Pərişan-pərişan açılar səhər

Bir oğlan bəxtindən
gileylik eylər.
Günü axşamacan dözər
bir təhər
Qəlbində sübhəcən yatmaz
gileylər. Pərişan-pərişan açılar
səhər
Fikirli oyanar yuxudan o
qız.
Didər ürəyini yeyər
şübhələr
Bu gün də ümidsiz, bu gün də
yalqız. Bir-birin axtarar, bir-
birin gəzər
O bir cüt ayrılar dalğın,
nigaran.
Ümid soraqlayar pərişan
gözlər Tale soraqalayar pərişan
cavan. Bir gün intizarın buzu
əriyər
Hardasa rast salar tale
onları
Sevinc ayaq tutub o gün
yeriyər Səadət baş alar günəşə
sarı. Bir oğlan fikirli açar
səhəri
“Görəsən eşqimi açım
deyimmi?”
Bir qız yata bilməz
axşamdan bəri “Görən o oğlanın
qəlbindəyəmmi?” Kövrək qız
qəlbinə
məktub nur çilər
Hər axşam toy girər bal
yuxusuna.
Oğlanın ümidin axşam
elçilər Ərmağan aparar qız
qapısına. Könlündən “Vağzalı”
sədası gələr ,
Bir qız ürəyinin sınar
tilsimi.
O qız qonşu evdən qulaq
kəsilər Elçilər “hə” ilə gedənə
kimi.

Комментарии

Комментариев нет.