Yurdu talanıbdır yuvası uçub. Gecələr sığınıb ümid payına Dərin baxışında yuxu da susub. *** Zaman çox yarama bil sığal çəkib, Amma dərinlikdə nə çox qəm-kədər. Nə çox iztirab var, nələr bilmirəm Bəlkə ürək yatır bir ümman qədər. *** Daha fikirlərim darma-dağındır, Yolumun əvvəli başı görünmür. Bəxtim daş içində sükut bağlayıb Ayılan zamanı yaşı görünmür. *** Özümü danlayıb günahkar deyə, Elə hey kirpiklə od qaldırmışam. Gözümü yollardan yığmışam daha Özüm mən özümə dayaq olmuşam. *** Ruhum bədənimdə hər çırpındıqca Titrək baxışından sevgi ummuşam İnsaf yaxşı şeydi, illər boyunca Taleyin yükünü tək daşımışam. *** Əlim yollarına uzalı qalıb Belə çox çəkəcək uzun illər də. Mənə dinclik vermir ,rahatlıq vermir İttiham eyləyir xatirələr də. *** Qəmim qəmim üstə yığılıb indi Mənsə, bir ümidi dayaq bilmişəm. Ömrün o başından dər ocağına İri addımlarla qonaq gəlmişəm. *** İllər bir dayağı qənimət bilib, Nə səbrim vardısa, aldı apardı. Ümid çırağımı söndürüb qəfil, Qədər yaman yerdə pis axşamladı.
kizlar ne ister
:sema agayeva
Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub.
***
Zaman çox yarama bil sığal çəkib,
Amma dərinlikdə nə çox qəm-kədər.
Nə çox iztirab var, nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər.
***
Daha fikirlərim darma-dağındır,
Yolumun əvvəli başı görünmür.
Bəxtim daş içində sükut bağlayıb
Ayılan zamanı yaşı görünmür.
***
Özümü danlayıb günahkar deyə,
Elə hey kirpiklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha
Özüm mən özümə dayaq olmuşam.
***
Ruhum bədənimdə hər çırpındıqca
Titrək baxışından sevgi ummuşam
İnsaf yaxşı şeydi, illər boyunca
Taleyin yükünü tək daşımışam.
***
Əlim yollarına uzalı qalıb
Belə çox çəkəcək uzun illər də.
Mənə dinclik vermir ,rahatlıq vermir
İttiham eyləyir xatirələr də.
***
Qəmim qəmim üstə yığılıb indi
Mənsə, bir ümidi dayaq bilmişəm.
Ömrün o başından dər ocağına
İri addımlarla qonaq gəlmişəm.
***
İllər bir dayağı qənimət bilib,
Nə səbrim vardısa, aldı apardı.
Ümid çırağımı söndürüb qəfil,
Qədər yaman yerdə pis axşamladı.