Dost sözünün mənası

Bu DOST sözündə olan hərflərin hərəsinin öz mənası var... Bu 4 məna birləşib bir gözəl və mükəmməl anlam yaradır...
D --- DƏMİR kimi möhkəm... Dəmii isti-isti döyərlər… Yəqinki bu sözdən sonra hər kəsə aydın oldu ki əgərer dəmir bərkisə onu heç kəs döyəcliyə bilməz… Dostluq da əgər dəmir kimi möhkəm olsa çətin ki ona nəsə etmək mümkün olsun…Dostluqda ilk öncə möhkəm olmaq lazımdı... Əgər dostluq nə qədər möhkəm olarsa o mənim gözümdə canlanan ve real həyatda görmədiyim Çin səddinə bənzəyər... Dostluqda Möhkəmlik nə qədər güclü olsa o dostluq heç vaxt yıxılmaz… Deyirlər suyun keçmədiyi yer yoxdu...Məncə var bu – Möhkəm Dostluqdu ki onun arasından su keçmir...
O --- OD kimi isti. .. Dostluqda möhkəm olduqdan sonra dost istiliyi ve sevgisi lazım olur insanlara…İsti dostluq münasibətində məncə dostlar bütün içlərini bir-birinə tökürlər... Gizli bir şey olmur belə isti dostluqlarda … Bəzən evdə valideyinlərə deyə bilmədiyin, onlarla paylaşa bilmədiyin bəzi düşüncələri dostunla paylaşırsan və onunla qərar verməyə calışırsan… Bax bunların hamısı dost istiliyindən irəli gəlir...
S --- SU kimi şəffaf... Dostluqda ən lazımlı şeylərdən biri isə şəffaflı və su kimi pak olmaqdı... Yalansız… Heç bir yanlışın olmamalıdı dostuna qarşı…Bir-birlərinə qarşi içdən gələn bir gözəllik paklıq dostluq ücün böyük bir uğurdu...Bunu hər insan bacarmır dostuna qarşı...Bacaran insanlar isə dostluğun nə olduğunu artıq çox gözəl başa düşürlər...
T --- TORPAQ kimi müqəddəs … Dost məncə müqqəddəs bir varlıqdı hər kəsin həyatında... Əgər onun gerçək bildiyi bir dostu varsa, deməli dostu onun üçün müqəddəsdi ... Müqəddəslik elə bir zirvədi ki mən ora dost anlayışını da sala biləreəm .. Hər bir insanın özünə görə müqəddəs seçdiyi şeylər var…

Комментарии