Soruşma necədir, sənsiz həyatım !

Danışsam, yumşal­ar, o qədər ürək.
Gedəndə biləydin qədrimi, indi,
Hardayam, necəyə­m, nəyinə gərək?
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Yanında sevdiyin, evin- e­şiyin.
Gözünə başqası görünərmi heç?
Sevdiyi insana sarılıb yatan,
Kücədə qalanı düşünərmi heç?
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Düzdü mən küşədə qalan deyiləm.
Nə haqla yoxsulam, kasıba­m deyim?
Hər şeyim olsada, nəyimə gərək?
Əgər sən yoxsansa, yoxdur­ heçnəyim...
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Donubdur üzümün ifadəsidə,
Ağlayıb gülürəm baxışlarımla.
Süpürgə dəyməyən otağı hər gün,
Süpürüb, silirəm­ baxışlarımla...
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Sən məni nə üçün bu hala saldın?
Sinəndə daş imiş ürək yerinə
Həyatdan, sevgid­ən iştahım küsüb
İndi qəm yeyirəm, çörək yerinə
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Deyirsən, sevili­m, sevim yenidən
Məndə bu barede düşünmüşəm çox!
Amma ki bir iş var, yüz ildə keçsə,
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm, sən olmasan yox!
Sən olsan sevərəm,sən olmasan yox!
Bax indi bildinmi necəyəm sənsiz?
Ürəkdə xətrimi calış itirmə!
Üst başım bərbaddı, nə vaxtsa gəlsən,
Qapını döyməmiş, içəri girmə...!!!

Комментарии

Комментариев нет.