Dini anlamda Allahın razılığına səbəb olan bütün əməllər, xüsusilə, insanın başqalarına münasibətdə göstərdiyi xeyirxahlıq ehsan sayılır. Ehsan sözünün ərəb dilindən tərcüməsi “yaxşılıq” deməkdir. Qurani-kərimdə Allah-təala öz bəndələrinə müraciətlə buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir...” (Nəhl, 90). İslamda ehsan həm Allah- taala tərəfindən öz bəndələrinə ünvanlanmış sonsuz nemətlər mənasında, həm də insanların bir-birinə münasibətdə nümayiş etdirdikləri qarşılıqlı yardım və qayğı anlamında başa düşülür: “...Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et...” (Qəsəs, 77). Dinimiz tövsiyə edir ki, insanlar həmişə bir- birinə qarşı diqqət və sayğı ilə davransınlar, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyət səfərbər olsun, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət hökm sürsün. İslam dini yaxşılığa pisliklə cavab verməyi böyük nankorluq sayır: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır” (Rəhman, 60). Hətta pislik müqabilində də yaxşılıq etməyə, səhvləri bağışlamağa çalışmaq müsəlman əxlaqının özəl xüsusiyyətlərindən sayılır. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “Dünyada və axirətdə sizə ən çox xeyir verəcək əməlləri bildirimmi? Bunlar sənə zülm edəni bağışlamaq, səndən əlaqəsini kəsənlərlə rabitə yaratmaq, sənə pislik edənlərə yaxşılıq etmək, səndən əsirgəy verməkdir”. İmam Rza (ə) isə buyurmuşdur: “Ədalət və ehsanla davranmaq nemətin davam etməsini müjdə verər”. Başqalarına yaxşılıq etmək xüsusiyyəti Allahın öz bəndəsində ən çox bəyəndiyi xasiyyətlərdəndir: “Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər!” (Bəqərə, 195). islam.az
VEHDET
:Razi Quliyev
Ehsan - Allahın razılığına səbəb olan əməllər
Dini anlamda Allahın razılığına səbəb olan
bütün əməllər, xüsusilə, insanın başqalarına
münasibətdə göstərdiyi xeyirxahlıq ehsan
sayılır. Ehsan sözünün ərəb dilindən
tərcüməsi “yaxşılıq” deməkdir.
Qurani-kərimdə Allah-təala öz bəndələrinə
müraciətlə buyurur: “Həqiqətən, Allah
ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara
(haqqını) verməyi buyurur, zina etməyi, pis
işlər görməyi və zülm etməyi isə qadağan
edir...” (Nəhl, 90). İslamda ehsan həm Allah-
taala tərəfindən öz bəndələrinə
ünvanlanmış sonsuz nemətlər mənasında,
həm də insanların bir-birinə münasibətdə
nümayiş etdirdikləri qarşılıqlı yardım və
qayğı anlamında başa düşülür: “...Allah sənə
yaxşılıq etdiyi kimi, sən də yaxşılıq
et...” (Qəsəs, 77).
Dinimiz tövsiyə edir ki, insanlar həmişə bir-
birinə qarşı diqqət və sayğı ilə davransınlar,
bir kəsin çətinliklərini həll etmək üçün
bütün cəmiyyət səfərbər olsun, insanlararası
münasibətlərdə xeyirxahlıq, dözümlülük və
məhəbbət hökm sürsün. İslam dini yaxşılığa
pisliklə cavab verməyi böyük nankorluq
sayır: “Yaxşılığın əvəzi ancaq
yaxşılıqdır” (Rəhman, 60). Hətta pislik
müqabilində də yaxşılıq etməyə, səhvləri
bağışlamağa çalışmaq müsəlman əxlaqının
özəl xüsusiyyətlərindən sayılır. Bir gün
Həzrət Mühəmməd Peyğəmbər (s) öz
səhabələrinə buyurdu: “Dünyada və
axirətdə sizə ən çox xeyir verəcək əməlləri
bildirimmi? Bunlar sənə zülm edəni
bağışlamaq, səndən əlaqəsini kəsənlərlə
rabitə yaratmaq, sənə pislik edənlərə
yaxşılıq etmək, səndən əsirgəy verməkdir”.
İmam Rza (ə) isə buyurmuşdur: “Ədalət və
ehsanla davranmaq nemətin davam
etməsini müjdə verər”.
Başqalarına yaxşılıq etmək xüsusiyyəti
Allahın öz bəndəsində ən çox bəyəndiyi
xasiyyətlərdəndir: “Yaxşılıq edin. Allah
yaxşılıq edənləri sevər!” (Bəqərə, 195).
islam.az