24 фев 2015

Səməni necə hazırlanır?

Səməni bolluq rəmzi hesab edilir. Baharın müjdəçilərindən biri olan səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir.“Səməni, saxla məni ildə cücərdərəm” deyən, ulularımız, ta qədim zamanlardan onu təbiətin yenidən canlanması kimi qiymətləndiriblər.Səmənini Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerə qoymaq lazımdır. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır.Son dövrlərdə satış üçün də səmənilərin hazırlanması hər bir evdə bu bolluq rəmzinin olmasına imkan yaradır.Ancaq tabloid.az səmənini öz evində hazırlamaq istəyənləri nəzərə alaraq onun hazırlanma qaydasını təqdim edir: Səməni toxumluq buğdadan qoyulmalıdır. 0,5 kq buğdanı (qabın ölçüsündən asılı olaraq miqdar dəyişir) bir qaba tökdükdən sonra hər gün onun üzərinə bir qədər su əlavə edilir və günəş şüaları düşən yerdə saxlanılır. 3 gün suda saxlanılan buğda cücərdikdən sonra geniş qaba tökülür və üzərinə yaş parça və ya tənzif salınır. Cücərtilər böyüdükdən sonra tənzif götürülür və səməni hər gün sulanır. Təxminən 1-2 həftəyə səməni hazır olur.
Qeyd edək ki, sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar..

Səməni necə hazırlanır? - 770983720174

Комментарии

  • 25 фев 2015 00:23
    arpadan semeni hazirlamaq olarmi ?
  • 25 фев 2015 01:44
    Olar arpadan da yaxwi alinir, cucerir six yawil olur
  • 27 фев 2015 12:28
    Ən əziz və bərəkətli bayramımızdır . ilaxır çərşənbənin ləzzəti bambaşqadır.
  • 17 мар 2015 00:05
    bu bayram sizin heyatınızın menalı bayram olsun