı 250 mm-dir. Çayları Qabırrı, Qanıx, Gəncə və Qoşqardır. Mingəçevir su anbarının şimal-şərq hissəsi buradadır. Rayonun Ceyrançöl sahəsində, Kür çökəkliyində və Bozdağ massivində adı "Qırmızı kitab"a düşmüş ceyran və turacla yanaşı vaşaq, çölpişiyi, qaban, kəklik, qırqovul, meşə xoruzu kimi nadir heyvan və quşlar məskunlaşmışdır. Eldar şamı, əsasən, Samux rayonu ərazisində bitir. Eldar Şamı Dövlət Təbiət Qoruğu rayon ərazisindədir. Qoruğun yaradılmasının (2004-cu il) başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm.Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Samux rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Rayonun kənd təsərrüfatının əsasını isə üzümçülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik və həmçinin heyvandarlıq təşkil edir. Rayonda 2 toxumçuluq müəssisəsi, bitki mühafizə stansiyası, suvarma sistemləri idarəsi, baytarlıq idarəsi, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu, regional milli hidrometeorologiya müəssisəsi, asfalt-beton, qum-çınqıl zavodları, süd emalı müəssisəsi, şərab zavodu, günəbaxan yağı istehsalı sexi, pambıq emalı zavodu, qənnadı sexi var. Rayonda 35 ümumtəhsil məktəbi, uşaq gənclər idman məktəbi, məktəbə-qədər təhsil müəssisəsi, uşaq yaradıcılıq mərkəzi, gənc texniklər stansiyası, ekoloji təcrübə mərkəzi, 26 klub, 34 kitabxana, 3 uşaq musiqi məktəbi, gigiyena və epidemiologiya mərkəzi, 4 xəstəxana, 9 həkim məntəqəsi, 26 feldşer-mama məntəqəsi var. Rayon ərazisində Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Regional Milli Hidrometereologiya Müəssisəsi kimi respublika əhəmiyyətli obyektlər vardır. Tarix elmləri doktoru Arif Məhəmməd oğlu Məmmədovun «Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair» kitabında qeyd edildiyi kimi, Samux mahalının (Gəncə xanlığının mahallarından biri, mərkəzi Samux kəndi olmaqla 1747-ci ildə yaradılmışdır) adı, xarabalıqları qalın Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Bu şəhərin ərazisi Kür çayının hər iki sahilində Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabıorrı vadiləri arasında olan ərazini əhatə edirdi. Samux sözünün mənasına gəldikdə isə bu haqda müxtəlif fikirlər vardır. Belə ki, R.Yüzbaşov «Samux» sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir. Bəzi tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi əsaslandırılır.«Azərbaycan dilinin onomastikası» adlı əsərdə Samux adının - zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlarda isə adın birinci hissəsinin «Sam» - öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çoxlu bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir. Kütləvi informasiya vasitələri: Rayon ərazisində 1992-ci il 22 iyul tarixdən «Yeni Samux» qəzeti redaksiyası fəaliyyət göstərir. Qəzetin təsisçisi Samux rayon İcra Hakimiyyəti və «Yeni Samux» qəzetinin jurnalist kollektividir. Bir ədəd radio qovşağı 2004-cü ildən efirə çıxır. Avtomobil, dəmir yolları: Respublika əhəmiyyətli yollar: 1. Gəncə-Yenikənd-Poylu - 60 km - III-IV dərəcəli yollar,bundan: 26 km - asfalt beton, 21 km - qara örtüklü, 13 km - çınqıl örtüklüdür. Yerli əhəmiyyətli yollar: 1. Qırmızı Samuxa giriş - 11 km, IV dərəcəli - qara örtüklü. 2. Gəncə-Qarayeri-Üçzoz - 15 km, III-IV dərəcəli, bundan 13 km asfalt beton, 2 km qara örtüklü. 3. Zazalı - Az ETPİ - Lək - 21 km, III-IV dərəcəli, bundan 14 km - asfalt beton, 7 km - qara örtüklü. 4. Alıuşağı-Ağasıbəyli - 28 km. III-IV dərəcəli, bundan 8,2 km asfalt beton, 19,8 km qara örtüklü. 5. Kolayır-Alıncalı-Sərkar - 4 km. III dərəcəli. Asfalt beton örtüklü. 6. Şose Gəncə-Sərkar - 4 km. III dərəcəli. Asfalt beton örtüklü. 7. Sərkar-Ziyadlı-Qovlarsarı - 6,5 km. III dərəcəli. Asfalt beton örtüklü. 8. Şose Gəncə-Ziyadlı giriş - 3 km, III dərəcəli. Asfalt beton örtüklü. 9. Qovlarsarı-Qarayeri-Qaraarx - 10 km. III-IV dərəcəli, bundan 3 km asfalt beton, 7 km qara örtüklü. 10. Qarayeri-Seyidlər-Qədili - 12 km. IV dərəcəli, qara örtüklü. 11. Kür şose - Sarıqamış - 3,5 km. IV dərəcəli, qara örtüklü. 12. Nəbiağalı-Füzuli - 2 km. IV dərəcəli, qara örtüklü. 13. Kəsəmən-Burunqovaq - 35 km. IV dərəcəli, qurunt yol. Cəmi: 214,5 km. Samux rayonu ərazisində dəmir yolunun ümumi uzunluğu 111000 metrdir, o cümlədən: Əliuşağı kəndi ərazisində - 3850 metr, Zazalı kəndi ərazisində - 4640 metr ,Alabaşlı qəsəbəsində - 2610 metr. Rayonun turizm potensialı kifayət qədərdir. Belə ki, Samux rayonunda coğrafi mövqeyinə, iqliminə görə istirahət və turizm üçün əlverişli yerlər çoxdur. Ərazidən keçən Kür, Qabırrı və Qanıx çayları sahillərində yerləşən Tuqay meşələri öz flora və faunasının zənginliyi ilə fərqlənir. Meşələrdə bitən nadir müalicəvi əhəmiyyəti olan ağac və kol bitkiləri (zirniş, yemişan, iydə, at şabalıdı, qara moruq və s. kimi ağac və kollar) istirahət zonalarını daha da cəlbedici edir. Tuqay meşəsi ərazisində turizm üçün əlverişli şəkildə istifadə etmək olar: (çay gəzintisi, balıq ovu, iqlim müalicəsi, qayıq sürmə, meşə gəzintisi). Rayonun Əli Bayramlı kəndində müalicəvi isti su çıxır və əhəmiyyətinə görə Kəlbəcərin şəfalı “İsti su”- na bərabər olduğu aşkar edilmişdir. Burada müalicə obyekti inşa edilmişdir və insanlar burada müalicəvi vannalar qəbul edirlər.Tarixi və memarlıq abidələri : Kolayır kəndində 1300 yaşlı «Dül-dül» çinarı, Çobanabdallı kəndi ərazisində Çoban Abdal körpüsü, Çoban Abdal ocağı, Kür sahilində Sirəcəddin Ağanın türbəsi, almanlar tərəfindən tikilmiş Qarayeri qəsəbəsindəki zirzəmilər, Nəbiağalı qəsəbəsində Hacıalar məscidi və s. abidələr vardır. Əhali «Dül-dül» çinarı, Çoban Abdal ocağını, Sirəcəddin Ağanın türbəsini inam, etiqad yeri kimi ziyarət edir, sınanmış ocaq kimi nəzir-niyaz aparır, niyyət edirlər. Rayonun Lək kəndində mədəniyyət evinin qarşısında M. F. Axundovun büstü ucaldılmışdır.«Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair» kitabında qeyd edildiyi kimi, Samux rayonunun ərazisində qeydə alınmış arxeoloji və tarixi abidələr əsasən aşağıdakılardan ibarətdir: Şəhərburnu yaşıyış yeri (Qarasaqqal kəndində); Türbə (Qarasaqqal kəndində); Kurqanlar (Nəbiağalı kəndində); Məscid (Nəbiağalı kəndində); Məscid (Əhmədbəyli kəndində); Dəyirman (Əhmədbəyli kəndində); Körpü (Çobanabdallı kəndində); Qəbiristanlıq (Hacıalılı kəndinin girəcəyində, solda); Türbə (Füzuli kəndində); Koroğlu qalası; Elləroyuğu; İmamzadə Türbəsi (Gəncə şəhərinin tabeçiliyində olsa da Samux rayonunun ərazisində yerləşir); Zirzəmi (Qarayeri qəsəbəsində 1895-ci ildə almanlar tərəfindən tikilib); Şəhər tipli yaşayış yeri (Çobanabdallı kəndində). Rayonun 9 kənd və qəsəbələrində 1941-1945-ci il müharibəsinin qələbəsinin 50 illiyində inşa edilmiş abidələr (Nəbiağalı, Qarayeri qəsəbələrində, Kolayır, Sərkar, Ziyadlı, Çobanabdallı, Lək, Ziyadlı, Əhmədbəyli kəndlərində) və 20 yanvar şəhidlərinin xatirəsinə tikilmiş abidələr (İnstitut qəsəbəsində, Kolayır, Sərkar kəndlərində) vardır. Arxeoloji qazıntılar zamanı tapılan tarixi abidələrdən III-V əsrlərə aid olan «Liman» Samux qəsəbəsi Kür çayının sağ sahilində tapılmışdır. Bu baxımdan Samux qəsəbəsinin Cənub tərəfində tapılan «Gil tikintisi» XIII-XV əsrlərə aid edilir. Son Tunc dövrünə aid olan «Kurqanlar» Çobanabdallı kəndində aşkar edilmişdir. XV əsrə aid olan «Dinaraq» yaşayış yeri Çobanabdallı kəndində olmuşdur. Bundan başqa həmin kənddə olan «Narlı qoruq» yaşayış yeri XIII əsrə aiddir. Arxeoloji qazıntılar zamanı Çobanabdallı kəndində bir çox arxlar, Zazalı kəndində isə kəhrizlər aşkar edilmişdir ki, bunlar aşağıda adları qeyd olunanlardır: Kor arxı XIV, Qızıl Hacılı arxı - XIV, Xan arxı - XVI, Balabəhmən - XV, Xan arxı - XV (bu ikinci Xan arxıdır), Karxana arxı - XV, Arazbar - XV, Şatır arxı - XVI, Xanlıq - XVI, Çölək arxı - XVI əsrlərə aid edilmişdir. Arif Məhəmməd oğlu Məmmədov “Gəncə antik və orta əsrlərdə” kitabnda yazdığı kimi, Gəncə arxeoloji ekspedisiyası Gəncə-Bakı dəmiryol xəttinin 8-10 km-də, dəmiryolunun solunda, 10 metrlik məsafədə, Samux rayonunun Tatlı bələdiyəsinə tabe olan və Gəncə Dövlət qoruğuna aid ərazidə 50 metr2 sahədə arxeoloji qazıntı işləri aparmışdır. Ümumi dərinliyi 4,2 metr olan qazıntı sahəsində üç mədəni təbəqənin varlığı müəyyənləşdirilmişdir. Üst mədəni təbəqə aşınmalara və digər xarici təsirlərə məruz qaldığından nisbətən nazikdir. Burada mədəni təbəqənin qalınlığı 1,3 metr olub IX - XIV əsrləri əhatə edir. Ikinci mədəni təbəqə 1.4 metr qalınlığında olub III-IV əsrləri, üçüncü mədəni təbəqə isə 1,5 metr qalınlığında olub e.ə IV- b.e III əsrlərini əhatə edir. Qazıntı sahəsinin üst mədəni qatında orta əsrlərə aid 16 ədəd sikkə, digər təbəqələrdə də müvafiq dövrlərə aid materiallar əldə edilmişdir. Əksər tapıntılar saxsı materiallar olsa da şüşə və metal əşya qalıqları da kifayət qədərdir. Şüşə materialların hissələri ilk orta əsr və orta əsr təbəqələrindən aşkarlanmışdır. Abidənin ilk orta əslər dövrünə aid mədəni təbəqəsinin üzərində cədvəl şəklində əlifba verilmiş saxsı qab hissəsi tapılmışdır.
Beləliklə, qədim Gəncəbasar ərazisində aparılan arxeoloji qazıntıların nəticələri Gəncədə ilk insanların hələ daş dövründən yaşadığını, bu bölgənin neolit, eneolit və tunc dövrü mədəniyyətlərinin mərkəzlərindən biri olduğunu, orta tunc dövründə burada sinfi təbəqələşmənin daha da artdığını və iri bir şəhərin yarandığını, antik və ilk orta əsrlər dövründə isə inkişaf edərək daha da böyüdüyünü söyləməyə əsas verir.